MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

35 

 

burada V – ipliyin təkrar sarıma sürəti, m/dəq; 



            T – ipliyin xətti sıxlığı, teks; 

            m  - maşındakı barabanların (başlıqların) sayı. 

 

 

Maşının planlı məhsuldarlığı, kq/saat ilə 



P

pl

=P.F.v.ə. 



 

F.v.ə.  maşının  işi  zamanı  fasilələri  (yükləmə  müddəti,  qırılmaların  ləövi, 

maşının  təmizlənməsi  və  s.)  əsas  texnoloji  vaxtın  uzunluğunu  və  başqa  boş 

dayanmaları  nəzərə  alır,  lakin  maşının  təmiri  üzrə  planlı  boş  dayanmaları  nəzərə 

almir. 

Əriş sarıma prosesi 

 

 

Əriş sarımanın  mahiyyəti eyni  vaxtda  müəyyən sayda paralel  yerləşdirilmiş 

əriş  saplarının  sabit  gerilmə  ilə  əriş  valikinə,  barabana,  yaxud  katuşkaya 

sarınmasından ibarətdir.  

 

Əriş  sarımanın  məqsədi  toxuculuq  navoyunun    formalaşması  üçün  aralıq 



bağlamanın  yaradılmasıdır.  Toxuculuq  navoyunun  barbaşa  formalaşması 

babinlərdən aşılan sapların çox olması səbəbindən mümkün olmur. 

 

Texnoloji nöqteyi-nəzərdən əriş sarıma prosesi təkrar sarımaya nəzərən daha 



gərgin prosesdir. Bu onunla izah olunur ki, əriş sarıma prosesində bir neçə yüzlərlə 

saplar gərilmə ilə əriş valına, yaxud toxucu navoyuna sarınır. 

 

Əriş sarımaya aşağıdaki tələblər qoyulur: 



-bütün təkrar sarınan saplarının gərilməsi əriş valının formalaşması dövründə 

eyni və sabit olmalıdır; 

-əriş sarıma sürət böyük olmaqla, yüksək məhsuldarlığı təmin etməlidir; 

-əriş  bağlaması,  normal  toxunma  prosesinin  təmin  olunması  üçün  ciddi 

siliondrik  formalı  olmaqla  sapların  bağlamada  yerləşmə  sıxlığı  bərabər-ölçülü 

olmalıdır; 

-bütün əriş sapları üçün onların uzunluğu eyni və sabit olmalıdır; 

-əriş  sarıma  zamanı  ipliyin  və  sapların  fiziki-mexaniki  xassələri 

pozulmalıdır. 



36 

 

 



 

Əriş sarıma üsulları 

 

 



Toxuculuq  istehsalatlarında  ipliyin  növündən  və  istehsalatın  qəbul  olunmuş 

texnoloqiyasından  asılı  olaraq  əriş  sarıma  üç  üsulla  həyata  keçirilir:  partiyalı; 

lentli; seksiyalı. 

 

Partiyalı əriş sarıma zamanı əriş valına əriş saplarının elə hissəsi sarınır ki, 

navoyun  formalaşması  yalnız  bu  sapların  hesabına  təmin  olunsun.  Əriş  valındaki 

sapların sayı 400 və daha çox, partiyalı valların sayı isə ərişdəki sapların sayından 

asılı olaraq 2-dən 16-ə qədər təşkil edir. Əriş valının ölçüləri navoyun ölçülərindən 

böyük  olur.  Əriş  valında  yerləşdirilən  ipliyin  uzunluğu  15-30  dəfə  toxucu 

navoyunda olduğundan çoxdur. Hər bir partiyadan 15-30 navoy alınır. 

 

Partiyalı əriş sarıma ən məhsuldar üsul olmaqla pambıq-parça, kətan və yun 



(kanvol)  toxuculuğunda  geniş  tətbiq  olunur.  Bu  üsul  mahud  toxuçuluğunda 

kimyəvi saplardan bə iplikdən əriş hazırlığı zamanı da tətbiq edilir. 

 

Lentli  əriş  sarıma  üsulunun  mahiyyəti  ondadır  ki,  əriş  ayrı-ayrı  lentlərlə 

ardıcıl  çıkildə  əriş  barabanına,  sonradan  isə  bütün  lentlər  eyni  vaxtda  toxucu 

navoyuna yenidən sarınır. Ümumi sapların sayı toxucu navolundakı sapların sayına 

bərabər  olur  və  barabandakı  sarınma  sıxlığı  navoydakı  sarınmanın  sıxlığı  ilə  eyni 

olur. 

 

Lentli  əriş  sarımanın  məhsuldarlığı  partiyalı  əriş  sarımaya  nəzərən  kiçikdir. 



Bu  onunla  bağlıdır  ki,  lentli  əriş  sarıma  prosesi  kiçik  sürətlə  getməklə  lentin  əriş 

barabanından  toxucu  navoyuna  yenidən  sarınması  zamanı  maşında  əlavə  boş 

dayanmalar əmələ gəlir. Lentli əriş sarıma zamanı ayrılan uqarın miqdarı partiyalı 

əriş  sarımaya  nisbərən  az  olur.  Lentin  əriş  sarıma  adətən  çox  rəngli  əriş 

hazırlığında tətbiq edilir. 

 

Seksiyalı əriş sarıma zamanı əriş saplarının  ümumi sayı   hissələrə bölünür  

və  hər  bir  hissə  əriş  sapları  ayrıca  tağalağa  sarınır.  Lentlə  sarınmış  tağalaqlar  

seksiya  adlandırılır.  Belə  əriş  sarıma  üsulu  məhsuldarlığın  kiçik  olmasına  görə 

toxuculuqda özünə  tətbiq hörmət istehsalatlarında daha geniş tətbiq olunur. 



37 

 

 



Toxuculuq  sənayesində  əriş  sarıma  üsullarından  asılı  olaraq  partiyalı,  lentli 

və  seksiyalı  əriş  sarıyıcı  maşınlar  tətbiq  olunur.  Hər  bir  əriş  sarıyıcı  maşınlar 

müxtəlif  işçi  orqanlara  və  mexanizmlərə  malikdirlər:  babin  və  katuşkaların 

yerləşdirilməsi  üçün əriş çərçivəşi, sarıyıcı  mexanizm, əriş sarımanın eni boyunca 

sapları  bölən  sıralar,  əriş  sarımanın  uzunluğunu  qeydə  alan  sayğac  mexanizmi, 

sapların  qırılması  zamanı  və  sarınmanın  nəzərədə  tutulan  uzunluğunun  əldə 

olunması  anında  maşın  avtomatik  saxlayan  mexanizm,  elektrik  mühərriki,  maşını 

işə  salan  və  dayandıran  mexanizm  və  s.  bunlarla  yanaşı  əriş  sarıma  maşınları 

işlənib qurtaran bağlamaları dəyişən mexanizmlərlə, ucdüyünləyicilərlə, tozsorucu 

qurğularla təchiz olunurlar ki, bunlar da avadanlıqların və əməyin məhsuldarlığının 

artirilmasına şərait yaradırlar. 

Əriş sarıyıcı maşınlar 

 

SP tipli partiyalı əriş sarıycı maşını. Bu  maşının  texnoloji sxemi şəkil 5-

də göstərilmişdir. Şpul saxlayıcıda 1 konusvarı babinlər 2 yerləşdirilir. Əriş sapları 

3  babinlərdən  açılaraq  sap  tarımlayıcıdan  4  və  xəbərdaredici  qurğudan  5  keçəərk 

şüşə  çubuqlar  6  və  bölüşdürücü  sıralar  7  arası  ilə  irəliləyəcək  ölçü  valı  8 

üzərindənəyirməklə  əriş  valına  9  doğru  yönəldirir.  Əriş  valına  sarınan  ipliyin 

sıxlaşdırılması  və  düzgün  sarınma  formasının  təmin  olunması  üçün  valın  səthinə 

xüsusi qurğunun köməkliyi ilə diyirləyici valik 10 sıxılır. Diyirləyici valik hərəkəti 

əriş valı üzərinə sürtünmədən alır. Əriş sarımanın maksimum uzunluğu 100.000 m-

dir. Əriş sarımanın xətti sürətinin sabitliyi proses boyu tənzimlənir. 

 

Hal – hazırda müəssisələrdə SP-180 və SP-140 markalı əriş sarıyıcı maşınlar 



işləyir.  Bu  maşınlar  eyni  quruluşa  malik  olmaqla  biri-birindən  yalnız  yüklənmə 

eninə görə fərqlənirlər. 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə