Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə26/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   22   23   24   25   26   27   28   29   ...   198

4.5.

 

Hakimlərin statusu. Hakimlərin vəzifəyə 



təyin edilməsi qaydası 

Hakimlər  odabt  mühakiməsini  həyala  keçirmək  üçün 

qanunla müəyyən edilmiş səlahiyəllərə malik şəxslərdir. 

Azərbaycan 

Respublikasının 

bütün 


hakimləri 

(məhkəmələrin  sədrləri,  sədr  müavinləri,  kollegiya  sədrləri  və 

hakimlər)  işlərə  baxarkən  eyni  slalusa,  hüquq  və  vəzifələrə 

malikdirlər  və  bir-birindən  yalnız  ləyin  olunma  qaydasına, 

səlahiyyətlərinə və müddətlərinə görə fərqlənirlər. 

Ali  Məhkəmənin  Plenumunda  qəbul  olunmuş  qərarlardan 

başqa  bütün  digər  kollegial  məhkəmə  qərarlarına  görə  onların 

qəbul  olunmasında  iştirak  etmiş  hər  bir  hakim  (qərar  qəbul 

edilərkən  xüsusi  rəy  və  ya  belə  qərarın  əleyhinə  səs  vermiş 

hakim istisna olmaqla) eyni dərəcədə məsuldur. 

Hakim vəzifəsinə namizədlər üçün tələblər belədir. 

Kostitusiyanın 126-cı maddəsinin II hissəsinə uyğun olaraq 

yaşı  30-dan  aşağı  olmayan,  seçkilərdə  iştirak  etmək  hüququna 

malik  olan,  ali  hüquq  təhsili,  hüquqşünas  ixtisası  üzrə  5  ildən 

artıq  işləyən  Azərbaycan  Respublikası  vətəndaşları  hakim  ola 

bilərlər. 

İkili  vətəndaşlığı,  digər  dövlətlər  qarşısında  öhdəlikləri 

olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud 

fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən  təsdiq  edilmiş,  tibbi 

rəyə əsasən fiziki və əqli qüsurlarına görə hakim səlahiyyətlərini 

yerinə yetirməyə qadir olmayan, cinayət törətməyə görə əvvəllər 

məhkum  olunmuş,  hakimin  adı  ilə  bir  araya  sığmayan 

hərəkətlərə  yol  verdiyinə  görə  vəzifədən  azad  edilmiş  şəxslər 

hakim ola bilməzlər. 

Konstitusiyanın  109-cu  maddəsinin  9-cu  bəndinə  uyğun 

olaraq  Azərbaycan  Respublikası  məhkəmələrinin  hakimlərini 

Azərbaycan  Respublikasının  Prezidenti,  109-cü  maddəsinin 

9-cu bəndinə və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq 

Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və 

■ = ■■■'■ = 



80

 = ■

 -= 



apellyasiya 

mohkomolorinin 

hakimlərini 

Azərbaycan 

Respublikası  Prezidentinin  təqdimatı  əsasında  Azərbaycan 

Respublikasının  Milli  Məclisi  təyin  edir.  Naxçıvan  Muxtar 

Respublikası  məhkəmələrinə  hakim  vəzifəsinə  namizədlərin 

seçilməsində  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

sədri iştirak edir. 

«Mohkəmələr  və  hakimlər  haqqında»  Azərbaycan 

Respublikasının  Qanununa  əlavələr  və  dəyişikliklər  edilməsi 

barədə»  28  dekabr  2004-cü  ildə  qəbul  edilmiş  Qanunla 

hakimlərin  seçilməsinin  yeni  qaydaları  müəyyən  edilmişdir. 

Həmin qaydalara görə, hakim vəzifəsinə namizədlərin seçimini 

həyata  keçirən  orqan  kimi  Məhkəmə-Hüquq  Şurası  tərəfindən 

formalaşdırılan Hakimlərin Seçki Komitəsi müəyyən edilmişdir. 

Hakimlərin  Seçki  Komitəsinin  fəaliyyəti  bu  Qanunla, 

«Məhkəmə-  Hüquq  Şurası  haqqında»  Qanunla,  habelə 

Məhkəmə-Hüquq  Şurası  tərəfindən  qəbul  edilən  Hakimlərin 

Seçki Komitəsi haqqında Əsasnamə ilə tənzimlənir. 

