291
“Dünya fatehi əmirəlmöminin Abdulla Əbdülməlikə erməni
katolikosu İlyadan.
Hakimi – mütləq Allahın hökmü ilə bizim ölkə itaətlə sizin
hakimiyyətininizə tabedir. Biz və Albanlar vahid İsa dininə etiqad
edirik. Bərdə taxtında oturan indiki Albaniya katolikosu Bizans
imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və
ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun.
İndi qoy bu sizə məlum olsun ki, bu məsələni diqqətinizdən
kənar etməyiniz, çünki bu bədəfkarlıqda onun bir əyan kimi qadın
həmfikiri də vardır. Böyük hökmdar, siz öz hökmünüzlə əmr
buyurun ki, onlar Allaha qarşı işlədikləri günahlarına görə müstəhəqq
olduqları cəzaya çatsınlar”.
DÖRDÜNCÜ FƏSİL
Əmirəlmöminin Əbdülməlikin erməni katolikosu
İlyanın məktubuna cavabı
292
“ Ey Allah xadimi, ermənilərin katolikosu İlya! Sənin səmimi
məktubunu oxudum və sənin yanına öz sədaqətli nökərimi böyük
qoşunla birlikdə göndərirəm. Əmr etdik ki, bizim hökmranlığımıza
qarşı qiyam edən albanlar arasında sizin dininizə uyğun dəyişiklik
edilsin. Bizim hökmümüzü nökərimiz Bərdədə, sənin gözünün
qabağında icra edəcəkdir. O, Nersesi və bədəfkarlıqda onunla
həmfikir olan qadını zəncirləyib sarayıma gətirəcək və onlar elə
mühakimə ediləcəklər ki, bütün qiyamçılara nümunə olsun”.
BEŞİNCİ FƏSİL
Erməni katolikosu İlyanın Bərdəyə gəlməsi və
Nersesin cəzalandırılması. Albaniya kilsə qurultayı.
Onun yerinə baş dyakon Simeonu seçir
Erməni katolikosu yola düşüb Albaniyanın paytaxtı böyük
Bərdə şəhərinə gəlir. O, baş kilsədə oturub əmr etdi ki, Nersesi onun
yanına gətirsinlər. Lakin Nerses gizləndiyi üçün onu tapa bilmirdilər.
Belə vəziyyətdə Albaniyanın mömin knyazı Şero onun yaxın
məsləkdaşlarını tutub onlardan tələb etdi ki, Nersesi onun hüzuruna
gətirsinlər. Bu murdarı geniş məhkəməyə gətirib İlyanın qabağında
dayandırdılar. Özünə bəraət qazandıra bilmədiyi üçün onu ağır
işgəncələrə saldılar. Bundan sonra onu Sparama ilə ayaq – ayağa
zəncirləyib uzaq qərib ölkəyə göndərməyə hazırladılar. Lakin o,
293
səkkiz gün heç bir şey yemədiyi üçün vəfat etdi. Ölüm ərəfəsində o
xahiş etdi ki, onu zəncirli basdırsınlar. O, özüylə məlikə Sparamanın
bədbəxtliyinin səbəbkarı olan knyaz Şeronu lənətləndirdi, çünki
hesab edirdi ki, bütün bunlar Şero ilə Sparamanın arasında
hakimiyyət uğrunda əmələ gəlmiş mübarizənin nəticəsidir.
8
Nerses katolikos kürsüsünü paklıqda on dörd il yarım tutmuş,
mürtəd kimi də üç il yarım katolikos olub və bu vaxt o, son anlarda
gələn şeytana bənzəyirdi.
Bütün bu işlər düzələndən sonra həmən kilsə qurultayında
katolikosluğa xeyirxah və müqəddəs bir ər olan Simeon seçilmişdi.
O. ölkəni Nersesin törətdiyi iğtişaşlardan qurtarıb azmış kilsəyə
həqiqi dinə aid çoxlu qaydalar vəsiyyət etdi. O, bədbəxt Nersesin
bütün küfrlə dolu əsərlərini sandıqlara qoyub öz yay iqamətgahı
Bərdəkür yaxınlığında Tərtər çayına atdırdı.
Simeon katolikos kürsüsünü il yarım tutmuşdu.
9
ALTINCI FƏSİL
Alban və erməni kilsələrinin birliyi və möhkəm
ittifaqı naminə erməni katolikosu İlyanın Alban kilsə
qurultayının iştirakçılarından tələb etdiyi imzalar
“Səxavətdən zəhləsi gedən və insan nəslinin xilas
olunmasının düşməni olan İblis, çoxlu və istədiyi şeylərdə sadəlövh
294
adamları öz tələsinə salaraq kilsə övladları ilə mübarizədə və seçkin
adamların azdırılmasında bütün qərəzli niyyətlərini öz anadangəlmə
təbiətinə uyğun yerinə yetirir və bu barədə havari belə deyib:”
Düşmənimiz iblis nərə çəkən şir kimi gəzib, udmaq üçün adam
axtarır”.
1
Allaha üsyan edənin şəri bizi əzəldən həyat ağacından və
Cənnətin xoş zövqündən uzaq salıb, çünki əvvəldən günaha batan
İblis indi də axmaq, iradəsiz, sadəlövh və zəmanənin təsiri altında
beyinlərinə pozğunluq xalı düşən adamları yoldan edir ki, onların
üzərində İsa şöhrətinin nuru heç vaxt parıldamasın.
İblisin amansızcasına aldatdığı və azıb bütlərə ibadət etdirdiyi
insanları itirdiyi üçün indi həmən şeyi ağılsız adamların əliylə edib
Allah kilsəsini yeni moizələr və natəmiz vasitələrlə parçalayıb
əmanətlə birlikdə faizini də almaq istəyir.
Elə buna görə Müqəddəs Ruhun iltifatı sayəsində
Albaniyanın dini rəhbərliyinə seçilmiş, sonralar hiylə yolu ilə mürtəd
olub canlarımızı yoldan çıxaran təkəbbürlü Nersesin fəaliyyəti
nəticəsində Nestorun və Maksimin şərli küfrünün acı kökü meydana
gəldi. O, öz dəyərsiz əlləriylə havarilərin risalələrini təbliğ edən və
onları öz təmiz əlləriylə kilsələrimizdə təsdiq edən atalarımızın
xilasedici vəsiyyətlərini dağıdıb xaçpərəst dininin qeyrətli
yepiskoplarını qovdururdu. Bəziləri barəsində böhtan yayıb başqa
ölkələrə qaçırır, bəzilərini isə dərdə salıb, qan uddururdu, gözəl
1
İncil. Havari Pyotrun Birinci risaləsi, V, 8.
295
yepiskopluqları xarabaya çevirib tərki – dünya zahidlərin yaşayışını
pozdururdu. Beləliklə o, İsanın müqəddəs cisminin pərəstişkarlarını
pərən – pərən saldı.Onun hiyləsi ilə bütün Sihyon oğulları karıxıb
aldanmışlat. İyeremiya oxşamasında deyildiyi kimi: “ Könlümüzün
sevinci sona yetdi, elliklə oxuduğumuz mahnılar şikayətlərə döndü”,
1
müqəddəsliyimizin məbədi murdar edildi.
Lakin gəlin indi Xilaskar Allahı tərənnüm və Ona şükür edək
ki, o, insanlar düşməninə tamamilə müvafiq olmasına mane oldu və
zəifliyimizi görərək mərhəmətlə oldu və xalqımıza yazığı gələrək
səni, ey ermənilərin katolikosu müqəddəs Qriqorun kürsüsündə
əyləşən İlya və səninlə birlikdə Xorxorunik yepiskopu Simeonu,
Amatunik yepiskopu Sarkisi, Rotok yepiskopu Sarkisi və keşiş
Yovhanesi bizə göndərdi. Sən öz məsləkdaşlarınla bizim paytaxtımız
Bərdəyə gəlib aramızda olan şəri xaric etdin. Ata – babalarımızın
ənənələrinə uyğun olaraq, siz bizim katolikosluq taxtımıza müqəddəs
ərin sayəsində yeni həyat verdiniz və biz hamımız bunun şahidiyik.
Buna görə də biz hamımız – Albaniyananın katolikosu Simeon,
Qəbələnin yepiskopu Yovhan, Hoşun yepiskopu Simeon, Amarasın
yepiskopu Sahaq. Nersmehr vənginin özlərini küfrdən saxlayan
zahidləri ilə birlikdə təsərrüfat müdiri Kşik, Givt vənginin keşişi,
Katar vənginin keşişi, müqəddəs Yusif vənginin keşişi, Kalankatuk
vənginin rahibi Davud, Tuqrakert vənginin rahibi Pyotr,Alakob
vənginin rahibi Poğos və həmçinin İsasevən Albaniyanın knyazı
1
İncil. İyeremiyanın oxşaması, V, 15.
Dostları ilə paylaş: |