149
oldu ki, lovğalanmağa başladı və hesab etdi ki, guya o, öz şahlığını
belə qorxulu və əzəmətli öz şəxsi qeyrəti və mərdliyi sayəsində
etmişdir. O, heç fikirləşmirdi ki, Allah – təala bütün insan
şahlıqlarından yüksəkdir və mülkü istədiyinə verir ( və istədiyindən
alır).
1
Tədricən şah Bizans çarı qarşısında zəifləyir və əvvəlki kimi,
qüdrətinin ən yüksək zirvəsində olduğu kimi, indi öz başını qürurla
qaldıra bilmirdi.
Vaxtı gələndə imperator bütün Xosrovla döyüşlərdə olan öz
sərkərdələrinə və ordularına xəbər verdi ki, Allah onların əməllərinə
kömək edir. O, əmr etdi ki, onlar bütün orduları və sursatları ilə
müəyyən yerdə toplaşsınlar.
58
Onların hamısı təyin olunan yerə yola
düşdülər. Heç kəs öz qonşusunu gözləmirdi və vaxtı itirmədən “ ğz
kotanlarını qılınclara və oraqlarını nizələrə dəyişdirdi və zəiflər belə
bir – birinə ürək verib deyirdilər:” Biz güclüyük və cəngavərik!”
2
İmperator özü ordusuna rəhbərlik edib yola düşdü. Öz
sarayını oğluna tapşırıb onun başına tacnı qoydu və öz taxtına
oturtdu.
İrakli onun ölkəsini və şəhərlərini alan və onları itaətdə
saxlayan İran qoşunlarına hücum etmir, onların yanından keçmir və
döyüşə təhrik etmirdi. İranlıları öz ölkəsinə buraxıb, ordusuyla dənizi
keçir və yolunu Egerlərin torpaqlarından
59
salaraq Erməniyyəya daxil
olub, Araz çayını keçdi və Böyük Xosrov şahın üzərinə qəfildən
1
Bax: Quran, 14, 25.
2
İncil. Havari İoilin kitabı, III, 10.
150
hücum etmək istədi.
60
Xosrov bu xəbəri eşitdikdə həddindən artıq təəccübləndi və
dedi:” Məgər o həmin adam deyilmi ki, qorxusundan qabağımdan
qaçırdı? Bəs indi bu nədir?” Xosrov Midiya hüduduna yaxın olan
yay iqamətgahından imperatorun gözündən qaçaraq, Suriyaya gəldi
və oradan öz böyük sərkərdəsi Şəhrivaraza çaparlarla hədə və
təhqirlərlə dolu məktub göndərdi:” Yalnız buraya dərhal gəlib və
bütün mənə qarşı cəsarət edib çıxış edənlərin istər ikiayaqlı olsun,
istər dördayaqlı, hamısını qırıb tökəndən sonra, sən məni bu böyük
rüsvavçılıqdan azad edib qəzəbimi bununla sakitləşdirə bilərsən!”
Məktubdan dəhşətli xəbəri biləndən sonra sərkərdə təcili İran
qoşunlarını gözdən küçirdi. Ona təslim olmuş və əlinə keçmiş Bizans
və Fələstin şəhərlərində mühafizə dəstələri qoyub onlara tapşırdı ki,
o, qayıdana qədər onlar şəhərləri ehtiyatla idarə etsinlər. Özü isə çox
gözəl silahlanmış atlı ordularını götürüb şahın təyin etdiyi yerə
tələsdi.
Görəndə ki, İran şahı onun əlindən çıxıb qaçdı, Böyük
imperator İrakli onu təqib etməyib Atrpatakan ölkəsinə hücum edir
və İran şahlarının yayın istisində havasının sərin olduğuna görə
özlərinə iqamətgah seçdikləri Qazaka ( Gəncək) şəhərinə
61
daxil olur.
İrakli ölkəni dağıdıb talan etdi
62
və əhalisini əsir aldı. Oradan
qayıdanda İrakli qışı Albaniya, Gürcüstan və Erməniyyədə keçirmək
istədi. Buna görə o, bu ölkələrin hakim və əyanlarına məktublar
yazıb tələb etdi ki, onlar könüllü olaraq onun qabağına çıxaraq, onu
151
qarşılasınlar və bütün qış boyu onun özünə və ordusuna xidmət
etsinlər. Əgər onlar bu tələblərə əməl etməsələr, onları bütpərəst
hesab edəcək və ordularına əmr edəcək ki, bu ölkələrin qalalarını alıb
torpaqlarını viran etsinlər.
63
Bunları eşidən Albaniyanın sahib və əyanları Xosrovun
əmrilə böyük Bərdə şəhərini tərk edib müxtəlif yerlərdə istehkam
qurub yerləşdilər. Amma Bərdənin xaçpərəst bütpərəst sakinlərinin
çoxu, o cümlədən sənətkarları xəstəlik və başqa səbəblərə görə
şəhərdən çıxıb qaça bilməyib evlərində qaldılar.
Bərdə kilsəsinin Zaxariyya adlı yumşaq xasiyyətli keşişi şəhər
sakinlərinin nicatı üçün öz həyatını belə əsirgəmirdi. Andla, ibadətlə
və müxtəlif tədbirlərlə o, xaçpərəstlərin çoxlarını əsirlikdən qurtardı.
Müxtəlif girovlarla yəhudilərlə bütpərəstləri şəhərdə saxlaya bildi.
Sonralar Zaxariyyanın bu xidmətlərinə böyük qiymət qoyuldu və
hamının razılığı ilə o, Albaniyanın katolikosluğuna layiq görüldü.
64
Saysız – hesabsız Bizans orduları öz düşərgələrini
Kalankatuk kəndinin
65
yanında axan çayın sahilində saldılar.
Yanlarından keçdikləri kəndlərin özlərini, gözəl bağ və üzümlükləri
tapdalayıb xaraba qoydular. Sonra onlar yerlərini dəyişib
düşərgələrini Tərtər çayın sahilində Divtakan kəndinin yanında
saldılar.
66
Bunlardan sonra “ Nor Zor” ( “ Yeni ordu”) adlı İran qoşunu
gəldi. Onun sərkərdəsi Şəhripalakan idi. Qoşunların arasında
Qranikan Salar – şaha sadiq olan bir tanınmış sərkərdə də var idi. O
152
da gəlib şahın hüzurunda hazır durmuş idi.
Sonra Bizans tərəfdən yenə bir İran sərkərdəsi gəldi
67
və
bunlar birləşib İraklinin ordularını Sünikin torpaqlarından geriyə
qovdular. İran ordularının özlərinə bərk zərbələr dəyməsinə
baxmayaraq
68
, onlar bizanslıları öz ölkələrinə qədər qovdular, onların
şəhərlərini silah gücüylə əllərindən aldılar.
153
ONUNCU FƏSİL
Xosrov şahın Bizans imperatoru ilə müharibə üçün
öz ordularını səfərbərliyə alması. Ona neçə illər ərzində
qılıncla endirdiyi zərbələr və Bizans ölkəsinin talan
edilməsi barəsində
İraklinin təhriki ilə saysız – hesabsız Xəzər orduları ölkəmizə
soxulub onu talan etməyə başladılar.
69
Bununla əlaqədar İran şahı
Xosrov onlara öz elçisini göndərib belə bir sual verdi:” Mənim
ölkəmə siz kimin əmrilə soxuldunuz? Bəlkə məndən qaçıb Qərb
dənizlərinin adalarında gizlinib sərgərdan gəzənin əmrilə? Əgər sizin
qızıl, gümüş, qiymətli daşlar, ipək parça və qızılla naxışlanmış və
mirvarilərlə süslənmiş libaslara ehtiyacınız var idisə, onda mən sənə
onun vəd etdiyinin ikiqatını verə bilərdim. Buna görə sənə deyirəm :
İraklinin bihudə kələklərinə görə mənim üzərimə basqınlar etməyin.
Yox, əgər siz bunu edərsinizsə, qoy sizin etdiyiniz kimi olsun. Ancaq
mən sizə qabaqcadan gördüyüm tədbirlər haqqında deməliyəm.
İraklinin sizinlə birlikdə mənə qarşı görmək istədiyi tədbirlərindən
vaz keçməsi üçün mən indi onun ölkəsində olan böyük və müzəffər
sərkərdəmi – Şəhrivarazı və Qərbin üstünə göndərdiyim mənim iki
qəhrəman sərkərdələrim Şahin və Kərdəri qanlı və mənim seçilmiş
və təpədən dırnaqlarınadək silahlanmış minliklər və onminliklərə
Dostları ilə paylaş: |