Miras başliq header miras



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix15.03.2018
ölçüsü0,75 Mb.
#31967
1   ...   23   24   25   26   27   28   29   30   31

74 MİRAS   SENTYABR   SEPTEMBER

KONFRANS   MEETING



YOCOCU 2012- Youth in Conservation of Cultural Heritage was 

held in Antwerpen City of Belgium on 18-20 June, 2012 co-orga-

nized by Italian Association of Conservation Scientists, Antwerpen 

University, La Sapienza University, ICCROM, Italian National 

Research Council, SMATCH, Italy High Institute of Restoration 

and Conservation, CNR-ITABC and other institutions. 

To note, YOCOCU was created with the purpose to realize a net-

work among young professionals and researchers, working in dif-

ferent fields of cultural heritage. Young students, researchers and 

professionals, all animated by common goals, meet to tell their own 

stories, to give their inputs to research and cultural growth in the 

different  fields  of  Cultural  Heritage:  chemistry,  physics,  biology, 

restoration,  archaeology,  architecture.The  conference  reports  are 

published in YOCOCU Magazine which is recognized on interna-

tional level and reliable. 

On 18 June the conference started in University of Antwerpen. The 

chairman of the Board of Directors of the University of Antwerpen, 

Prof. Ronni Blust opened the conference.

At the conference youth from Italy, Belgium, Azerbaijan, Spain, 

Portugal,  Romania,  Greece,  Germany,  Austria,  Slovenia,  USA, 

Turkey,  India,  Argentina,  Mexico  and  other  countries  made  re-

ports at relevant sessions- stone, pigments, cultural heritage experi-

ences, pottery, metal, glass, wall paintings, sculpture, etc. Discus-

sions  were  held  around  the  reports;  shortcomings  in  restoration 

and conservation work, impacts of chemical procedures, archaeo-

logical excavations of various countries and international practice 

18-20 iyun 2012-ci il tarixlərində Belçikanın Antverpen şəhərində 

İtaliya  Konservasiya  Alimləri  Assosiyasiyası,  Antverpen  Uni-

versiteti,  Roma  La  Sapienza  Universiteti,  ICCROM,  İtaliya 

Milli Araşdırma Şurası, SMATCH, İtaliya Ali Bərpa və Konser-

vasiya İnstitutu, CNR-ITABC və digər qurumların təşkilatçılığı 

ilə Mədəni İrsin Konservasiyasında Gənclər - YOCOCU 2012 

konfransı keçirilmişdir.

Məlumat  üçün  bildirək  ki,  YOCOCU  mədəni  irsin  müxtəlif 

sahələrində  çalışan  gənc  peşəkarlar  və  tədqiqatçılar  şəbəkəsini 

qurmaq  məqsədi  ilə  yaradılıb.  Ümumi  məqsədə  xidmət  edən 

gənc  tələbələr,  tədqiqatçılar  və  peşəkarlarların  toplaşdığı  kon-

fransda mədəni irsin müxtəlif sahələri - fizika, biologiya, konser-

vasiya, bərpa, arxeologiya, memarlıq və s. üzrə təcrübə və bilik 

mübadiləsi aparılır. Konfransın məruzələri beynəlxalq səviyyədə 

tanınan və etibar olunan YOCOCU jurnalında nəşr edilir.

Konfrans  iyunun  18-də  Antverpen  Universitetində  öz  işinə 

başladı. Konfransı Universitetin İdarə Heyətinin sədri Prof. Ron-

ni Blust açdı.

Konfransda  İtaliya,  Belçika,  Azərbaycan,  İspaniya,  Portuqa-

liya, Rumıniya, Yunanıstan, Almaniya, Avstriya, Sloveniya, ABŞ, 

Türkiyə,  Hindistan,  Argentina,  Meksika  və  digər  ölkələrdən 

olan  gənclər  müvafiq  bölmələrdə  -  daş,  piqmentlər,  mədəni  irs 

təcrübələri, saxsı məmulatı, şüşə, divar bəzəkləri, heykəltəraşlıq 

və  s.  üzrə  məruzələrlə    çıxış  etdilər.  Məruzələr  ətrafında 

müzakirələdə konservasiya və bərpa işlərində yol verilən qüsurlar, 

kimyəvi  proseslərin  təsiri,  müxtəlif  ölkələrdə  aparılan  arxeoloji 

YOCOCU konfransı 

2014-cü ildə Bakıda keçirilə bilər



  

yOCOCu 2014 would be available in Baku




SENTYABR   SEPTEMBER     MİRAS 75

KONFRANS   MEETING



applied in architectural structure were covered therein.  Professors 

of Universities of Catania, Rome, Antwerpen and Bologna, as well 

as ICCROM representative shared knowledge on their practices 

and researches for youth participants.