Qanunda qeyd olunduğu kimi hakim vəzifəsinə namizədlər 

yazılı  və  şifahi  imtahan  əsasında  seçilirlər.  Namizədlərin 

seçilməsi  üçün  bu  imtahanlar  Hakimlərin  Seçki  Komitəsi 

tərəfindən təşkil edilir. İmtahanların nəticələri Hakimlərin Seçki 

Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi 

bu işə özünün formalaşdırdığı komissiyanı cəlb edə bilər. 

İmtahanlardan 

müvəffəqiyyətlə 

keçmiş 

namizədlər 



avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. 

Təlim mərhələsi tədris müəssisəsində təşkil edilir. 

Təlim  mərhələsi  başa  çatdıqdan  sonra  hər  bir  namizəd 

qiymətləndirilir. 

Namizədin 

qiymətləndirilməsi 

tədris 

müəssisəsi  tərəfindən  təqdim  olunmuş  tədrisin  nəticələri  və 



namizədin  Hakimlərin  Seçki  Komitəsi  üzvləri  ilə  yekun 

müsahibəsinin  əsasında  həyata  keçirilir.  Namizədlərin 

qiymətləndirilməsi  bal  sistemi  ilə  aparılır.  Namizədlər 

Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun 

sıralanırlar. 

— 

81

 — ■ -  -------------------------------------------------------------------------------------------------------- 



Namizodlorin 

qiymotbndirmosinin 

noticolori 

Mohkomo- 

Hüquq  Şurasına  toqdim  olunur.  Mohkomo-Hüquq  Şurası 

namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq 

hakim  vəzifəsinə  təyin  edilməsi  barədə  Azərbaycan 

Respublikasının Prezidentinə təqdimat verir. 

Tədris  kurslarını  bitirmiş,  lakin  hakim  vəzifəsinə  təklif 

olunmamış namizədlər ədliyyə orqanlarına inzibati vəzifəyə və 

ya  prokurorluq  orqanlarına  prokurorluq  işçisi  kimi  xidmətə 

götürülə,  hakim  vakansiyası  yarandıqda  isə  hakim  vəzifəsinə 

təyin edilə bilərlər. 

Qanunda  hakim  vəzifəsinə  təyin  edilmənin  xüsusi  qaydası 

da  müəyyən  edilmişdir.  Belə  ki,  Konstitusiyanın  126-cı 

maddəsinin  1  hissəsinin  tələblərinə  cavab  verən,  hüquq 

sahəsində  nüfuza,  hüquqşünas  ixtisası  üərə  20  illik  iş 

təcrübəsinə,  yüksək  mənəvi  keyfiyyətlərə  malik  olan  şəxslər 

göstərilən  prosedurlardan  kənar  Məhkəmə-Hüquq  Şurasının 

təklifinə  əsasən  Azərbaycan  Respublikasının  Prezidenti 

tərəfindən yüksək hakim vəzifələrinə təyin edilə bilərlərlər. 

Yuxarı  instansiya  məhkəmələrin  hakimi  vəzifələrinə  bir 

qayda  olaraq  ən  azı  5  il  birinci  instansiya  məhkəmələrinin 

hakimi işləmiş şəxslər təyin oluna bilərlər. 

Azərbaycan  Respublikası  məhkəmələrinin  sədrləri,  sədr 

müavinləri  və  məhkəmə  kollegiyalarının  sədrləri  müvafiq 

məhkəmələrin hakimləri sırasından 5 il müddətinə təyin edilirlər 

və  bir  qayda  olaraq  həmin  vəzifəyə  iki  dəfədən  artıq  təkrarən 

təyin  oluna  bilməzlər.  Ali  Məhkəmənin,  apellyasiya 

məhkəmələrinin, 

Naxçıvan 

Muxtar 


Respublikası 

Ali 


Məhkəməsinin,  ağır  cinayətlərə  dair  işlər  üzrə  məhkəmələrin 

sədrlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin 

edir. Digər məhkəmələrin sədrlərini, habelə sədr müavinlərini və 

məhkəmə 


kollegiyalarının 

sədrlərini 

Azərbaycan 

Respublikasının Prezidenti Məhkəmə-Hüquq Şurasının təklifinə 

əsasən təyin edir. 

Hakimlərin səlahiyyət müddəti. Hakim vəzifəsinə hakimlər 

ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət 



82

 

■■■


 = 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə