MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə41/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   37   38   39   40   41   42   43   44   ...   86

Misir S
əfərov 
 
 
146 
nailiyy
ətlərindən biri  olar, həm də  bununla dünya dilçi-
liyin
ə öz yeni bəhrəsini əlavə etmiş olar” (səh.43). 
Bu bir h
əqiqətdir ki, gələcək tədqiqatlar  aparılarkən 
müxt
əlif elmi mənbələrə  -  dil və  üsluba  aid  yazılmış 
əsərlərə də bir istinad mənbəyi kimi müraciət ediləcəkdir. 
Biz 
əminik ki, professor Afat Qurbanovun elmi dəyəri və 
toxunulan m
əsələlərin orijinallığı ilə seçilən “Dil və üslub” 
əsəri də müraciət olunan elmi mənbələrdən biri olacaqdır. 
 
1992 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 
147 
 
 
 
 
AZƏRBAYCAN ONOMASTİKASININ  
FUNDAMENTAL TƏDQİQİ 
 
Müasir Az
ərbaycan ədəbi dili zəngin  lüğət tərkibinə 
malik ink
işaf etmiş  dillərdən biridir. Bu dilin lüğət tərki-
binin  böyük  bir  qatını  onomastik  leksika  –  xüsusi adlar 
silsil
əsi təşkil  edir.  Həmin    leksikanın  tərkib hissələrinə 
antroponiml
ər, etnonimlər, toponimlər, hidronimlər,   kos-
moniml
ər,  ktematonimlər və  s. xüsusi adlar daxildir.  
Onomastik  leksikaya  daxil  olan  söz  qrupları  müəyyən 
ictimai-
tarixi  inkişafın  məhsulu olub, mənsub  olduğu 
xalqın  həyatını  əks etdirən  əvəzsiz söz sərvətidir. Ono-
mastik  leksikanın  hərtərəfli tədqiqi  söz  yaradıcılığı, 
dialektologiya, dil tarixi v
ə s. sahələrin öyrənilməsi üçün 
çox mühüm 
əhəmiyyət kəsb edir. 
Az
ərbaycan dilçiliyində  uzun müddət tədqiqatdan 
k
ənarda  qalmış  onomastik  leksikanın  öyrənilməsinə 
t
əxminən XX  əsrin 50-cı  illərdən  başlanılmışdır.  Tədqi-
qata daha çox Az
ərbaycan toponimika və antroponimikası 
c
əlb olunmuşdur. Lakin bu tədqiqatlar birtərəfli aparılmış, 
onomastik  leksikanın  öyrənilməsində  sistemsizlik, nata-
mamlıq özünü göstərirdi. Bu isə, hər şeydən əvvəl, həmin 
elm sah
əsinin  nəzəri və praktiki problemlərini özündə əks 
etdir
ən bir əsərin olmaması ilə bağlı idi. 
Ümumi dilçilik v
ə  Azərbaycan dilçiliyinin müxtəlif 
probleml
ərinə  həsr  edilmiş  fundamental  elmi-tədqiqat 
əsərlərinin və  dərsliklərinin müəllifi, nəzəri və  praktiki  
m
əsələlər üzrə  ən məhsuldar  alimlərimizdən olan Azər-


Misir S
əfərov 
 
 
148 
baycan SSR EA-
nın müxbir  üzvü, filologiya elmləri dok-
toru, professor Afat Qurbanov öz t
ədqiqatlarını,  əsasən, 
dilçiliyimizin az öyr
ənilmiş sahələrinə həsr edir. 
Alim uzun ill
ər  ərzində  onomastika məsələləri ilə 
daha  çox  maraqlanmış,  tədqiqatlar    aparmış,  yeni-yeni 
əsərlər nəşr etdirmişdir.  Onun “Müasir Azərbaycan ədəbi 
dili” (1985, “Onomalogiya” bölm
əsi),  “Azərbaycan ono-
mastikası”  (1986),  “Azərbaycan  onomalogiyası  məsə-
l
ələri” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), 
“Poetik onomastika” (1988) v
ə  s.  əsərləri dilimizin bu 
sah
əsinin  öyrənilməsinə  düzgün elmi istiqamət  vermiş, 
Az
ərbaycan  onomalogiyasının  müstəqil  bir  şöbə  kimi 
formalaşmasının  əsasını  qoymuşdur.  Lakin  Azərbaycan 
onomastikasının  zənginliyi, onun dilçiliklə  sıx  bağlı 
olm
ası,  onomastik  leksikanın  öyrənilməsindəki sistem-
sizlik bu elm sah
əsinin bütün problemlərini özündə  əks 
etdir
ən mükəmməl və  əhatəli tədqiqat  əsərinin  yazılması 
t
ələbini irəli sürürdü. Professor A.Qurbanovun “Azər-
bay
can  dilinin  onomalogiyası”  adlı  əsəri məhz belə  bir 
t
ələbdən irəli gələrək    yazılmışdır.  Professor bu  əsəri ilə,  
m
ərhum akademik M.Şirəliyevin yazdığı kimi, “Azərbay-
can onomastika m
əktəbinin  əsasını  qoymuşdur”.  Funda-
mental kitabda Az
ərbaycan dilçiliyində  ilk dəfə  olaraq 
onomastika probleml
əri  elmi-nəzəri aspektdə  şərh edil-
mişdir. 
A.Qurbanov onomalogiya probleml
ərinə  xüsusi 
əhəmiyyət verərək 2004-cü ildə  onomastika məsələlərinə 
dair 2 cildd
ən ibarət böyük fundamental  monoqrafiya 
(“Az
ərbaycan onomalogiyasının əsasları”, I və II cild) nəşr 
et
dirmişdir. 


Az
ərbaycan dili məsələləri 
 
149 
M
əlumdur ki, hər bir elmi əsərin yayılması müəyyən 
m
əqsəd və  vəzifələrlə  bağlı  olur.  Aparılan  uzun  elmi 
araşdırmalardan sonra bu ikicildliyin yazılmasında məqsəd 
xüsusi ad n
əzəriyyəsini,  onomastik  qanunauyğunluqları 
aydınlaşdırmaq, onomalogiya təliminin müasir vəziyyətini 
t
əhlil etmək, onomastik tədqiqata maraq və  həvəs oyat-
maqla  yanaşı,  dilçiliyimizin  bu  sahəsində  qarşıda  duran 
v
əzifələri müəyyənləşdirməkdən ibarətdir. 
Monoqrafiyanın  birinci  cildində  “Onomalogiyanın  
ümumi-n
əzəri məsələləri”, onomastika və  onomalogiya 
anlayışları,  onomalogiyanın  nəzəri  əsasları  onomalogi-
yanın  nəzəri  əsasları,    növləri,  başqa  elmlərlə  əlaqəsi, 
onomastik m
ənbə  və  onomastik tədqiqatın  xarakteri  və 
metodları  və  s. problemlər faktlar əsasında  şərh olunur. 

əllif “hər bir  elm və  onun  şöbələri mövcud nəzəri 
əsaslar üzərində  inkişaf  edir.  Dilçiliyin  başqa  sahələrində 
olduğu  kimi,  onomalogiya  da  öz  inkişaf  istiqamətini  
f
əlsəfi-nəzəri və  elmi-nəzəri  əsaslardan götürür” fikrini 
əsaslandırır,  onomalogiyanın  tarixi,  müqayisəli və  təsviri 
növl
ərinin  formalaşmasını  elmi  dəlillər  əsasında    aydın-
laşdırır. Bu  cilddə  düzgün olaraq “Azərbaycan onomas-
tikasının    öyrənilməsi tarixindən”  geniş  bəhs olunur. Hər 
bir elm sah
əsinin tədqiqi tarixinin  öyrənilməsi xüsusi elmi 
əhəmiyyətə  malikdir. Çünki elm tarixinə,  onun  inkişaf 
yoluna n
əzər  salındıqda  götürülmüş  işlərin səviyyəsi 

əyyənləşir,  görüləcək  işlər və  onların  istiqaməti 
aydınlaşır. Ona görə  də müəllif belə qənaətə gəlir ki, hər 
hansı bir elmin tədqiqi tarixinin öyrənilməsi onun gələcək 
inkişafına  müsbət təsir göstərir. Bu mənada Azərbaycan 
onomalogiyasının  tədqiqi tarixinin öyrənilməsi vacib bir 
m
əsələ  kimi özünü göstərir.  Onomastik  leksikanın 
öyr
ənilməsi  tarixini  araşdıran  müəllif  Azərbaycan ono-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə