MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə42/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

Misir S
əfərov 
 
 
150 
mastikasının  türkoloji dilçilikdə  mövqeyini müəyyən-
l
əşdirir  və  bu qənaətə  gəlir ki, onomastik leksikaya dair 
ciddi elmi-t
ədqiqat  işləri  aparılmalıdır.  Belə  ki, türkoloji 
dilçilikd
ə  onomastika sahəsinə  dair mühüm nailiyyətlər 
əldə  edilməsinə  baxmayaraq, elmi-tədqiqat  əsərləri  yazıl-
malıdır. 
Monoqrafiyada  A.Qurbanov    onomastikasının  azər-
baycanşünaslıqda  öyrənilməsi  məsələsini  geniş  və  hər-
t
ərəfli  şərh  etmişdir.  Müəllif göstərir ki, Azərbaycan 
onomastikası  linqvistik  tədqiqata son illərdə  cəlb edil-
mişdir.  Bu  tədqiqata son illərdə  cəlb  edilmişdir.  Bu 
t
ədqiqat  zamanı  isə  bəzi alimlər  yanlış  olaraq  onomas-
tikanı dilçiliyin tədqiqat obyektindən ayırmağa çalışmışdır. 
Professor düzgün olaraq buna etiraz edir v
ə belə nəticəyə 
g
əlir  ki,  “Onomastikanın  (onomalogiyanın)    mövzusu 
dilçiliyin ümumi obyektind
ən təcrid olunmayan, bilavasitə 
onunla möhk
əm bağlı olan məsələlər və hadisələrdir”. 
Professor  onomastik  leksikanın  ayrı-ayrı  qatlarının 
t
ədqiqi tarixini araşdırarkən bu qənaətə gəlir ki, toponimlər 
ilkin olaraq t
ədqiqata cəlb edilmiş  onomastik vahidlərdir. 
Bunların bəziləri haqqında məlumat keçmişdə verilmişdir. 
H
əmin tədqiqatlara antik dövrlərin  yazılı  mənbələrində 
t
əsadüf edilir. Yunan tarixçisi və coğrafiyaşünası Strabon 
h
ələ iki min il qabaq Azərbaycan onomastik vahidlərinin 
b
əziləri haqqında məlumat vermişdir. IX-XII əsrlərin ərəb 
coğrafiyaşünas  səyyahlarının  əsərlərində  ilk dəfə  olaraq 
Şabran, Şirvan, Gəncə, Bakı, Muğan, Beyləqan və bu kimi 
Az
ərbaycan toponimləri  haqqında  çox  zəngin məlumat 
verilmişdir.  XIX  əsrin görkəmli  coğrafiyaşünas  səyyahı 
Hacı  Zeynalabdin  Şirvani  Azərbaycan,  Bakı,  Şamaxı, 
Şirvan,  Gəncə,  Quba,  Şəki,  Şabran  və  s.  yer  adlarının  


Az
ərbaycan dili məsələləri 
 
151 
m
ənşəyinə dair maraqlı fikirlər söyləmişdir. Bu tədqiqatlar 
zaman-
zaman  inkişaf  etmiş  və  Azərbaycan dilçiliyinin 
başqa  sahələrində olduğu kimi, onomalogiya sahəsində də 
nailiyy
ətlər əldə edilmişdir. 
Bu f
əsildə  Azərbaycan etnonimlərinin, diolimizin 
onomastik leksikasında mühüm yer tutan antroponimlərin, 
Az
ərbaycan dilçiliyini  onomastik sahəsində  ən  çox  işlə-
n
ən, tədqiq olunan toponimlərin, hidronimlərin tədqiqi  
tarixi 
araşdırılmış,  maraqlı  elmi  mülahizələr irəli sürül-
müşdür.  Burada  Azərbaycan  toponimikasının  öyrənil-
m
əsində    fəaliyyət göstərən tarixçilərin və  coğrafiyaşü-
nasların  əsərləri də geniş elmi aspektdə təhlil olunmuşdur. 
Bu cildd
ə  onomastik  leksikanın  ayrı-ayrı  laylarını  təşkil 
ed
ən kosmonimlərin, zoonimlərin, ktematonimlərin indiyə 
q
ədər geniş tədqiqata cəlb  edilməməsindən, həllini gözlə-
y
ən bu məsələlərin Azərbaycan  dilçiliyinin  qarşısında 
aktual bir problem kimi durmasından da bəhs edilmişdir. 
Əsərin II cildində müasir Azərbaycan ədəbi dili ono-
mastik  leksikasının  tərkibi müəllif tərəfindən iki 
istiqam
ətdə  ümumiləşdirilmişdir:  komponentlərin miqda-
rına  görə  onomastik  leksikanın  tərkibi (birkomponentli, 
ikikomponentli, çoxkomponentli xüsusi adlar) v
ə  dil 
m
ənsubiyyətinə görə  onomastik leksikanın tərkibi. Tədqi-
qatçı  onomastik  leksikanın  dil  mənsubiyyətinə  görə 
r
əngarəng olduğunu nəzərə  alaraq, onu  üç qrupda – Azər-
baycan dilin
ə  aid milli onomastik vahidlər,  başqa  dillərə 
m
əxsus onomastik vahidlər, hibrid  (iki müxtəlif dilə 
m
əxsus sözlərin qovuşması nəticəsində əmələ gələn leksik 
vahidl
ər) onomastik vahidlər adı altında tədqiq etmişdir. 
Onomastik    leksikanın  bir  layını  toponimlər təşkil 
edir. Toponiml
ərin  tədqiqi, linqvistik təhlili  maraqlı  dil 
faktlarının  aydınlaşmasına,  üzə  çıxarılmasına  əvəzsiz 


Misir S
əfərov 
 
 
152 
köm
əklik göstərir. Toponimlər Azərbaycan dilinin və 
tarixinin yaranma v
ə  inkişaf  mərhələlərini  aydınlaşdıran 
qiym
ətli faktlarla zəngindir. “Azərbaycan toponimləri” 
adlanan bölm
ədə    toponimlərin xarakterik xüsusiyyətləri 
geniş  elmi  izahla  verilmişdir.  Bu  cilddə  bütün faktlar 
diqq
ətlə  araşdırılmış,  bədii  ədəbiyyatdan, folklordan 
götürülmüş misallarla əsaslandırılmış, bir-biri ilə qarşılıqlı 
şəkildə izah edilmişdir. Professor A.Qurbanov Azərbaycan 
toponiml
ərinin yaranma səbəblərini, burada olan rənga-
r
əngliyi,  onların  Azərbaycan  onomastik  leksikasında 
z
əngin bir toponimik lay əmələ  gətirdiyini də  faktlar 
əsasında  izah  etmişdir.  Toponimlərin, oykonimlər, urba-
noniml
ər, xoronimlər, oronimlər, dromonimlər kimi 
növl
əri də  tədqiqat  obyekti  olmuşdur.  Əsərdə  verilən  ən 
çox  yayılmış Azərbaycan toponimlərinin ümumi  mənzə-
r
əsini  əks etdirən sxem müəllifin  toponimlərin areal 
xüsusiyy
ətləri haqqında fikir və mülahizələrini çox  yaxşı 
əks etdirir və bir növ  onu  tamamlayır. 
M
əlum həqiqətdir ki, dilin leksik tərkibi sabit qal-
mayıb,  daim  inkişaf  edir,  dəyişikliyə  uğrayır.  Kitabın 
“Az
ərbaycan dilində  onomastik vahidlərin  yaranması  və 
d
əyişməsi” adlı  fəslində bu məsələlər dil faktları əsasında  
şərh olunur. Alim onomastik vahidlərin  əmələ  gəlməsi 
yollarını  araşdırarkən  haqlı  olaraq bu nəticəyə  gəlir ki, 
onomastik  vahidl
ər dörd üsulla yaradılır: leksik, semantik, 
morfoloji v
ə  sintaktik. Müəllif hər bir üsulun  xarakterik 
xüsusiyy
ətlərini ayrıca göstərir, zəngin dil faktları əsasında 
bu yollarla yaranan onomastik vahidl
ərin  yaranmasındakı 
rolunu araşdırır. 
Kitabın  “Onomastik vahidlərin poetik və  üslubi 
xüsusiyy
ətləri” fəslində  bədii  əsərlərə, surətlərə, hadisə-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə