MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə27/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   23   24   25   26   27   28   29   30   ...   86

Az
ərbaycan dili məsələləri 
 
97 
etiraz edir v
ə  belə  nəticəyə  gəlir  ki,  “onomastikanın 
(onomalogiyanın)  mövzusu dilçiliyin ümumi obyektindən 
t
əcrid olunmayan, bilavasitə  onunla möhkəm  bağlı  olan 
m
əsələlər və hadisələrdir”. 
Professor  onomastik  leksikanın  ayrı-ayrı  qatlarının 
t
ədqiqi tarixini araşdırarkən bu qənaətə gəlir ki, toponimlər 
ilkin olaraq t
ədqiqata cəlb edilmiş  onomastik vahidlərdir. 
Bel
ə  ki,  Qafqaz  Albaniyasının  bəzi toponimləri 
haqqında  məlumata antik dövrlərin  yazılı  mənbələrində 
t
əsadüf edilir. Yunan tarixçisi və coğrafiyaşünası Strabon 
h
ələ iki min il qabaq Azərbaycan onomastik vahidlərinin 
b
əziləri  haqqında  məlumat  vermişdir.  Bu  tədqiqatlar 
zaman-
zaman  inkişaf  etmiş  və  Azərbaycanda Sovet 
hakimiyy
əti qurulandan sonra dilçiliyin başqa sahələrində 
olduğu kimi onomastika sahəsinsə də  tədqiqat işi qismən 
inkişaf  etdirilmişdir.  Müəllif göstərir ki, bu tədqiqatlar 
h
ərtərəfli və məqsədyönlü şəkildə aparılmamış, onomastik 
leksikanın  planlı  şəkildə  tədqiqinə  60-cı  illərdən sonra 
başlanılmışdır.  
Bu f
əsildə  Azərbaycan etnonimlərinin, dilimizin 
onomastik leksikasında mühüm yer tutan antroponimlərin, 
Az
ərbaycan dilçiliyinin onomastika sahəsində  ən çox 
işlənən, tədqiq olunan toponimlərin, hidronimlərin tədqiqi 
tarixi  araşdırılmış,  maraqlı  elmi  mülahizələr irəli sürül-
müşdür.  Burada  Azərbaycan  toponimikasının  öyrənil-
m
əsində fəaliyyət göstərən tarixçilərin və coğrafiyaçıların 
əsərləri də  geniş  elmi  aspektdə  təhlil  olunmuşdur.  Bu 
bölm
ədə  onomastik leksikanın  ayrı-ayrı  laylarını  təşkil 
ed
ən kosmonimlərin, zoonimlərin, ktematonimlərin indiyə 
q
ədər geniş tədqiqata cəlb  edilməməsindən, həllini gözlə-
y
ən bu məsələlərin Azərbaycan  dilçiliyinin  qarşısında 
aktual bir prob
lem kimi durmasından da bəhs edilmişdir. 


Misir S
əfərov 
 
 
98 
Əsərin ikinci bölməsi  “Müasir Azərbaycan ədəbi dili 
onomastik  leksikasının  tərkibi”  adlanır.    Müəllif  düzgün 
olaraq  onomastik  leksikanı  tərkibinə  görə  tədqiq edərkən  
iki istiqam
ətdə  ümumiləşdirmə  aparmışdır: kompo-
nentl
ərin miqdarına  görə  onomastik  leksikanın  tərkibi 
(birkomponentli, ikikomponentli, çoxkomponentli xüsusi 
adlar) v
ə  dil mənsubiyyətinə  görə  onomastik leksikanın 
t
ərkibi. Tədqiqatçı  onomastik  leksikanın  dil  mənsubiyyə-
tin
ə  görə  rəngarəng  olduğunu  nəzərə  alaraq, onu  üç 
qrupda  –  Az
ərbaycan dilinə aid milli onomastik vahidlər, 
başqa  dillərə  məxsus onomastik vahidlər, hibrid  (iki 
müxt
əlif dilə  məxsus sözlərin  qovuşması  nəticəsində 
əmələ  gələn leksik vahidlər) onomastik vahidlər  adı 
altında tədqiq etmişdir. 
Onomastik    leksikanın  bir  layını  toponimlər təşkil 
edir. Toponiml
ərin  tədqiqi, linqvistik təhlili  maraqlı  dil 
faktlarının  aydınlaşmasına,  üzə  çıxarılmasına  əvəzsiz 
köm
əklik göstərir. Toponimlər Azərbaycan dilinin və 
tarixinin yaranma v
ə  inkişaf  mərhələlərini  aydınlaşdıran 
qiym
ətli faktlarla zəngindir. “Azərbaycan toponimləri” 
adlanan bölm
ədə  toponimlərin xarakterik xüsusiyyətləri 
geniş elmi izahla verilmişdir. Bu bölmədəki bütün faktlar 
diqq
ətlə araşdırılmış, bədii ədəbiyyatdan, folklor nümunə-
l
ərindən  götürülmüş misallarla əsaslandırılmış, bir-biri ilə 
qarşılıqlı şəkildə izah edilmişdir. 
Az
ərbaycan toponimlərinin yaranma səbəblərini, bu 
yaranmada olan r
əngarəngliyi nəzərə  alan müəllif  onları 
aşağıdakı şəkildə qruplaşdırır: 1) şəxs adı, familiya, ləqəb, 
titul 
əsasında  meydana  çıxan  antroponimlər; 2) tayfa, 
q
əbilə  adları  əsasında  yaranmış  etnotoponimlər; 3) hid-
roterminl
ər əsasında yaranmış hidrotoponimlər; 4) heyvan, 


Az
ərbaycan dili məsələləri 
 
99 
quş, balıq, həşərat və s. canlıların adları  əsasında düzələn 
zootoponiml
ər; 5) bitki adları  əsasında  düzələn fito-
toponiml
ər; 6) Azərbaycan Sovet hakimiyyətinin qurul-
ması  ilə  əlaqədar  yaranmış  ictimai-siyasi xarakterli 
toponiml
ər;  7)  tarixi  şəxsiyyətlərin, görkəmli  yazıçı,  şair, 
inqilabçı, ictimai-siyasi xadimlərin  adını daşıyan memuar-
xatir
ə  toponimlər; 8) səma cisimlərinin  adı  əsasında 
düz
ələn kosmotoponimlər; 9) müəyyən  coğrafi  əlamətə, 
t
əbii sərvətə əsasən adlandırılan təsviri toponimlər. 
Professor A.Qurbanov toponiml
ərin dərə, təpə, düz, 
k
ənd,  şəhər, məhəllə, küçə, meydan və  s. kimi müxtəlif 
quruluşa malik olaraq Azərbaycan onomastik leksikasında 
z
əngin bir toponimik lay əmələ  gətirdiyini də  faktlar 
əsasında izah etmişdir. Toponimlərin oykonimlər, urbano-
niml
ər, xoronimlər, oronimlər, dramonimlər kimi növləri 
d
ə  tədqiqat  obyekti  olmuşdur. Bölmənin  axırında  verilən 
ən  çox  yayılmış  Azərbaycan toponimlərinin ümumi 
m
ənzərəsini əks etdirən sxem müəllifin toponimlərin areal 
xüsusiyy
ətləri  haqqında  fikir  və  mülahizələrini  çox  yaxşı 
əks etdirir və bir növ fəsli tamamlayır. 
Əsərdəki “Azərbaycan antroponimləri”, “Azərbaycan 
hidroniml
əri”, “Azərbaycan zoonimləri”, “Azərbaycan 
kosmoniml
əri”, “Azərbaycan ktematonimləri”, “Azərbay-
can etnoniml
əri” fəsilləri də  öz elmi dəyəri ilə  çox 
maraqlıdır. Klassik və müasir ədəbiyyatdan, eləcə də  xalq 
yaradıcılığından  verilmiş    nümunələr  əsərin bədii məziy-
y
ətini və  elmi dəyərini  artırır.  Yüksək elmi səviyyədə  və 
s
əlis dildə  yazılan    bu  kitab    onomastika  problemlərinə 
h
əsr edilmiş , onun əsaslarımı təşkil edən ilk fundamental 
əsərdir. 
Az
ərbaycan  onomalogiyasının  ayrı-ayrı    qatları  təd-
qiq edildikc
ə  bir  sıra  həllini gözləyən problemlər ortaya 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə