MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə29/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   25   26   27   28   29   30   31   32   ...   86

Az
ərbaycan dili məsələləri 
 
103 

əllif bu qənaətə  gəlir  ki,  yazılı  ədəbiyyatda 
s
ənətkarlar xüsusi adlardan iki istiqamətdə - xalq tərəfin-
d
ən yaranan və rəsmi dövlət sənədlərində əks olunan real 
onomastik vahidl
ər və  yazıçının  öz  yaradıcılığıının  məh-
sulu olan poetik onomastik vahidl
ər kimi istifadə edirlər.  
 “Onomastik vahidl
ərdən istifadə  olunmasının    mə-
qam v
ə formaları” adlı bu fəsildə isə müəllif real adlardan 
satirik v
ə  yumoristik  ifadə vasitəsi kimi müxtəlif forma-
larda istifad
ə olunmasından, toponimlərdən bədii əsərlərdə 
t
əsvir olunan hadisənin konkret bir ərazidə  baş  verdiyini 
göst
ərmək üçün,  yazıçı  təxəyyülünün məhsulu olan süni 
toponiml
ərdən isə  obrazlılıq,  ekspressivlik,  ümumilik 
yaratmaq üçün istifad
ə  olunmasından,  kosmonimlərdən 
b
ənzətmə, təşbeh,  metafora  və  s. məqsədlərlə  istifadə 
edilm
əsindən, hidronimlərin üslubi rolundan söhbət  açır, 
tayfa v
ə  qəbilə  adlarının  –  etnonimlərin bədii mətnin 
tarixiliyini  artırdığını  göstərməklə  yanaşı,  onların  (etno-
niml
ərin) dil tarixi,  etnoqrafiya,  ədəbiyyatşünaslıq və s. 
elm  sah
ələrinin öyrənilməsində əvəzsiz mənbə olduğunu 
inandırıcı faktlarla  izah edir. 
Poetik onomastikanın  tədqiqat obyekti geniş və əha-
t
əlidir.  Ayrı-ayrı  yazıçı  və  şairlərin onomastik leksika-
sının tədqiqi bu problemlərin içərisində mühüm yer tutur. 
Çünki  bu  yolla  ayrı-ayrı  sənətkarların  fərdi  yaradıcılıq 
xüsusiyy
ətlərini müəyyənləşdirmək  olar.  İstər klassik, 
ist
ərsə  də  müasir sənətkarlarımızdan  heç  birinin  yaradı-
cılığında  onomastik leksika indiyə kimi öyrənilməmişdir.  
Kitabın “Yazıçı onomastikasının təhlilinə dair” adla-
nan üçüncü f
əslində A.Qurbanov Azərbaycan dilçiliyində 
ilk d
əfə olaraq  bu məsələnin şərhini vermişdir.  
Prof.A.Qurbanov Az
ərbaycan onomalogiyasının təd-
qiqin
ə dair dərslik, dərs vəsaitləri nəşr etdirməklə  yanaşı, 


Misir S
əfərov 
 
 
104 
ilk d
əfə  olaraq pedaqoji institutlar üçün  “Azərbaycan 
dilinin  onomalogiyası”  və  “Azərbaycan toponimikası” 
proqramlarını  hazırlamış, “Onomalogiyaya dair elmi-
metodik göst
ərişlər”, “Azərbaycan dili onomastik leksi-
kasının  toplanmasına  dair  proqram”,  “Onomastik  çalış-
malar” v
ə  s. elmi-metodiki proqram və  göstərişləri də 
t
ərtib etmişdir.  
Prof.A.Qurbanovun  r
əhbərliyi və  təşəbbüsü ilə 
respublikamızda  ilk  dəfə  olaraq  V.İ.Lenin  adına  APİ-nin 
Az
ərbaycan  dilçiliyi  kafedrasının  nəzdində  Onomastik 
Elmi M
ərkəz  yaradılmışdır.  Ölkəmizdə  sürətlə  inkişaf 
ed
ən  yenidənqurmanın birinci mərhələsində - 1986-cı ildə 
Az
ərbaycan  onomastikası  problemlərinə  həsr  olunan  
birinci elmi-n
əzəri  konfrans  keçirilmişdir.  Konfrans 
onomastikanın  öyrənilməsinə  marağı  daha  da  artırmışdır. 
T
əkcə bunu demək kifayətdir ki, Azərbaycan onomastika-
sının öyrənilməsi problemlərinə həsr olunan birinci elmi-
n
əzəri konfransdan sonra az müddət  ərzində  toponimika, 
antroponimika, hidronimika v
ə  s. məsələlərə  həsr olunan 
10 kitab, 200-d
ən çox məqalə çap edilmiş, bir doktorluq, 
yeddi namiz
ədlik  dissertasiyaları  müdafiə  olunmuşdur. 
Birinci elmi-n
əzəri konfransda  onomastikanın  bütün 
kateqoriyalarına  dair  142  məqalə  dinlənilib müzakirə 
olunmuşdur.  Kofransda  müzakirə  olunan materiallar 20 
çap v
ərəqi həcmində  nəşr  olunmuş  və  sanballı  bir  elmi 
m
ənbə  kimi istifadə  olunmaqdadır.  Birinci  onomastika 
konfransının  tematik  planına  uyğun  olaraq  1988-ci ildə 
onomastika probleml
ərinə həsr olunmuş ikinci elmi-nəzəri 
konfrans  keçirilmişdir.Birinci  onomastika  konfransından 
sonra  Ümumittifaq miqyasında onomastika sahəsində  çox 
geniş  əlaqə  yaranmışdır.  Əgər birinci konfransda başqa 


Az
ərbaycan dili məsələləri 
 
105 
şəhər və  respublikalardan 6 nəfər  iştirak  edirdisə, ikinci 
konfransda ölk
əmizin müxtəlif şəhərlərindən 30-dan artıq 
m
əruzə mövzusu göndərilmişdir. 
 Bütün bunlar onu göst
ərir ki, A.Qurbanovun əsərləri 
yalnız  dilçilik  elmi  ilə  məşğul  olanlar  üçün  faydalı 
t
ədqiqatlar olmaqla bitmir. Bu kitablar xalqımızın  tarixini, 
etnoqrafiyasını, habelə dilimizin qədimliyi və zənginliyini 
öyr
ənmək istəyən hər bir ziyalı üçün də faydalıdır. 
 
1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Misir S
əfərov 
 
 
106 
 
 
 
 
NƏSR DİLİNİN GÖZƏL NÜMUNƏLƏRİ 
 
Az
ərbaycan sovet ədəbiyyatında  roman  janrının  
əsasını qoyan xalq yazıçısı Ə.Əbülhəsənin həm də ədəbi-
b
ədii  dilimizin  inkişafında  böyük  xidmətləri  olmuşdur. 
Yazıçının  “Dostluq  qalası”  romanı  bu  mənada  xüsusilə 
əhəmiyyətlidir. 
Ə.Əbülhəsən öz dilinə  tələbkar  olmuş,  əsərlərinin  
dili üz
ərində  dönə-dönə  işləmişdir.  Biz bunu “Dostluq 
qalası”  romanının  əvvəlki və  sonrakı  nəşrlərini müqayisə 
etdikd
ə bir daha aydın görürük. Məlumdur ki, bədii əsərin 
dili üz
ərində  işləmək sənətkarın  qarşısında  duran  ən 
mühüm v
ə  çətin vəzifələrdən biridir. Bu sənətkardan 
böyük bacarıq, canlı  xalq danışıq dilini və eləcə də ədəbi 
dilin bütün spesifik xüsusiyy
ətlərini incəliyi ilə  öyrənib 
ona 
əməl etməyi tələb edir. Bədii  əsərdəki surətlərin 
xarakterini, savad d
ərəcəsini, ictimai mənşəyini öyrənmək 
v
ə  obrazların  psixologiyasına  uyğun  söz  seçib  işlətmək 
s
ənətkar üçün vacib məsələlərdən biridir. Yazıçı “Dostluq 
qalası”  romanının  dili  üzərində  işləyərkən  fikrin  aydın-
lığına  çalışmış,  dildə  sadəlik, xəltilik,  yığcamlıq  kimi 
m
əziyyətləri verə  bilmək üçün geniş  və  dərin  yaradıcılıq 
işi aparmışdır. Bütün bunların nəticəsidir ki, romanın dili 
axıcıdır, bədiidir, obrazlıdır. 
“Dostluq  qalası”nın  dilinin  leksik  tərkibi  maraqlı, 
canlı  və  rəngarəngdir.  Yazıçı  üslubu  məqsədindən  asılı  


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə