133
müasir kafirləri – Ayriyi
13
, Samosatlı Paveli
14
, Manini
15
,
Markianı
16
,murdarNestorini
17
və Feodoriti
18
, ziyanlı və küfrlə dolu
Xalkedon qurultayını və papaz Levin yəhudiliklə dolu risaləsini
19
lənətləyirik.
İsrar edənlərin elələri də var ki, onlar İsa yerdə olanda
göylərdə mövcud deyildi deyirlər; çarmıxa çəkiləndə o, şərəf taxtında
oturmamışdı: qərbdə olanda O, Atanın sağ tərəfində yox idi. Allah
belə fikirdə olanlara lənət etsin. Buna inanıb razı olanları da biz də
indi lənətləyirik.
Biz sizin yanınıza sədaqətli keşişimiz Matteni göndəririk ki,
bu məktubu sizə çatdırsın. Sizə havari İoannın sözlərini xatırladırıq:
“ Kim sizə gəlib bu elmi gətirmirsə onu evinizə buraxmayın və ona
salam verməyin, çünki onu salamlayan onun şər işlərinə şərikdir.”
1
”
Və hər bir ruh cisimli canlı gələn kimi İsaya inanmırsa, bu ruh
Allahdan yox, Dəccəlin ruhudur”.
2
Belələrini öz sıralarınızdan qovun
və onların məhvedici təlimlərinə qulaq asmayın.
“O vaxtdan ki, sizin atalarınızbizim atalarımızla yekdin olub,
siz də bizimlə bir imana bağlısınız, biz istəyirik ki, sizin üç və ya
dörd yepiskopunuz bizim tərəflərə gəlib həqiqi elmi öyrənsinlər ki,
nə bir keşiş həlak olsun, nə də onun kilsəsinə mənsub olan dindarlar
itib batsınlar və həm səmalarda olan məlaikələr və həm də yer
üzündə yaşayan biz – İsanın qul və pərəstişkarları yaxşılıq üçün
sevinsin. Sizə Allahın salamları!
1
İncil. Havari İoannın ikinci risaləsi, II, 10-11.
2
İncil. Havari İoannın birinci risaləsi, IV,3.
134
DÖRDÜNCÜ FƏSİL
Yuxarıdakı məktubu Albaniya katolikosu ağamız
Abbas alandan sonra kafirlərin təqib olunması və
Albaniyadan sürgün edilməsi
Hər tərəfdə acı qarışıqlıq salan Xalkedon ümumkilsə
qurultayının lovğa, dəyərsiz və küfrlə dolu fitnəsi Allahın səbirli
olmasından dolayı bütün dünyanı əhatə etdi, onun yalançı təlimi daha
da qüvvətləndi və bu təlimin səthi ehkamlarına heyran qalanların
çoxunun ruhu əbədi zülmətin içinə qərq olunmağa məhkum oldu.
Bu təlimin alaq otları bu Albaniya torpağında da kök saldı.
Bu zaman Albaniya katolikosu ağamız Abbas və onun məktubda
adları çəkilən bütün yepiskopları ciddiliklə bu küfrü təftiş edib və
onu yayan murdar Tovması, Zəbur surələrini oxuyan Binəti, İbası və
başqalarını Albaniyadan ucqar torpaqlara qovdular. Beləliklə,
Allahın mərhəməti sayəsində ruhanilər arasında əmin – amanlıq
bərpa olundu.
Lakin o zamanlar mübarizələr alovunun ən qızğın çağları idi.
BEŞİNCİ FƏSİL
135
Barbar xalqlarının basqını. Aləmi sarsıdan
müxtəlif hadisələr və ölkələrə bədbəxtlik üz verməsi
haqqında hekayə
Görün uzaq və yaxın dünyanın diqqətini cəlb etmək üçün
mən
1
necə əcaib hadisələr haqqında söhbət etmək istəyirəm! Bu
hadisələr heç də keçmiş əsrlərin müxtəlif yerlərdə və müxtəlif xalqlar
arasında alovlanan cürbəcür müharibə və hərc – mərclik dövrlərinin
hesablamaları ilə müqayisə etmək olmaz. Bütün bunlar çoxlu
təfsilatlar və dəyişmələri ilə Müqəddəs Ruh tərəfindən qabaqcadan
nizamlanmışdır. Nə dünyəvi və ya ilahi qüvvələrlə bağlı və
əfsanələrlə dolu fəsahətli yunan əsərlərində, nə də fəlsəfədə bunlara
bənzər heç bir şey tapmaq mümkün deyil. Çünki başımıza elə
bəlalatr gəldi ki, onların barəsində bizim Xilaskarımız həyatverici
Kitabında çoxdan xəbərdarlıq etmişdi və əziyyətli günlərində on iki
seçilmiş şagırdinin qulaqlarına çatdırmışdı: “ Həmçinin müharibələr
və hərbi xəbərlər haqqında eşidəcəksiniz. Baxınız, dəhşətə
gəlməyiniz, çünki bunların hamısı olmalıdır. Amma bu hələ son
deyil:çünki xalq xalqın üstünə qalxacaq, padşahlıq padşahlıq üstünə:
müəyyən yerlərdə aclıq da olacaq, azar da, zəlzələlər də. Günəş də
tutulacaq, Ay da öz işığını verməyəcək, ulduzlar da göydən düşəcək
və səma qüvvələri sarsınacaq.
2
Axı, Allah bizə xəbərdarlıq edib
1
Yəni müəllif.
2
İncil. Matfeydən, XXIV,6-7,29; Markdan, XIII, 7-8.
136
demişdi:” Ayıq olun, çünki nə gününü bilirsiniz nə də saatını”.
1
İndi
isə dünyada olan bəlalar nəticəsində mənim fikrim dumanlara qərq
olub, niyyətlərim də pozulub, mən hekayətimin ardıcıllığını yaddan
çıxarıb Peyğəmbərin dediyi kimi:” Mən öz çörəyimi yeyəcəyimi
yaddan çıxarıram. Səsimin ah - zarından”
2
qərara gəldim ki,
Albaniyada cərəyan etmiş vaxtdan və hadisələrdən başlayım. Amma
indi hələ ki, bu ana qədər bizi əhatə edən qorxunu və dəhşəti kənara
qoyaraq, biz hadisələrin nizamlı təsvirinə qayıtmalıyıq, çünki
görürük ki, çoxları bizi əhatə edən Barbar düşmənlərin saysız –
hesabsız basqınları haqqında bilmək istəyir.Bununla yanaşı, böyük
və əcaib əlamətlər barəsində eşitmək istəyirlər, çünki bunların
köməyilə ulu və insansevər Allahın əli gözlərimiz qabağında həlak
olan düşmənlərimizi cəzalandırdı. Və keçmiş zaman bizdən
keçmişlər haqqında ardıcıl izahatı tələb etdiyi üçün, öz hekayətimizi
biz ağamız İsanın mehekan ayıda zühur edilməsini 18- ci nahancın
birinci ilindən başlayıram, bu da şahlar şahı – IV Hürmüzdün oğlu II
Xosrovun hakimiyyətinin otuz beşinci ilinə təsadüf edir.
20
ALTINCI FƏSİL
Ziyanlı Xalkedon qurultayının lənətlənməsi dövrü
haqqında məlumat. Albaniya küfrdən necə toxunmaz
1
İncil.Matfeydən, XXV, 13.
2
Zəbur, CI, 5-6.
Dostları ilə paylaş: |