Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə23/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   19   20   21   22   23   24   25   26   ...   198

ması  idi.  Bunun  səbəblərindən  biri  əvvəllər  müsəlmanların 

ədalət  mühakiməsinin  həyata  keçirilməsi  işinə  buraxılmaması 

idi. «Rusiyada hüquq fakültəsini bitirmiş müsəlmanlara ədliyyə 

məhkəmələrinə  qanuni  vəkil  sifətində  daxil  olmaq  ixtiyarı 

verilməmişdi.  Məhəlli  məhkəmə  idarələrimizdə  öz  ana  dilimiz 

işlənmirdi. Məhz müstəntiq vəzifələrini kadrla təmin etmək çox 

çətin  bir  problemə  çevrilmişdi.  Bu  problemin  həlli  məqsədilə 

Ədliyyə Nazirliyi barışıq hakim və müstəntiq vəzifələrini hüquq 

təhsili olmayan, lakin öz əvvəlki fəaliyyətlərində təcrübə və bilik 

almaq  imkanı  olan  barışıq  şöbələrinin  katibləri  və  katiblərin 

köməkçiləri, 

məhkəmə 


pristavları 

və 


müstəntiqlərin 

tərcüməçiləri işləmiş  şəxslərin  əvəz etməsinə icazə verdi. Onu 

da qeyd etmək lazımdır ki, təhsil senzinin aşağı salınmasına və 

ən  minimum  tələblər  qoyulmasına  baxmayaraq,  hakim  və 

müstəntiq  vəzifələri  inzibati-ərazi  bölgülərində  çox  böyük 

çətinliklə  kadrla  təmin  olunurdu.  Bundan  əlavə,  məhkəmə 

işçilərinin son dərəcə böyük maddi ehtiyacı, istintaq sahələri və 

barışıq  şöbələri  üçün  binaların  yoxluğu  -  bunların  hamısı 

məhkəmə  sisteminin  işini  ləngidən  amillər  idi.  Göstərilən 

çətinliklərə  baxmayaraq,  hökumətin  böyük  səyi  nəticəsində 

ədalət  mühakiməsi  əyalətlərdə  həyata  keçirilməyə  başladı. 

Gəncə Dairə Məhkəməsi də tez bir zamanda işə başladı. 

1918-

 

ci ilin sentyabr ayında Bakı şəhərinin azad edilməsi 



ilə əlaqədar olaraq, AXC Hökuməti Bakıya köçürüldükdən sonra 

burada  məhkəmə-istintaq  aparatının  tam  fəaliyyətsizliyi  ilə 

qarşıla.şdı. Hökumət özünün l oktyabr 1918-ci il tarixli qərarı ilə 

Sovet  Hakimiyyəti tərəfindən təsis  edilmiş bütün məhkəmə və 

istintaq  orqanlarını,  habelə  məhkəmə  funksiyah  komissiyaları 

ləğv etdi. Həmin qərara müvafiq olaraq, Bakı Dairə Məhkəməsi 

ona tabe olan idarələrlə birlikdə bərpa edildi.* 

'Azərbaycan Respublikası DA, f. 100. siy. 2, iş 22, v. 1. 



71

 

■ ^ 


■■ = 


Bakı və Gəncə şəhər dairə məhkəmələrinin və bu məhkə- 

mə dairələrindəki barışıq şöbələrinin fəaliyyəti bərpa edil- 

dikdən sonra Ədliyyə Nazirliyi ümumi məhkəmə aidiyyətli 

işlərin sonrakı istiqaməti haqqında məsələ ilə məşğul olmağa 

başladı. Apellyasiya instansiyasının yoxluğu səbəbindən Bakı 

və Gəncə şəhər dairə məhkəmələrində və bu məhkəmə dairə- 

lərindəki barışıq şöbələrində çox sayda işlər hərəkətsiz saxla- 

nırdı. Göstəriləndən əlavə, Tiflis Məhkəmə Palatasında Bakı 

və Gəncə şəhər dairə məhkəmələrindən buraya daxil olan 

çoxlu apellyasiya işləri baxılmamış qalırdı.' Bütün bunlar 

respublikada apellyasiya instansiyası məhkəməsinin təsis 

edilməsi zərurətini doğururdu. 

1918-ci ilin yayında Gürcüstan hökuməti Azərbaycan, 

Gürcüstan və Ermənistan Respublikaları hüdudlarında apel- 

lyasiya işlərinə baxmaq üçün bu respublikalarda müvafiq 

məhkəmələr təşkil edilənədək, Tiflis Məhkəmə Palatası ya- 

nında Müvəqqəti Apellyasiya Məhkəməsi təsis edilməsi təkli- 

fi ilə çıxış etmişdir. Azərbaycan hökuməti tərəfindən bu təkli- 

fin qəbul edilməsi müstəqillik mülahizələrindən (müstəqil 

dövlətin müstəqil məhkəmə sistemi olmalıdır) tamamilə qey- 

ri-mümkün hesab edildi. 

«Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» 

Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 14-də təsdiq 

edildi.2 8 bənddən ibarət bu Əsasnamə ilə Bakı şəhərində 

Azərbaycan Məhkəmə Palatası təsis olunur və Məhkəmə Pa- 

latasının daxili quruluşu və səlahiyyət dairəsi müəyyən edi- 

lirdi. Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan 

Məhkəmə Palatası iki departamentdən: Mülki və Cinayət 

departamentlərindən ibarət idi. Məhkəmə Palatasının Depar- 

tamentlərindən birinin sədri Baş sədr təyin edilirdi. Azərbay- 

can Məhkəmə Palatasının aşağıdakı tərkibdə fəaliyyət gös- 

'

 

A

z

ə

r

b

a

y

Respublikası DA, f. 100, siy. 4, iş 2, v. 2. 

,  V .  

3. 

72 



torməsi  nozordo  lutulıırclu:  Azərbaycan  Məhkəmə  Palatasının 

sədri  -  Böyük  sədr  (o  həm  də  öz  istəyi  ilə  departamentlərdən 

birinin  sədri  idi),  departamentin  sədri  və  Palatanın  8  üzvü. 

Əsasnaməyə  müvafiq  olaraq,  Azərbaycan  Məhkəmə  Palatası 

yanında  Prokuror  Nəzarətini  Palatanın  Prokuroru  və  onun  iki 

müavini həyata keçirirdi. Göstərilən bütün vəzifələr hökumətin 

təyinatı ilə tutulurdu. 

Azərbaycan  Məhkəmə  Palatasının  və  onun  yanındakı 

Prokuror Nəzarətinin predmet dairəsi Əsasnamənin 6-cı bəndinə 

müvafiq  olaraq,  1864-cü  il  məhkəmə  nizamnamələri  və 

Müvəqqəti  Hökumətin  1917-ci  ildə  verilən  müvafiq  qanunları 

ilə  müəyyən  olunurdu.  Azərbaycan  Məhkəmə  Palatasının  və 

onun  yanındakı  Prokuror  Nəzarətinin  hakimiyyəti  Azərbaycan 

Respublikasının bütün ərazisinə şamil edilirdi. 

Azərbaycan 

Məhkəmə 


Palatası 

respublika 

dairə 

məhkəmələri  və  bu  məhkəmə  dairələrindəki  barışıq  şöbələri 



üçün ikinci instansiya (apellyasiya) məhkəməsi idi. Azərbaycan 

Respublikası ərazisində baş verən, apellyasiya instansiyası kimi 

Tiflis  Məhkəmə  Palatasına  daxil  olan,  lakin  orada  baxılmayan 

işlərə  də  Azərbaycan  Məhkəmə  Palatasında  baxılması  nəzərdə 

tutulurdu.  Məhkəmə  Palatası  daha  mühüm  cinayət  işləri  üzrə 

(bura  dövləti  cinayətlər  və  vəzifə  cinayətləri  daxil  idi)  birinci 

instansiya məhkəməsi kimi çıxış edirdi. 

Azərbaycan Məhkəmə Palatası yanındakı Prokuror Nəzarəti 

cinayət  prosesində  ittihamı  müdafiə  və  məhkəmə  orqanlarında 

qanunların  düzgün  tətbiqinə  nəzarət  funksiyalarını  həyata 

keçirirdi. Respublika Prokuror Nəzarətinə baş prokuror rəhbərlik 

edirdi, o, habelə, ədliyyə  naziri kimi, Ali Məhkəmə idarəçiliyi 

orqanının rəhbəri hesab edilirdi. Ədliyyə Naziri, bundan əlavə, 

«Ədliyyə  Nazirliyi  haqqında  Əsas-  namə»yə  müvafiq  olaraq, 

həbsxanalara himayədarlıq cəmiyyətinin prezidenti idi.' 

'Azərbaycan Respublikası DA, f 100, siy. .2, iş 292, v. 2. 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə