300
və Vaçe onun cədləri idilər;
14
Köçüb Qəbələdə və Koqtda məskun
olan Atropatena knyazlarından Bab-e Hrateyan, İran Mədainindən
Kambeçana köçən Yaqubilər məzhəbinə mənsub olan Vahan –e
Varaz – Yohaneyan; İranın İstəhr vilayətindən Uti vilayətinin
Kalankatuk kəndinə köçən Rustam –e Varazköyan; Dəyləmdə
yaşayan, sonra oranı tərk edib Albaniyada çarın bəxş etdiyi
torpaqlarda yaşayan Dəyləm hakiminin oğulları Zərmehr –e Varaz-
Kürdəkeyan və Məhəmməd –e Şiruyan.
Bütün bu adamlar əmirəlmöminin Əbdülməlikin divanına
verilən siyahıda yazılmışdır və əgər onlardan kimsə İsanın iki
təbiətinə ibadət edərlərsə. Onlar əsir alınıb qılıncdan keçiriləcəklər.
Beləliklə, Albaniyanın bütün kilsələrində əmin – amanlıq
yarandı.
DOQQUZUNCU FƏSİL
Nersesi devirəndən sonra Albaniya katolikosu
Simeonun təsbit edilmiş qanunları
“Bu qanunlar
15
Albaniya katolikosu Simeon katolikosluq
kürsüsünə oturandan sonra kilsə qanunlarını pozan Nersesin ittihamı
üçün çağırılmış kilsə qurultayında təsdiq edilmişlər, bu da həqiqi din
yoluna qayıtmaq zərurətindən doğmuşdu.
Xilaskar, insansevər və qüdrətli Allahın Öz mərhəməti və
301
böyük məhəbbəti sayəsində bizə rəhmi gəlib bizi dindarlarımız və
müqəddəs və havari köklü Alban kilsəsinə nəzarətçi və rəhbər təyin
etdi. Bu ilahi və böyük şərəf bizim yaxşılıq etməyimizə və ya
ləyaqətimizə görə yox, yalnız Onun böyük mərhəməti sayəsində bizə
nəsib oldu. O, belə buyurdu və belə Öz mərhəmətini göstərdi. İsa
adından müqəddəs Havari dediyi kimi, “ Beləliklə, özünüzə və
üzərinizə sizi Müqəddəs Ruh nəzarətçi qoyduğu bütün dindarlar
sürüsünə diqqət edin və Öz qanı bahasına Öz əllərinə aldığı Allahın
kilsəsini otarın”.
1
Bundan başqa Allah – təala Musaya keşişlər
barəsində Öz vəsiyyətini buyuranda dedi: “ Səni bütün Mənim
xalqımın üzərinə başçı və nəzarətçi təyin edəcəyəm və sən Mənim
sözümə qulaq asıb Mənim adımdan onları inandıracaqsan”. Həmin
qayda ilə Allah – təala bizə başqa havarilərin vasitəsilə xəbərdarlıq
edir: “ Mən qanunpozana “Ölümlə öləcəksən!” deyəndə, sən isə
qanunpozanı, - yaşasın – deyə, onu onu qanunpozan yolundan
çəkindirmək üçün inandırmazsansa, i vaxr həmin qanunpozan öz
qanun pozmağında öləcək və Mən də onun qanını sənin əlindən tələb
edəcəyəöm”.
2
Allahdan bu cür qorxunc və vəlvələyə salan vəsiyyət
almışıq. Bu vəsiyyətlə: “ Günahları bağışlamaq və insanları günah
buxovundan azad etmək üçün Mən sizə ixtiyar verdim”. Bu ixtiyarı,
namusu və havari kürsüsünü biz özü – özlüyümüzdə və güclə əldə
etməmişi, Bunu Xaliq və hər şeyi Xəlq edən Allah buyurub bizi təyin
etdi ki, Onun iradasilə bu yerdə onun sürüsünü otaraq.
1
İncil. Havarilərin əməlləri, XX, 28.
2
İncil. İyezekiilin kitabı, III, 17-18.
302
Buna görə, ey mənim sevimli və nəcib qardaşlarım, İsanın
seçkin şagirdləri və onun vəsiyyətlərinin asi qulları bizim üçün şox
vacib və lazımdır ki, bir Allaha Onun istədiyi ləzzətli meyvələri
gətirək və havarilərə, yəni İsaya isnad edərək yaradaq, qızıl, gümüş
və qiymətli qaş – daş, yəni hər cür yaxşılıq və xoş niyyətli işlər görək
ki, Onun, Xilaskarımızın hüzuruna gəldiyimiz vaxt solmayan şöhrət
çələnginə layiq olaq.
Beləliklə, Müqəddəs Ruhun bərəkəti və onun vəsiyyətləri ilə
özümüzə yaxşılıq seçək və yamanlayan şəri rədd edən və
peyğəmbərlər, havarilər və müəllimlər vasitəsilə bizə əmr edən
Allahın mərhəmətilə biz ən əvvəl Allahı sevib Onun vəsiyyətlərinə
əməl etməliyik.
Biz mömin və müqəddəs atalarımızdan aldığımıza möhkəm
və sarsılmaz olub bel bağlamalıyıq. Biz həmçinin müqəddəs kilsənin
nizamlarına riayət etməli, pak keşiş və xadimlərin köməyilə kilsəni
tərənnüm etməli, bir – birimizi, necə ki, özümüz – özümüzü sevməli
və qanunlar əsasında dinc mənəvi həyat sürməliyik və nalayiq və
hərbi adamlara kilsə hakimiyyətini ələ keçirmələrinə icazə
verməməliyik.
Heç kəsin ixtiyarı yoxdur ki, kilsə üzərində hakimiyyəti bic
və ya ziyankara, qatil və ya oğruya, yalançı və ya yalançı şahidə,
əziyyət verənə və ya xəsisə,soyğunçuya və daha pis hərbçi atlılara və
ya zalıma versin və belə adamlaran heç kəs nə çörək, nə də pay
verməlidir. Çünki ilahi qanunlara əsasən xalqın öz günahlarından
303
xilas olmaq naminə Allah evinə gətirdiyi malı yalnız keşişlər
xərcləyə bilərlər. Hər nə gətirilsə keşişlərindir, çünki onlar gecə -
gündüz Allaha ibadət edib Ondan əmin – amanlığı, yer üzündə sülhü,
günahların bağışlanmasını və canların və bədənlərin gümrahlığını
istəyirlər. Nalayiq adamlar və hərbiçilər heç vaxt kilsə üzərində
hakim ola bilməzlər, əks təqdirdə Allahın qəzəbi həm ölkəni , həm də
sizin özünüzü tutar. Çünki Şərəfin Rəbib Musaya sovqat qablarını
tapşıranda demişdi: “ Pak və təmiz keşişlərin Levinin nəslindən seç,
lakin İsrailin başqa qəbiləsindən nə hərbçi, nə layiqsiz cinayətkarı, nə
də ləkələnmiş adamı götürmə. Necə ki, Qanunlar tələb edir: “Qoy
layiq olmayan Mənim səcdəgahımın önündə durub gətirilən payı
yeməyə cəsarət etməsin”.
1
Həyasız keşişlər mirasdan kənar
edilməlidir. Qara camaatdan heç kəs nə kilsə mərasiminə, nə dini
ayinlərə, nə də ki, keşişlərin olduğu yerə yaxınlaşa bilməz. Əgər
birisi bunlara yaxınlaşmağa cəsarət edərsə onda o, Korey, Dafan və
Aviron kimi aralanmış yerin uçurumundan qərq olar.
2
Və ya rütubətli
Allah xidmətinə çatmadıqları halda bunu etməyə cəsarət edən Oza
3
və çoxlu başqaları kimi cəzalandırılacaqlar. Axı sovqat qabları və
keşişlər yeni və müqəddəs kilsənin xadimləri üçün nümunədir və
nalayiq adamlar və ya hərbçilər bunlara yaxın gələ bilməzlər. Bu
əmri Xilasedicinin əmrilə müqəddəs havarilər daha da
möhkəmləndirdilər: “ Müqəddəs Ruha və bizə belə qərara gəlmək
1
Bax: İncil. Xuruc, XXIX, 33; Əqram, I, 52; III, 5-10 və s.
2
Bax: İncil. Əqram, XVI.
3
Yenə orada. İkinci Çarlıq kitabı, VI, 3-8.
Dostları ilə paylaş: |