Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə18/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   14   15   16   17   18   19   20   21   ...   198

orqanlarının vəzifəli şəxsləri iliiham edilən şəxsin məsuliyyətini 

həm ağırlaşdıran, həm də yüngülləşdirən və ya bəraət qazandıran 

sübutları aşkar etməyə bocludurlar. Onlar həm də şübhə, ittiham 

və  müttəhim  olunan  şəxslərə  onların  hüquqlarını  izah 

etməlidirlər. 

Bütün  bu  hüquq  və  vəzifələr  birlikdə  müdafiə  hüququnu 

təmin edir. 

3.10.

 

Təqsirsizlik preziımpsiyası 

Bu prinsip Künstitıısiyaııın 63-cü maddəsində əks olun- 

ııuışdur:  «Hər  kəsin  təqsirsizlik  preziımpsiyası  hüququ 

vardır». 

Cinayətin  törədilməsində  təqsirləndirilən  hər  bir  şəxs,  onun 

təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilmə- yibsə 

və  bu  barədə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü 

yoxdursa,  təqsirsiz  sayılır.  Şəxsin  təqsirli  olduğuna  əsaslı 

şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin 

törədilməsində  təqsirləndirilən  şəxs  özünün  təqsir-  sizliyini 

sübuta  yetirməyə  borclu  deyildir.  Ədalət  mühakiməsi  həyata 

keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə 

oluna  bilməz.  Məhkəmənin  hökmü  olmasa  kimsə  cinayətdə 

təqsirli sayıla bilməz». 

Cinayət  işləri  üzrə  ədalət  mühakiməsinin  həyata 

keçirilməsində bu, ilk növbəli demokratik prinsipdir. Göstərilən 

prinsip  insan  hüquqları  sahəsində  ən  nüfuzlu  beynəlxalq 

sənədlərə əsaslanır. 

Təqsirsizlik  preziımpsiyası  ilk  dəfə  olaraq  müstəqil 

respublikamızın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında öz 

əksini  tapmışdır.  Onun  əsas  müddəaları  isə  cinayət-prosessual 

qanunvericiliyinə artıq o vaxta kimi daxil edilmi.şdir. 

Məsələn,  cinayət-prosessual  qanunvericiliyinə  görə, 

məhkəmə,  prokuror,  müstəntiq,  təhqiqatı  aparan  .şəxs  özünün 

təqsirsizliyini sübuta yetirmək borcunu təqsirləndirilən şəxsin 



■■ 

=-■ 

--=^ 



56

 -----------------  ■ 

=■ = 


üzorino  qoya  bilmozlor,  iuiham  hökmü  forziyyolor  əsasında 

qurula bilməz və yalnız məhkəmə baxışında müttəhimin günahı 

sübuta  yetirildikdə  çıxarıla  bilər.  Aradan  qaldırıla  bilməyəcək 

şübhələr  müttəhimin  xeyrinə  yozulur,  habelə  cinayətin 

törədilməsində  sübuta  yetirilməyən  günahkarlıq  sübut  olunan 

təqsirsizliyə bərabərdir və s. 



3.11.

 

Molıkəmolordə işlərin icraatının 

açıq aparılması prinsipi 

Konstitusiyanın  127-ci  ma(ld,əsində  göstərilir  ki,  bütün 

nıəhkəmələrdə  icraat  açıq  aparılır.  Məhkəmə  açıq  icraatın 

dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını 

güman  etdiyi,  ya  da  vətəndaşların  şəxsi  və  ya  ailə  həyatının 

məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən etdiyi 

hallarda işə qapalı iclasda baxılmasına icazə verir. 

Bu  prinsipin  mənası  ondan  ibarətdir  ki,  bu  və  ya  digər 

məhkəmə  işi  üzrə  prosesin  iştirakçısı  olmayan  vətəndaşlara 

(qapalı  iclaslardan  ba.şqa)  işin  baxılmasında  iştirak  etmək 

imkanı  verilir.  Bu  demokratik  prinsip  məhkəmənin  işində 

aşkarlığı təmin edir, məhkəməni işlərə məsuliyyətlə yanaşmağa 

vadar edir və intizamını artırır. 

Eyni  zamanda  qanun  ümumi  qaydadan  istisnalar  edir: 

cinayət işi üzrə məhkəmənin açıq iclasına yaşı 16-dan aşağı olan 

şəxslər  buraxılmır;  zalda  lazımi  qədər  yer  olmadıqda  sədrin 

göstərişi  ilə  kənar  şəxslərin  gəlməsinə  məhdudiyyətlər  qoyula 

bilər. 


Bundan  başqa,  qanunvericilikdə  məhkəmənin  qapalı 

iclaslarının keçirilməsinin qaydası müəyyən edilir. Dövlət sirrini 

qorumaq  məqsədi  ilə  iclaslar  qapalı  aparılmalıdır.  Cinayət 

işlərinə  baxarkən  məhkəmənin  əsaslandırılmış  qərarı  ilə  pro- 

.sesin  iştirakçısı  olmayan  şəxslər  üçün;  16  yaşına  çatmayan 

müttəhimlərin cinayətləri barədə; cinsi cinayətlər barədə 

 



 



57

 




işloro  baxarkən,  işdə  gedən  şəxslərin  həyatının  intim  tərəfləri 

barədə  məlumatların  yayılmasının  qarşısını  almaq  üçün,  habelə 

zərərçəkənlərin,  şahidlərin,  onların  qohumlarının  və  digər 

şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhkəmə 

zalının qapıları bağlana bilər. Məhkəmə ielasları digər hallarda da 

- oğulluğa götürmə sirrini, vətəndaşların yazışma sirrini qorumaq 

üçün qapalı keçə bilər. Bütün hallarda prosessual qaydalara riayət 

olunur və qəbul olunmuş qərarlar və ya hökmlər açıq elan edilir. 



3.12.

 

Məhkəmə icraatının milli dili prinsipi 

Konstitusiyanın  127-ci  maddəsinin  10-cu  hissəsində 

göstərilir ki: «Azərbaycan Respublikasında məhkəmə icraatı 

Azərbaycan  Rcspııblikasımn  dövlət  dilində  və  ya  müvariq 

yerin  əhalisinin  çoxluq  tə.şkil  edən  his.səsinin  dilində 

aparılır.  İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili 

bilməyən  şəxslərin  işin  materialları  ilə  tam  tanış  olmaq, 

məhkəmədə tərcüməçi vasitəsilə iştirak elmək və məhkəmədə ana 

dilində çıxış etmək hüququ təmin edilir.» 

Digər  qanunvericilik  aktlarında  bu  prinsip  daha  da 

dəqiqləşdirilir.  Xüsusən,  cinayət-prosessual  qanunvericiliyində 

tərcüməçinin cinayət işlərinə baxılması zamanı öz. funksiyalarını 

dəqiq  və  tam  həyala  keçirməyə  borclu  olduğu  bildirilir.  Bu 

vəzifənin  düzgün  yerinə  yelirilməməsinə  görə  müxtəlif  cinayət 

məsuliyyəti  nəzərdə  tutulur.  Əgər  bu  tərcümə  şəxsin  ağır  və 

xüsusi dövləti cinayətdə təqsirləndirilməsi ilə bağlıdırsa - üç ildən 

yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Tərcüməçinin  xidməti  bütün  hallarda  pulsuzdur.  Məhkəmə 

təcrübəsi  tələb  edir  ki,  istintaq  və  məhkəmə  sənədləri,  ittiham 

hökmünün surəti müttəhimə yaxud məhkum edilmiş 

58

 

■= ■= == 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə