Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə21/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   17   18   19   20   21   22   23   24   ...   198

IV

 

FƏSİL 

Az

ə

rbay

can Respublikasının mə

hk

ə

m

ə

 sistemi. 

Hakiml

ə

rin statusu 

4.1.


 

Azərbaycan Respublikasının məhkəmə sisteminin 

quruluşu, onun anlayışı və xüsusiyyətləri 

Məhkəmə  sistemi  səlahiyyətlərinə  və  qarşısında  duran 

məsələlərə və məqsədlərə uyğun olaraq qurulmuş məhkəmələrin 

yığımıdır. 



«Məhkəmələr  və  hakimlər  haqqında»  Qanunun  19-cu 

maddəsinə  əsasən  Azərbaycan  Respublikasında  ədalət 

mühakiməsini  Azərbaycan  Respublikasının  məhkəmə 

sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirir: 

rayon (şəhər) məhkəmələri; 

ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının 

məhkəməsi

hərbi məhkəmələr; 

ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının 

hərbi məhkəməsi; 

yerli iqtisad məhkəmələri; 

Beynəlxalq  müqavilələrdən  irəli  gələn  mübahisələrə  dair 

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi; 

Azərbaycan Respublikasının Appelyasiya Məhkəməsi

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi; 

Azərbaycan Respublikasının Ali Məhkəməsi. 

Azərbaycan  Respublikasının  məhkəmə  sistemi  daxilində 

qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr də yaradıla 

bilər. 

Azərbaycan Respublikası məhkəmə sisteminin indiki dövrə 



olan vəziyyətini öyrənmək üçün Konstitusiyanın 130, 


131,  132-ci  nıaddəbrınin  müddəaları  böyük  əhəmiyyət  kəsb 

edir. Bunlar həm yuxarıda duran, həm aşağıdakı məhkəmələrin 

yerini dəqiq müəyyən edir. Belə ki, 130-cu maddədə Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsinin  statusu  müəyyən 

edilmiş,  qanunların  və  digər  hüquqi  aktların  Konstitusiyaya 

uyğun  olmalarına’  nəzarət  edən  bu  məhkəmə  orqanının  əsas 

məqsəd və vəzifələri verilmişdir. Göstərilən məhkəmə məhkəmə 

sistemində  xüsusi  yer  tutur.  Konstitusiya  məhkəməsinin 

qərarlarının  bütün  məhkəmələr  üçün  xüsusi  əhəmiyyət  kəsb 

etməyinə  və  ümumilikdə  məhkəmə  təcrübəsinə  təsir 

göstərməyinə  baxmayaraq,  digər  məhkəmələrin  ona  birbaşa 

tabeçiliyi yoxdur. 

Ali  Məhkəmənin  yeri  bir  az  fərqlidir.  O,  kassasiya 

instansiyası  məhkəməsi  kimi  qanunla  müəyyən  edilmiş 

prosessual qaydada ədalət mühakiməsini həyata keçirir, ümumi 

və ixtisaslaşdırılmış məhkəmələrin fəaliyyətinə nəzarət edir və 

məhkəmə təcrübəsinə aid məsələlər üzrə izahatlar verir. 

Məhkəmə  sisteminin  strukturu  Azərbaycan  Respublikası 

Konstitusiyası,  habelə  «Məhkəmələr  və  hakimlər  haqqında» 

Qanunla və digər qanunvericilik aktları ilə ümumilikdə müəyyən 

edilir. 

Qeyd  olunan  məhkəmələrdən  başqa  məhkəmə  sisteminə 

həm də ümumi və ixtisaslaşdırılmış məhkəmələr daxildir. 

Belə  quruluşu  məhkəmə  sistemi  son  illərdə  almışdır. 

Əvvəllər,  1922-1924-cü  illərdəki  məhkəmə  islahatından  sonra 

məhkəmə  sisteminin  quruluşu  daha  sadə  idi:  onun  tərkibinə 

yalnız  3  səviyyəli  mülki  (ümumi)  məhkəmələr  daxil  idi:  xalq 

məhkəmələri, orta hissənin  məhkəmələri və Ali  Məhkəmə.  Bu 

baxımdan  məhkəmə  orqanlarının  yaradılması  və  təşkili 

sahəsindəki  təcrübənin  işıqlandırılması  elmi-tarixi  əhəmiyyət 

kəsb edir. 

66 



4.2.

 

XIX əsrin II yarısında Azərbaycanda məhkəmə 



islahatının həyata keçirilməsi 

Azərbaycan  XIX  əsrin  birinci  yarısında  Rusiya  tərəfindən 

işğal  edldikdən  və  burada  komendant  idarəçilik  sistemi  tətbiq 

edildikdən  sonra  bütün  inzibati  və  məhkəmə  orqanlarının 

fəaliyyəti  üzərində  nəzarəti  komendantlar  həyata  keçirirdilər. 

Belə  vəziyyət  demək  olar  ki,  1841-ci  ilə  kimi  davam  etmişdir. 

Lakin lK4Ü-cı il aprelin 10-da imperator tərəfindən təsdiq edilən 

və 1841-ci il yanvar ayının 1-dən qüvvəyə minən qanunvericilik 

aktına  əsasən,  Zaqafqaziyada  inzibati-məhkəmə  islahatı  həyata 

keçirilməyə başlamışdır. Bununla əlaqədar komendant idarəçilik 

sistemi  ləğv  edilir  və  onun  əvəzində  ümumrusiya  mülki 

idarəetmə  sistemi  tətbiq  edilir.  Bu  islahata  əsasən,  məhkəmə 

idarəsinin  nəzdində  pro4  kuror  nəzarəti  təsis  edilir.  Belə  ki, 

Gürcüstan-İmeretiya quberniyasında və Kaspi vilayətində cinayət 

və  mülki  məhkəmə  palataları  və  müvafiq  prokurorluq  hissələri 

yaradılır. 

Adı  çəkilən  dövr  hər  bir  yoxlayan  və  təftiş  edən  çoxsaylı 

instansiyaların  mövcudluğu  ilə  səciyyələnirdi.  Belə  ki,  sahə 

iclasçısı formal olaraq istintaq aparır və materialları qəza rəisinə 

təqdim edirdi. Qəza rəisi həmin materiallara baxdıqdan sonra işi 

qəza  məhkəməsinə  göndərirdi.  Qəza  məhkəməsi  isə  öz 

növbəsində  az  əhəmiyyətli  cinayətlər  üzrə  hökm  çıxarır,  daha 

mühüm  cinayətlər  üzrə  isə  yalnız  rəy  verirdi.  Hökm  və  ya  rəy 

qəza  stryapçisinə,  yəni  məhkəmə  nəzarəti  üzrə  məmura 

baxılmağa  təqdim  edilirdi  və  sonra  isə  iş  sonuncunun  rəyi  ilə 

birlikdə quberniya və ya vilayət cinayət və mülki palatasına daxil 

olurdu.  Məhkəmə  palatası  əlavə  arayış  və  məlumatlar 

topladıqdan  sonra  öz  qərarını  çıxarar  və  müvafiq  olaraq 

quberniya və ya vilayət prokuroruna göndərirdi. Prokuror isə işi 

öz  göstərişləri  ilə  birlikdə  palataya  qaytarırdı.  Bundan  sonra 

palata  prokurorun  iradlarına  baxaraq  hökmə  düzəlişlər  edirdi. 

Bütün bu prosessual hərəkətlərdən sonra iş quber- 

=  

67

 



 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə