38
Şək.5.Partiyalı əriş sarıma maşınının texnoloji sxemi
Lentli əriş sarıyıcı maşını. Lentli əriş sarıma ipək və mahud toxuculuğunda
tətbiq edilir. Lentli əriş sarıyıcı maşınlarda əriş sarımanın texnoloji prosesi partiyalı
əriş sarıyıcı maşınlarda həyata keçırılən prosesə çox oxşayır.
Əriş sapları konus şəkilli babinlərdən açılaraq tarımlayııc cıhaza daxil olur
(şəkil 6). Sonra onlar istiqamətləndirici valiklər 1 və 2 arasından keçərək
bplüşdürücü sıralardan 3 və aralıqdan 4 keçməklə istiqamətləndirici valiklər 5, 6
üzərindən əyilərək əriş barabanına 7 lent şəkildə sarınır. Birinci lentlə yanaşı
barabana ikinci lent sə sarınır və s. bu qayda ilə axırıncı lentə qədər əriş barabanına
sarınma davam edir.
39
Şək.6.Lentli ərişsarıma maşınının texnoloji sxemi
Əriş, əriş barabanından toxucu navoyuna 9 təkrar sarıyıcı mexanizmin
köməkliyi ilə istiqamətləndirici valikdən 8 keçməklə sarınır.
Əriş sarıyıcı maşınların məhsuldarlığı, kq/saat ilə,
1000
1000
60
e
F.v.ə.
Burada
- əriş sarıma sürətli, m/dəq;
H
e
- əriş sarımadakı sapların sayı (əriş valikindəki, yaxud lentdəki sapların
sayı;)
F.v.ə.– maşının faydalı vaxt əmsalıdır (partiyalı əriş sarıyıcı maşınla üçün
0,45-0,8. lentli əriş sarıyıcı maşınlar üçün isə 0,25-0,4).
Sapların şlixtlənməsi
Toxucu dəzgahlarının məhsuldarlığının və onlara xidmət göstərən
toxucuların əmək məhsuldarlığının artırılması, əriş saplarında qırılmalar sayının
azaldılması və sapların faydalı texnoloji xassələrinin saxlanılması məqsədilə
şlixtləmə prosesi həyata keçirilir.
40
Şlixtləmə prosesinin mahiyyəti əriş saplarının səthinə yapışqanlı məhlul
çəkmək və onu daxilinə hopdurmaqla liflərini biri-birinə yapışdırmaqdan və sapın
səthində nazik pərdə şəklində örtük əmələ gətirməkdən ibarətdir.
Şlixtləmə prosesi ilə sapların fiziki-mexaniki xassələri dəyişir: sapların
sıxlığı yapışqanın hesabina artır, sapın daxilindəki liflərin biri-birinə yapışdırılması
hesabına qırılma yükü yüksəlir, uzanması azalır (liflər arasındaki sürtunmə
quvvələrinin azalması hesabına). Şlixtlənən pambıq parça ipliyinin qırılma 17-
25%, daraq yunipliyinin 20-25%, kətanın 12-25%, süni ipəyin 30-40% artir. Bu
zaman pambıq-parça ipliyinin uzanması 25-35%, daraq yun ipliyinin 10-15%,
kətanın isə 4-10% azalır.
Şlixtləmə prosesi şlixtləyici maşınlarda aparılır. Əriş sapları şlixtləməyə
vallarda, navoylarda və əriş barabanlarında daxili olur. Bütün növ saplar (burulmuş
iplik, sintetik liflərdən olan saplar və təbii irək sapları istisma olmaqla) şlixtlənir.
Bəzən kimyəvi liflərdən olan burulmuş pambiq-parça və ştapel ipliyi də şlixtlənir,
lakin aparat yun ipliyi şlixtlənmir.
Əriş saplarının toxuculiğa hazırlanmasında şlixtləmə ən məsuliyyətli
əməliyyatdır. Şlixtləmə zamanı xırda ehtiyatsızlıq toxucu dəzgahlarında qırılmalar
sayını artmaqla, onların məhsuldarlığını azaldır.
Şlixtin xassələri və tərkibi
Şlixt müəyyən xassələrə malik olmalıdır:
-ipliyin səthini bərabər qalınlıqda öptməklə onun daxılınə hopmalı, liflərin
qırılma
yükünü
azatmamalı,
ağardılması
və
boyanması
proseslərini
çətinləşdirməməlidir;
-parçanın səthindən zəif yuyulma ilə asanlıqla təmin olunmalı və şıxt üçün
istifadə olunan materiallar ucuz başa gəlməklə çətin tapılan olmamalıdır;
-şlixtleyici
və
toxucu
dəzgahının
metal
hissələrini
korroziyaya
uğratmamalıdır.
Şlixtin hazırlanması zamanı müxtəlif materiallardan istifadə edilir. Şlixtin
əsas komponenti yapışqan materialıdır. Yapışqan materialı kimi təbii və kimyəvi
41
polimerlərdən istifadə edilir. Son zamanlaradək təbii polimerlərdən geniş istifadə
olunurdu. Məsələn: qida məhsulları-kraxmal (kartof, buğda), un (buğda, düyü,
qarğıdalı və s.) heyvanlardan alınan yapışqan (jelatin, kazein, sümük).
Kimya sənayesinin inkişafı təbii polimerlərin kimyəvi maddələrlə əvəz
olunmasına imkan yaratdı. Bunlar şlixtlər hazırlanmasında müvəffəqiyyətlə tətbiq
olunmağa başladı. Toxuculuqda polivinil spirti, poliakrilamid və s. daha geniş
tətbiq olunur. Kimyəvi polimertlərlə şıxtlənən saplar yüksək möhkəmliyə və zəif
sərtliyə malik olurlar.
Kimyəvi yapışqanlı materiallardan ən effektlisi polivinil spirtidir (PVS).
PVS ağ toz şəklində olmaqla 70-75 0 S temperaturaya malik suda asanlıqla həll
olur. Toxuculuqda PVS ilə şlixtləmə zamanı əriş saplarında çaş verən qırılmalar
sayı kraxmaldan hazırlanan şlixtdə olduğundan xeyri az olur. Həmçinin PVS sərfi
2-3 dəfə kraxmala nisbətən az olur. PVS-dən hazırlanan şlixt ağardılma zamanı
parçadan asanlıqda təmizlənir
Şlixtin lifə zərərli təsirinin qarşısını almaq üçün onu kimyəvi
neytrallaşdırırlar.
Əgər
kraxmalı
tutşularla
neytrallaşdırılarsa,
kimyəvi
maddələrdən hazırlanan şlixti qələblərlə neytrallaşdırırlar.
Su həlledici kimi şlıxtin tərkibi hissəsini təşkil edir.
Bəzən şlixtin tərkibinə başqa əlavələr edirlər: yumşaldıcılar, hiqroskopik
maddələr, mikrob əleyhinə ələyhinə maddələr, rütubət saxlayıcı maddələr və s.
yumşaldıcılar şlıxtlənən saplara yüksək elastiklik qabiliyyəti verir. Yumşaldıcı
kimi müxtəlif yağlardan-gənəgərçək və pambıq yağı, qliserin, sabun və sintetik
maddələrdən: OP-10, OS-20 və s. istifadə edilir. Hiqroskopik maddələr ipliyin
tərkibinə nəmliyin keçməsinə şərait yaradir ki, bu da ipliyin həddindən artiq
qurumasının qarşısını alır. Hiqroskopik maddə kimi qliserin, xörək duzu, kalsium
xlor və s. istifadə edilir. Mikrob əleyhinə maddələr şlıxtin tərkibində onun
mikroorqanizmlərinin
dağılmasının
qarşısını
alır.
Mikrob
əleyhinə
formalindən,fenoldan, mis kuporusundan və s. istifadə edilir. Nəmlik saxlayıcılar
saxlayıcılar iplik ilə şlıxtin yüksək dərəcədə qarşılıqlı təsirdə olmasına köməklik
edir. Nəmlik saxlayıcı kimi nekal, kontakt, alızarın yağı və s. istifadə edilir.