119
Beləliklə, əgər qohumların duaları kimisə ölümdən həyata
qaytara bilirsə, demək Allahın qüvvəti daha da böyükdür!Buna görə
də, əgər biz sağlar rəhm edən Allahdan kiminsə günahlarının
bağışlanmalarını Allahdan gözləyə bilərlər.
120
OTUZ ÜÇÜNCÜ FƏSİL
Aquendə keçirilən məclisdə Albaniya çarı
Vaçaqanın elan edilən qanunları
144
Albaniya çarı Vaçaqanın hakimiyyəti dövründə əhali,
yepiskoplar, keşişlər, əyanlar və rəiyyətlər arasında çoxlu
mübahisələr baş verirdi. Buna görə çar qərara gəldi ki, Mareri ayının
on üçündə Aquendə böyük məclis çağırılsın.
145
Mən, Albaniya çarç Vaçaqan və Bərdənin baş yepiskopu
Şulhalişo, Qəbələnin yepiskopu Manase, Haşunun yepiskopu Yunan,
Uti vilayətinin yepiskopları Ananiya və Sahaq, Kalankatuk
kəndinin
146
keşişi İosif, Bərdənin keşişi Toma, Göqçay keşişi Poqos,
Tsri vilayətinin yepiskopu Şmavon, Darahoc keşişi Matte, Sazbaday
keşişi Abikaz, Ayrmanuşay keşişi Urbat, keşişlər Uovel, Pərmudə
Yaqub və Arsax vilayətinin əyan və qəbilə başçıları, Kalankatuk
qəbiləsinin başçısı Bakur və bir çox başqaları hamılıqla mənim
məclisimə Aquen adlı yaylağıma gəldilər.
Biz belə qərara gəldik:
1)Kəndə keşişləri ildə iki dəfə yepiskopa hörmət göstərməli,
müqəddəs kitablar üzrə ondan dini nizamlarını öyrənməli və adəti
üzrə ona ildə bir dəfə hədiyyə aparmalıdırlar.
2) Küşişvə ondan aşağı olan vəzifələrə təyin olunan zaman,
yepiskopa keşiş dörd dirhəm, ondan aşağı olan vəzifəyə görə iki
121
dirhəm verməlidirlər.
3) Adlı – sanlı əyan və çar nəslindən olan şəxs ömrü boyu öz
əliylə öz canı üçün bir yəhərli – qayışlı at və ya nə bacarsa
verməlidirlər. Əgər həmən şəxs bunu ömrü boyu verməzsə, o,
öləndən sonra bunu onun ailəsi etməlidir.
4) Xalq tərəfindən keşişə gətirilən torpağın bəhrəsi aşağıdakı
qaydada verilməlidir: varlı adam
147
dörd cərib
148
buğda, altı cərib
arpa və on altı bardaq şirin çaxır. Kasıb varlı verən taxılın yarısını,
çaxırdan isə bacardığı qədər. Kiminki nə bağı var, nə də əkin yeri –
ondan heç bir şey alınmasın. Kim ki, öz canının Cəhənnəmdən xilas
olunması üçün artıq verər halal xoşu olsun. Havari Pavel dediyi kimi:
“ İnsan nə əkərsə onu biçər”.
1
Kimin təsərrüfatında qoyun varsa – bir
qoyun, üç qoyunun yununu və bir parça pendir verməlidir. Atı olan
bir dayça, iribuynuzlu heyvanı olan isə buzov verməlidir.
5)Heç bir əsilzadə (azad), kəndli və ya başqa bir adam
ölənlərin xatirəsini yad etmək üçün ildə bir dəfə özünə layiq nəzirini
verməyi unutmamalıdır. Onlar öz gəlirlərindən ölənlər üçün pay
ayırmalıdırlar. Əgər rəhmətə gedən şəxsin atları var idisə, onlardan
kilsə payı olaraq istədiyi bir at, əgər iribuynuzlu mal – qarası var
idisə istədiyi bir öküzü verməlidirlər.
6) Əgər rahiblik edən və ya rahib vəngdən( monastırdan) bir
şey oğurlayar və bu əhvalat açılarsa, həmən adam mühakimə
olunmalı və öz yerindən qovulmalıdır, ona ayrılan torpaq payı isə
1
İncil. Havari Pavelin Qalatalara risaləsi, VI, 7.
122
kilsınin xeyrinə alınmalıdır.
7) Əgər bir vəngdə keşişlərin sayı artıqdır, amma onun
kilsəsinə mənsub olan dindarların sayı azdır və əksinə, əgər
dindarların sayı çox, keşişlər isə sayca azdır, bu halda dindarları çox
olan kilsədən bir qismini ayırıb sayı az olan kilsəyə verilməlidir.
8) Əgər hər hansı bir xaçpərəst kiminləsə dava edib onun
qanını tökərsə, həmən adamı yepiskopun yanına gətirib onu
qanunlara əsasən cəzalandırmaq lazımdır.
9) Böyük kənddə ibadət aparan keşiş ikinci kənddə xidmət
göstərməlıdir. İki kiçik kənd biri – birinə yaxındırsa,onlar birləşməli
və onlara bir keşiş xidmət göstərməlidir. Qoy keşiş idarə edə biləcəyi
dindarlara xidmət göstərsin.
10) Heç kəs öz qohumu olan əmi və bibi nəvəsi ilə evlənə
bilməz və qardaşının da arvadını ala bilməz.
11) Kim öz arvadını səbəbsiz boşayıb ikinci arvadla kəbinsiz
yaşayırsa, kim cadugərlərə müraciət edirsə, bunları qatillə qanun
pozanın əl–qollarını bağlayıb çar divanına gətirməli və işgəncələrdən
sonra ölüm cəzasına məhkum olunmalıdır.
12) Əgər bir evdə ölü üçün yas saxlayıb ağlayırlarsa, evin
sahibinin ağıçılarla birlikdə əl – qolunu bağlayıb çarın divanına
gətirmək və orada onları cəzalandırmaq lazımdır. Ev adamlar qoy
göz yaşlarını tökməsinlər.
13) Kim ölmüş heyvanın ətini, qırxgünlük pəhriz zamanı ət
yeyirsə və ya bazar günü işləyib kilsəyə getmirsə, qoy onu keşiş
123
dindarların gözü qabağında cəzalandırsın.
14) Kim qırxgünlük pəhrizin ərəfəsində çərşənbə və ya cümə
günü ət yeyərsə, bir həftə pəhriz saxlamalıdır. Amma əgər kimsə
keşişin yanına gəlib pəhriz saxladığını təsdiq edərsə onda kəndxuda o
adamdan bir öküz alıb keşişə verməlidir.
15) Əgər dindarlardan kimsə keşişi və ya ondan vəzifəsi aşağı
olanı bir şeydə taqsırlandırarsa və onlar boyunlarına alsalar ki, bu
ittiham ədalətli və düzdür, onda yepiskop onlara cəza verər və onlar
kilsədə tövbə etməlidirlər. Lakin onlar həqiqəti danarlarsa və
başqalarının bu haqda dedikləri təsdiq olunarsa, onlar qanunlar
əsasında cəzalanıb kənddən qovulmalıdırlar. Əgər onların günahları
təsdiq olunmazsa, onda keşiş gərək nahar ibadətini keçirsin və bu da
onun günahsız olduğunun andı kimi qəbul olunur.
16) Əgər keşiş öz etimada layiq olan peşə yoldaşları şagirdləri
tərəfindən bir cinayətdə taqsırlandırılsa, keşiş səcdəgah və ittiham
edən dindarlar qabağında durmalıdır və kilsədən çıxarılıb kənddən
qovulmalıdır. Əgər müəyyən olunsa ki, keşişin peşə yoldaşları və
şagirdləri bütün bunları paxıllıqdan ediblər və camaat bilirdi ki,
bunlar onunla küsülü idilər, onda keşiş nahar ibadətini keçirsin,
dindarlar isə böhtançıları lənətə yağdırıb qovmalıdırlar. Amma əgər
onlar hər şeyi boyunlarına alıb deyərlər ki, onlar keşişə böhtan
atıblar, bu halda onların üzərinə tövbə etmək qoyulur, lakin vəngdən
qovulmurlar. Lakin əgər bundan sonra onlar başqa bir zərər
gətirərlərsə, onda hamısı qanunlara əsasən mühakimə olunmalıdırlar.
Dostları ilə paylaş: |