Along with staff of Ministry of Culture and Tourism of the Repub-

lic  of  Azerbaijan,  Institute  of  Archaeology  and  Ethnography  of 

National Academy of Sciences of Azerbaijan (NASA) and NASA 

Institute  of  Radiation  Problems,  archaeologists  and  restorers  of 

MIRAS Social Organization in Support of Studying of Cultural 

Heritage from Azerbaijan attended the conference. Chairman of 

MIRAS Social Organization, Dr. Fariz Khalilli, as well as Shola 

Bayramova and Emil Safarov reported on “Cultural Heritage in 

Azerbaijan via MIRAS Social Organization and Agsu Archaeo-

logical  Expedition”.  The  posters  “Restoration  practice  of  faience 

and porcelain wares” by art-restorer, Jahangir Ahmadov and “Re-

search and conservation of medieval metal wares” by metal restor-

er Vugar Guliyev from MIRAS staff were shown during the poster 

session of the conference. 

Chairman of MIRAS, Dr. Fariz Khalilli spoke at special interna-

tional round table and appreciated highly the YOCOCU activity. 

He stated the employee of Ministry of Culture and Tourism of the 

Republic of Azerbaijan, Emil Safarov attended the event as well 

and initiative of the ministry on holding YOCOCU conference in 

Azerbaijan, in Baku.

On last day of the conference Andrea Macchia, chairman of YO-

COCU  Organization  Committee  and  Simone  Cagno,  the  orga-

nizer  of  YOCOCU  2012  declared  Baku  City’s  nomination  for 

YOCOCU 2014 conference. The member of Azerbaijani delega-

tion, Shola Bayramova gave wide information on Baku to the par-

ticipants.

The  participants  had  visited  Conservation  Centre  of  Art  Work-

ARTESIS of University of Antwerpen within the scope of the con-

ference. They were graphically informed on diagnostic, monitoring 

and  conservation  of  metal,  glass,  photo,  paper,  painting,  wood, 

cloth and new technologies. 

The  best  qualified  posters  and  reports  of  the  conference  were 

awarded. 

qazıntılar  və  memari  strukturunda  istifadə  olunan  beynəlxalq 

təcrübələrdən bəhs olunmuşdur. Tədbirdə Kataniya, Roma, An-

tverpen,  Bolonya  Universitetlərinin  professorlar  və  İCCROM-

un nümayəndəsi təcrübə və tədqiqatları ilə bağlı mülahizələrini 

bildirmişlər.

Azərbaycandan  Mədəniyyət  və  Turizm  Nazirliyi,  AMEA  Arx-

eologiya  və  Etnoqrafiya  İnstitutu  və  Radiasiya  Problemləri 

İnstitutunun  əməkdaşları  ilə  yanaşı,  MİraS  Mədəni  İrsin 

Öyrənilməsinə Kömək İctimai Birliyinin arxeoloq və bərpaçıları 

da konfransa qatılmışdır. Konfransda  Dr. Fariz Xəlilli, Şölə Bayra-

mova və Emil Səfərov “MİraS İctimai Birliyi və Ağsu arxeoloji 

ekspedisiyasının Azərbaycanda mədəni irs fəaliyyətləri” mövzu-

sunda məruzə ilə çıxış etmişlər. Poster sessiyası ilə davam edən 

konfransda  MİraS-dan  bərpaçı-rəssam  Cahangir  Əhmədov 

“Fayans  və  farfor  məmulatının  bərpa  təcrübəsi  (Orta  əsr  Ağsu 

şəhəri materialları əsasında)”, metal üzrə bərpaçı Vüqar Quliyevin 

“Orta əsr metal məmulatının bərpa və konservasiyası” mövzulu 

posterləri sərgilənmişdir.

MİraS  İctimai  Birliyinin  sədri  Dr.  Fariz  Xəlilli  xüsusi  bölmə 

olan  beynəlxalq  dəyirmi  masada  çıxış  edərək  YOCOCU-

nun  fəaliyyətini  yüksək  qiymətləndirmişdir.  O,  Azərbaycan 

Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  nümayəndəsi 

Emil  Səfərovun  burada  olduğunu  və  nazirliyin  növbəti  bu  cür  

tədbirin Azərbaycanda, Bakı şəhərində keçirilməsi təşəbbüsünü 

konfrans iştirakçılarına elan etmişdir.

Konfransın son günü YOCOCU Təşkilat Komitəsinin sədri An-

drea Macchia və YOCOCU 2012-nin təşkilatçısı Simone Cagno 

Bakı  şəhərinin  2014-cü  il  YOCOCU  konfransının  keçirilməsi 

üçün namizədliyinin qəbul olunduğunu elan etdilər. Azərbaycan 

nümayəndə heyətinin üzvü Şölə Bayramova Bakı şəhəri haqqında 

konfrans iştirakçılarına geniş məlumat verdi.

Konfrans  çərçivəsində  iştirakçılar  Antverpen  Universitetinin 

İncəsənət  Əsərlərinin  Konservasiyası  mərkəzində  oldular.  On-

lara  metal,  şüşə,  foto,  kağız,  rəsm,  ağac  və  parça  materillarının 

diaqnostikası,  monitorinqi  və  konservasiyası,  habelə  yeni 

texnologiyalar haqqında əyani şəkildə geniş məlumat verildi.

Konfransın ən yaxşı poster və ən yaxşı məruzələri müəyyən edildi 

və mükafatlar təqdim olundu.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə