145
Bir neçə sətirdən sonra aydın olur ki, Üç Uqnumun
əbədiyyətdən qabaq mövcud olması barəsində siz bambaşqa
fikirdəsiniz. Sonra, siz Kəlamın təcəssümünü elə halda izah edirsiniz
ki, bu havarilərdən alınan İsa kilsənin təlimindən uzaqlaşır və
müqəddəs kitablarla təsdiq olunmur. Bu insanlara qəfildən
yaxınlaşan cavanların nəzəriyyəsidir ki, onlar insanları İsa
kilsəsindən oğurlayıb sonra da yanlış fikirlərin vasitəsiylə onların
şagirdlərini də tovlayıb kilsədən çıxarırlar.
Başqa bizim öz fikirlərimizlə razı olmayan və sadəlövh
adamları çaşdıra bilən fikirlərə gəldikdə isə deməliyik ki, yalançılıq
qapıları biz dindarlar üçün bağlıdır. Və əgər məsələlər belədirsə,
onda ey hörmətli müqəddəs atalar, fikirləşin və görün sizin imanınız
sizi haraya gətirib çıxarar və sizi Müqəddəs Ruhun təlimindən necə
uzaqlaşdırar. Məsələyə bir az dərindən baxın, zülmət içində işığı
axtarın və aydın, mükəmməl və dəqiq cavablar verin! Sənsə, ey
səadət arzulayan, mənimlə birlikdə öz iti nəzərlərini Üç Uqnum
tərəfə qaldır ki, Onun haqqında havari Pavel hələ, romalılara
göndərdiyi risaləsində belə demişdir:” Sizə, ey qardaşlar, Allahımız
İsanın adıyla və Müqəddəs Ruhun məhəbbətiylə yalvarıram:
mənimlə birlikdə mənim üçün Allaha dualarda olmağa çalışın”
1
.
Müqəddəs Üç Uqnumun şərəfini o belə tərənnüm edirdi və öyrədirdi
ki, havarilərin bütün vəsiyyətləri bu ifadələrlə doludur və yalnız onun
adıyla biz xaçı suya sala bilir və ibadətlə onu tərənnüm edirik.
1
İncil. Pavelin romalılara risaləsi, XV,30.
146
Bəs nəyə görə Allah Oğlu bir yerə yığdığı kilsəni və
dindarları biz indi parçalamalıyıq? Gəlin Nadavla Aviuda bənzəyib
kafirlər kimi özgə oduna ibadət etməyək ki, özümüz də həmin odla
məhv olmayaq
50
. Gəlin İsadan üz çevirməyək ki, O yenidən bizim
təqsirimiz üzündən bizim yerimizə əzab çəkməsin, gəlin dinimizi
dəyişməyək ki, Nuh nəvəsi Kənanı qoçlarla təkələri ayıran Allahın
adından lənətlədiyi kimi
1
bizi də lənətləndirməsinlər. Çünki bu iş bizə
və Amaras kilsəsinə rəhbər təyin olunan sənə, Mxitara aiddir. Sənsə
təkid edirsən ki, həmin kilsə Qriqoris tərəfindən təsis və Qriqoris və
onun nəsli kimi eyni dinə mənsubdur. Allah eləməsin ki, biz sizin
Kənan övladları olmağınızı və ya İudaya etiqad etməyinizi eşidək.
Kilsənin ikiyə bölünməsi haqqında əmr verməyin və onun bir
hissəsini azdıranların əlinə salmayın. Əgər biz dinləri havarilərin
dinlərindən fərqli olmayan ataların övladlarıyıqsa, gəlin onların
təlimindən bərk yapışaq və təmiz suda su ilə əhəngi qarışdıraraq
korlamayaq, çünki adıyla fəxr etdiyimiz O Səmavi Atamızın
qarşısında bizi təqsirləndirən məhz Özü olacaq. Gəlin haqsızlığın
çoxluğu ilə aldanmayaq, əksinə, gəlin ibrətli kəlamlarla uyğun olraq
çoxlarının bəlalara düçar olmalarına şərik olmayaq
2
və cəhd edək ki,
nicat gəmisində səkkiz başqa canla gizlənək ki
3
, və onlar Tufan
zamanı boğulan cammat içindən xilas ola bildilər, gəlin Lutla
51
birlikdə odlu yağmurdan xilas olaq və altı min həlak olunanlardan
1
Bax: İncil. Kövn, IX, 20-25.
2
Bax: İncil. Xuruc, XXIII.2.
3
İncil. Havari Pyotrun Birinci risaləsi, III,20.
147
sağ qalan iki nəfərlə həsrəti çəkilən torpağa daxil olaq.
1
Çünki indi də dağlar arasında əks – səda kimi Mərhəmətlinin
səsi eşidilir:” Kiçik sürü, qorxma! Sizin atanız mərhəmət göstərib
sizə Səltənət verir!”
2
Biz inadkarlara bu istiqamətdə fəaliyyət göstərmək üçün
nəsihət edəcəyik, amma biz Üç Uqnuma ibadətin nizamını müdafiə
edir və edəcəyik və biz buna etiraz edən hər qardaşdan belə uzaq
olacağıq”.
DOQQUZUNCU FƏSİL
On səkkizinci Nahancın birinci ilindən
52
başlanan
tarixi hesabat
Vaxtiləİran şahı Kiruşun dövründə Qüds şəhərinin 70 ilik
əsarəti
53
bitən kimi, mömin imperator Flavi İrakli dövründə
54
Qüdsün
bu səfərki əsarəti də bitəndə Allah məğrur İran şahı Böyük Xosrovu
55
ziyarər edib onu ona görə danladı ki, o, uzun müddət qələbələr
çalaraq paytaxtı Roma olan imperator Avqustun ölkəsi ilə birlikdə
Fələstinin parlaq şəhəri olan Qüdsi də dağıdıb talan edirdi.
Xosrov şah görəndə ki, Yunan ( Bizans) imperatoru ilə
başladığı müharibə onun qərbə yürüşə gedən ordusunun Xorsan adlı
sərkərdəsi sayəsində müvəffəqiyyətlə davam edir, o, öz
sərkərdəsinə, onun döyüşlərə yaxşı hazırlıq görüb, bu döyüşlərdə fars
1
İncil. Bu haqda İncilin “ Kövn” fəslinə bax.
2
İncil. Lukadan, XII,32.
148
hiylələrini işlədib qələbə çalmasına görə ona, müxtəlif şərəfli və
dəbdəbəli adlar adlar verdi. Onu gah Rəzmi Ozan, gah da Şəhrivaraz
çağırırdı.
Xorsan Böyük Qüds şəhərini alıb
56
yandırdı. O, bütün
dünyaya işıq saçan və cəhənnəmə qalib gələn həyatverici Müqəddəs
Xaçı əsir edib apardı.Onunla bir yerdə Xorsan müqəddəs yerlərdən
bütün qızıl, gümüş qabları və cavahiratla süsləmiş şeyləri, çox bahalı
mirvari ilə bəzədilmiş geyimləri, hətta çox gözəl və dəbdəbəli
şəhərlərin evlərində olan şeyləri, mərmər sütunları, elə heyvan və
böyük quşları daşıyıb aparmışdı ki, onların Şərq ölkələrində heç
adlarını da eşitməmişdilər. Amma mən öz hekayəmi uzatmaq
niyyətində deyiləm, çünki onun bütün orada törətdiklərindən mənim
heç xəbərim yoxdur. Qarət etdiyi dağ boyda cavahiratı onun əmriylə
İran şahının sarayına daşıdılar. Lakin şah bu saysız – hesabsız
qənimətdən, musiqidə, rəqslərdə və əyləncələrdə mahir məlahətli
bakirə qızlardan və oğlanlardan nə doydu, nə də həzz aldı. O, quruda
və dənizdə döyüşərək bizanslıların gözəl şəhərlərini əhalisiylə
birlikdə İrana köçürürdü. Öz memarlarına əmr etdi ki, onlar İranda
Bizans şəhərlərinə oxşar şəhərlər salsınlar. Bu şəhərlərdən birinə Beh
Əncətok, yəni “ Antakiyadan daha gözəl”
57
, başqa tikdiyi şəhərlərə
köhnə adlarını saxlayırdı, ancaq ona “Daha gözəl” sözlərini əlavə
edirdi.
Şahın bütün diləkləri yerinə yetdikdəndən və o, bütün xalqlar
və şahlıqları istədiyi kimi fəth etdikdən sonra elə güclü və qüdrətli
Dostları ilə paylaş: |