111
Qriqorinin, Ripseme və Qayanenin cəsədlərini gətirsinlər. Elə həmin
vaxt bir kişi bel götürüb qazılmış yerdən bir qədər sağda yeni qazıntı
apardı və birdən şəhidin müqəddəs qəbri açıldı. Çar və bütün onunla
birlikdə olanların qanları sevinclə doldu. Hamıya xəbər verildi ki,
müqəddəs Qriqorisin cəsədi tapıldı və camaat müqəddəsin cəsədini
görmək niyyəti ilə üz qoydu qazılmış yerə. Əgər çar çadırdan çıxıb
camaata təskinlik verməsəydi, çadırdan da, qəbirdən də iz qalmazdı,
hər şey ayaq altında tapdalanardı.
Qəbir açılıb, cəsəd görünən kimi içindən ətrafa qəribə ləzzətli
rahiyə yayıldı. Buxurabənzər qoxu qəbirin ətrafına toplaşanları bir
neçə saata mürgüyə basdı. Çar və onunla olanları bu hal çox
təəccübləndirdi və hamı belə möcüzələri bəxş edən Allahı təriflədi.
Bundan sonra çarqəbirin yanında oturub əmr etdi ki, onun qiymətli
sandıqçasını gətirsinlər. Onu dizi üstə qoyub gözlədi. Keşişlər
qəbirdən müqəddəsin sümüklərini çıxarıb bir – bir sandıqçaya
qoyurdular. Cəsədin yanında iki şüşə qab tapdılar – birində
müqəddəs Zaxariyyanın qanı, ikincisində isə müqəddəs Pantaleonun
cəsədinin parçası var idi.
Bütün tapılanları xalqa göstərdilər və hamı səhərə qədər
ibadət etdi. Çar sandıqçanı öz möhürü ilə möhürlədi və əmr etdi ki,
onu mühafizə etsinlər.
Həmin qəbirdə müqəddəs Qriqorisin şəxsi su qabını da
tapdılar. Onu da çar Allaha şükür edərək özüylə götürdü.
Ertəsi gün çar əmr etdi ki, onun plaşını və qızıl bardaqda şirin
112
çaxırını gətirsinlər. Qriqorisin cəsədini bu çaxırla yuyub plaşın
üstünə qoysunlar ki, günəş altında qurusun.
Amaras kilsəsindən bir keşiş həmən cəsədin bir parçasını
oğurlayıb qaçdı. Elə o gecə şəhid Qriqoris birisinin yuxusuna girib
keşişin adını və oğurluq etməsindən danışdı. Çar keşişi dindirəndə o,
hər şeyi boynuna alıb oğurladığını qaytardı.
Orada işləyən daşyonanlardan biri öz narazılığını bildirib küfr
danışdı və” Qriqorisi yox, bir mürtədidi tapdıq!” dedi: - Elə həmən
an onu Allahın cəzası tutdu. O, yerə yıxıldı və onun başı tərsinə
dolandı. Bir neçə gün o, belə vəziyyətdə qaldı. Sonra gedib qəbirdən
bir ovuc torpaq götürüb bu torpağı öz göz yaşlarıyla o qədər islatdı
ki, ona şəfa verildi və günahları bağışlandı.
Bənna və ustaların canlarına bərk qorxu düşdü və onlar səylə
çalışıb həmən yerdə kilsənin tikilməsini başa çatdırdılar.
Çar əmr etdi ki, hər yepiskopa müqəddəs cəsədin bir
parçasını versinlər ki, onlar da onu öz kilsələri arasında
bölüşdürsünlər. Cəsədin böyük hissəsini isə Amarasda saxladı. Qalan
hissəsini isə o böyük məharətlə möhürləyib özündə saxladı və özü də
ona xidmət edirdi. Müqəddəsin qəbri üstündə bir sovməə tikdirib ona
“ müqəddəs Qriqoris sovməəsi”adını verdi. Bundan sonra çar böyük
sevinclə ayaqüstü, bütün yepiskoplarla birlikdə ibadət etdi və onun
şirin səsi Zəburun surələrini oxumaqda qalan oxuyanların səsinə
qovuşurdu. Bundan sonra çar düşərgədən ayrılıb, üçüncü gecədə,
dördüncü günün sübh çağında başqaları ilə birlikdə canlı Allaha
113
(İsaya) təriflər oxudu. Sonra da bütün orada olanlar müqəddəslərin
cəsədlərini götürərək əvvəlki nizamla geriyə qayıtdılar.
Beləliklə, səxavətli çar Vaçaqan ondan qabaqkı çarlara, bütün
onun sələflərinə və nəslinə mənsub olmayan mənəvi və qeyri – təbii
xəzinəyə malik oldu və bu xəzinə ona daimi və ağlasığmaz mal,
şərəfli və şöhrətli girov kimi verilmişdi.
Beləliklə, çar Vaçaqanın vasitəsilə bütün ölkə xristianları
Allah mərhəmətindən öz paylarını aldılar və Vaçaqanın şöhrəti mən
hesab edirəm ki, heç də qərbin sahibi olan imperator I
Konstantinin
142
şöhrətindən az deyildi.
Amma bizə, Şərq xalqına gəldikdə, bu müqəddəs çar bizim
üçün Allahı dərketmə qapısının işığı və saysız – hesabsız yaxşılıqlar
üçün nümunə oldu. Bu izdihamlı mərasim üçün uzaqlara gedən çar
onun sanına görə seçilmiş bu yolla da geriyə qayıtdı və onun şəxsi
əzəməti həmən üstündə göründüyü yolu olduğundan daha da qəşəng
etmişdi.
Yola düşən çar piyada gedir və onunla birlikdə yolda olan
təntənəli nümayiş sanki sakit dəniz kimi aram – aram yeriyirdi.
Ətrafdakı hava da həmahəng səslərə sanki sevinirdi, elə bil ki,
məlaikələrin özləri də bunlarla bir oxuyur, yer isə səmalara bənzər
olmuşdu. Çarın özü indi də, Amarasdan qayıdanda təxti – rəvanı
piyada müşaiyət edirdi və çayı keçən kimi əmr etdi ki, hamı dayansın
Bir qədər çar, Ondan sonra isə yepiskoplar camaata xeyir- dua
verərək əmr etdilər ki, hamı evlərinə qayıtsın. Çar isə yepiskopları,
114
keşişləri və başqa əyanları cəsədlərlə bir yerdə Karueç kəndinə
aparıb dincəlməyə əmr etdi.
Sonra onunla gələnlərin və ona cəsədin əldə edilməsində
kömək edənlərin hamısına minnətdarlığını və təşəkkürünü bildirib
çar dedi:” Müqəddəslərin xahişi və sizin dualarınız vasitəsilə mənə
və sizə daim arzu etdiyimizi bəxş edən İsaya əbədi eşq olsun!” Və
orada olanların hamısı bir səslə çara, xanımına və saray əyanlarına
təşəkkür edib dedilər:”Qoy sənin Allaha olan xahişlərin müqəddəs
Qriqorisin vasitəçiliyi ilə yerinə yetirilsin Qoy Allah sənə bu ölkədə
çar kimi uzun ömür versin ki, kilsələrimiz bizim gündən – günə artan
səylərimiz nəticəsində daha da firavan olsun. Qoy bizim xilaskarımız
İsa və onun səmavi Atası sənə İsanı anmaqla ömür keçirməyə imkan
versinlər”.
Çar özüylə katolikos Şuphalişonu aparıb yoluna davam etdi.
Hər dəfə müqəddəslərin təxti – rəvanı bir kəndə yaxınlaşanda, çar
atdan enib ayaqüstü onlara kənddən çıxana qədər xidmət göstərirdi.
Bunu o, ərköyün və məğrur çarlar kimi yox, xristian dinini bilən
mahir bir adam kimi, ləzzət dəryasına qərq olmuş kimi yox, Allahın
ehkamlarına səylə və məntiqlə tabe olan adam kimi edirdi.
Bu hadisə baş verən kimi və müqəddəs Qriqorisin şöhrəti Uti
vilayətinin bütün el – obasına yayılan kimi hər kəndin kişi və
qadınları müqəddəslərin qabağına çıxırdılar və hətta ucqar yerlərdən
gələnlər də əllərində xaçlar, gül – çiçəklər və buxurlar yeganə olan
Üç Uqnumu tərif edirdilər.
Dostları ilə paylaş: |