286
meşəlikdə iki kilsə var. Bunlarda da ibadət mərasimi keçirilir.
Urdun çayı ki, onun sularında xilaskarımızın xaçı suya
salınıb, Qüds şəhərindən şərqdə olub ondan beş fərsəng aralıdır.
Orada qoşaçatılı damı olan xaçvari şəkildə kilsə tikilib. Onun içində
üç səcdəgah var ki, burada ibadət keçirilir.
Eleon dağı Qüdsdən şərqdədir.
QIRX DOQQUZUNCU FƏSİL
Albanlar tərəfindən Qüds şəhərində tikilən
monastırların ( vənglərin) adları. Bu məlumatı biz
Xoşbəxt Anastasiusun Bəhram Mamikonyana yazdığı
məktubundan öyrənmişik.
Zeytun ( Eleon) dağının şərq tərəfində yerləşən Pand vəngini
Albaniyalı Panon adlı bir rahib tikmişdir.
241
İndi oranı Albaniyalı
Petros adlı bir keşiş dolandırır.
Qırx şəhidə həsr edilmiş Mruv vəngi birincinin
yaxınlığındadır. İndi vəng ərəblərin əlindədir.
Həzrət Davudun bürcü yanında olan Müqəddəs İsa anasının
adına tikilmiş Bərdə vəngi. İndi vəngi Şamxordan olan Məryəm adlı
bir qadın saxlayır. Vəngin yarısı ərəblərin əlindədir.
Elə o tərəfdə Klankatuk vəngi. İndi onun yarısı Əbülkami
adlı birisinin, biri də - Zərişadlı İbrahim oğlu Teodoros adlı xaçpərəst
287
ərəbin əlindədir. Digər yarısı bir kinli ərəbdədir.
İsa anasının (Məryəmin) adına tikilmiş Arsax vəngi
Müqəddəs Stefanın vəngindən cənubdadır. İndi tamamilə ərəblərin
əlindədir.
Müqəddəs Qriqorun adına tikilmiş Amaras vəngi. İndi onu
Qriqorik adlı bir qadın saxlayır, yarısı da bir ərəbin əlindədir.
Ərəblərin əlində olan üç başqa alban vənglərinin adları
məlum deyil. Bazar tərəfdə olan Araveank vəngin yanında bir vəng
də var. O da ərəblərin əlindədir.
Qüds şəhərinin baş keşişləri paxıllıqlarına görə albanlarla
ermənilərə öz vənglərinə yardım etməyi qadağan edirdilər,
baxmayaraq ki, onların sayı yüzdən yuxarı idi. Erməni knyazları
bunun üçün Bizans imperatoru Yustiana yeddi kendinar (talant), yəni
yetmiş min daheqan verib bütün vəngləri Qüds keşişlərinin
zorakılığından xilas etdilər. Lakin sonralar bizim qayğımızın
olmaması nəticəsində bütün vənglərimiz xaraba qaldı.
Albanlar tarixinin İkinci kitabı burada bitdi.
288
Ü Ç Ü N C Ü K İ T A B
BİRİNCİ FƏSİL
Albaniya katolikosu mənsəbinə qalxmış Bakur adlı
birisi haqqında
Albaniya katolikosu müqəddəs Yeliazarın
1
vəfatından sonra,
vaxtilə Girdıman yepiskopu olmuş, Xalkedon diofizit təriqətinə
mənsub olan Nerses adlanan Bakur Albaniya knyazı Varaz –
Tiridatın arvadı, həmin təriqətin tərəfdarı olan Albaniya çariçası
Sparama ilə gizli razılaşmaya gəlib hökmranlıq şöhrətpərəstliyi
naminə onunla belə qərara gəldi: “Əgər sən məni Albaniya
katolikosluğuna seçdirsən, mən bütün Albaniyaya Xalkedon
təriqətini qəbul etdirərəm”.
Ona qulaq asıb zərərli təriqətin tərəfdarı olan bu qadın
Albaniya yepiskopları və əyanlarını dilə tutdu və onların hamısını
onun xahişində heç bir xəyanət görməyərək dediyinə razı oldular.
Yalniz Müqəddəs Ruhla təlqin edilmiş Böyük Arranın yepiskopu
İovel böyük məclisə toplanmış yepiskopların hüzurunda Nersesdən
tələb etdi ki, o, möhürü ilə təsdiq edilmiş Xalkedon qurultayını və
papaz Levi lənət edən fərmanını
2
təqdim etsin. Şərq ölkəsinin
289
məclisi kilsə qanunu əsasında bu fərmanı alıb Nersesi bir səslə
Albaniya müqəddəs kürsüsünə layiq gördü.
3
Yepiskop İovel isə bu
lənətlə dolu fərmanı götürüb özündə saxlayırdı. Bundan sonra o, on
dörd il yaşadı və sonra da öldü.
4
Bundan sonra Nerses vaxtı münasib sayaraq öz niyyətini
həyata keçirmək üçün Böyük Arran vilayətinə gedib, orada özünə
vəng keşişi Zəkəriyanın simasında həmfikir tapır.Ona yepiskopluğu
vəd edərək ondan öz fərmanını istədi. Zəkəriya da Nersesin məclisə
verdiyi fərmanını ona qaytardı. Nerses də fərmanı yandırıb
Zəkəriyanı Böyük Arrana yepiskop təyin etdi.
Zəkəriyanın simasında özünə dosy taparaq , çoxdan bəri
gizlətdiyi məsləkinə qayıtdı. Onun tərəfdarı olan Məlikə Sparama
Nersesə yardım etdi, onun və onun tərəfini saxlayan əyanların
köməyilə o, kilsələrin çoxunun, səcdəgahlarının sökdürdü. O,
kilsənin Xalkedon qərarlarına zidd olan keşişləri təqib edib ölkədən
qovurdu. Hamıdan qabaq isə xəzərlərin və hunların çoxunu
xaçpərəstliyə döndərən Böyük Kolmankın ecazkar yepiskopu İsraili
və onunla birlikdə Girdımanın yepiskopu Yeliazarı qovdurdu.
Lakin bəzi yepiskoplar onun əleyhinə oldu. Bunların arasında
Qəbələini yepiskopu Yovhannes, Amarasın yepiskopu Simeon və öz
əyanları ilə birlikdə Albaniyanın böyük knyazı Şero
5
var idi. Onların
hamısı keşişlərin əksəriyyətilə kilsə qurultayını çağırıb orada Nersesi
və onun küfr saçan yoldaşlarını lənətlədilər.
İKİNCİ FƏSİL
290
Albaniya kilsə qurultayının erməni katolikosu
İlyaya
6
məktubu
“Erməni katolikosu İlyaya Albaniyanın kilsə qurultayından
ehtiram!
Atalarımız sizin atalarla birlikdə öz canlarının xilası haqqında
düşünərək bir mənsəbə bağlı idilər. Bizim ölkəmiz son vaxtlaradək
bütün kainatı zay edən murdar Xalkedon küfründən kənar idi. Allah -
təalın dözümünə görə bu küfr hər tərəfə yayıldı.
İndi, bizim həmişə xeyirxah keşiş saydığımız Nerses canavara
dönüb İsanın şüurlu dindarlarını parçalamağa başladı. Buna görə biz
sən, zati – müqəddəsə xəbər göndəririk ki, sən buyurub bizə gələsən
və bizim yaramızı sağaldasan. Allah adı ilə salamat qal!”
ÜÇÜNCÜ FƏSİL
Erməni katolikosu İlyanın əmirəlmöminin
Əbdülməlikə söylənilən barədə məktubu
Dostları ilə paylaş: |