Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə16/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   12   13   14   15   16   17   18   19   ...   198

ezamiyyət xərcləri - qanunvericiliklə hakimlər üçün nəzərdə 

tutulmuş qaydada və miqdarda

məhkəmənin yerləşdiyi yerə getmək və geri qayıtmaq üçün 

nəqliyyat xərcləri - həmin yerdə qüvvədə olan tarif üzrə ödənilir. 

Andh  iclasçınm  məhkəmədə  vəzifələrini  yerinə  yetirdiyi 

müddət  əmək  stajının  bütün  növlərinin  hesablanmasına  nəzərə 

alınır. 

Andh  iclasçınm  əsas  iş  yerində  həmin  idarə,  müəssisə, 

təşkilatların işçiləri üçün nəzərdə lululmuş bütün təminatlar və 

güzəştlər  saxlanılır.  Andh  iclasçınm  məhkəmədə  vəzifələrini 

yerinə  yetirdiyi  müddətdə  idarə,  müəssisə  və  təşkilatın 

müdiriyyətinin təşəbbüsü ilə onun işdən çıxarılmasına, azmaaşh 

işə keçirilməsinə yol verilmir. (CPM, m. 192). 

3.7.

 

Ədalət ııuihakiıııəsiniıı hanııııın qaıııın və 

məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında 

həyata keçirilməsi 

Bu  prinsip  bir  çox  qanunverici  aktlarda  əks  olunmuşdur. 



Koııstitusiyanm  25-ci  maddəsində  hamımıı  qanun  və 

məhkəmə qarşısında bərabərliyi bəyan edilmişdir. 

Belə ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 

Dövlət  irqindən,  milliyyətindən,  dinindən,  dilindən,  cinsindən, 

mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən, 

əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər 

ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq  hər  kəsin 

hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verir.  İnsan  və 

vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, 

mənşəyi,  əqidə,  siyasi  və  sosial  mənsubiyyətə  görə 

məhdudlaşdırmaq qadağan edilmişdir. 

Qanun qarşısında bərabərlik qanunvericilikdə əks olunmuş 

müddəaların bütün vətəndaşlara qarşı eyni cür şamil 





50

 

■ 




edilmosi  demokdir.  Mohkomo  qarijisında  baraborlik  iso  artıq 

molikomo icraatında İ!;itirak cdon .şəxslərin eyni cür prosesual 

hüquqları  əldə  etməsi  və  vəzifələri  daşımasıdır.  Məsələn,  əgər 

kimsə  məhkəməyə  şahid  qismində  çağırılırsa,  o  irqindən, 

mənşəyindən,  əmlak  vəziyyətindən,  qıılhıq  mövqeyindən  və  s. 

asılı  olmayaraq  məhkəməyə  gəlməyə  və  düzgün  ifadələr 

verməyə  borcludur.  Bütün  məhkəmələrdə  məsuliyyətə  cəlb 

olunandan,  zərərçəkəndən,  cavabdehdən  asılı  olmayaraq  eyni 

icraat qaydaları mövcuddur. 

Bununla  yanaşı  vətəndaşların  hərbi  strukturlara  aidiyyəti 

olduqda, işlərinin məhkəmə aidiyyəti də fərqlənir: onlara ümumi 

(mülki) məhkəmələrdə yox, hərbi məhkəmələrdə baxılır. Lakin 

eyni  zamanda  bütün  məhkəmələr  üçün  (həm  mülki,  həm  də 

hərbi)  eyni  olan  məhkəmə  icraatı  qaydalarına  mütləq  riayət 

olunur. 

Konstitusiya və digər qanunvericilik aktlarla bir sıra vəzifəli 

şəxslərin  cinayət  məsuliyyətinə  cəlb  olunması  və  onlara  qarşı 

qəti imkan tədbirlərinin seçilməsi (həbs, axtarış, tutulma və s.) 

üçün  xüsusi  rejim  müəyyən  edilir.  Bunların  arasında 

Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının, 

Azərbaycan  Respublikası  Prezidentinin,  Baş  Nazirinin, 

hakimlərin  toxunulmazlığını  və  onların  vəzifələrindən 

kənarla.şdırıl-  ması  üçün  qanunvericilikdə  müəyyən  edilmiş 

qaydanı xüsusilə qeyd etmək vacibdir. 

Belə ki. Konstitusiyanın 9ü-cı maddəsinə əsasən, səlahiyyət 

müddəti  ərzində  Azərbaycan  Respublikası  Milli  Məclisi 

deputatlarının  şəxsiyyəti  toxunulmazdır.  Deputatlar  səlahiyyət 

müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, 

cinayət  məsuliyyətinə  cəlb  edilə  bilməz,  tutula  bilməz,  onlar 

barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq 

edilə  bilməz,  axtarışa  məruz  qala  bilməz,  şəxsi  müayinə  edilə 

bilməz.  Onlar,  cinayət  başında  yaxalanarsa,  tutula  bilər.  Belə 

olduqda,  deputatı  tutan  orqan  bu  barədə  dərhal  Baş  prokurora 

xəbər verməlidir. 





51

 = 




Milli  Məclisin  deputalının  toxunulmazlığına  yalnız  Baş 

Prokurorun  təqdimatına  əsasən  Azərbaycan  Respublikası  Milli 

Məclisinin qərarı ilə xitam verilə bilər. 

Konstitusiyanın 106-cı və 107-ci maddələrində Azərbaycan 

Respublikası Prezidentinin toxunulmazlıq hüququ, onun şərəf və 

ləyaqətinin qanunla qorunması vurğulanmışdır. 

Bu 

müddəalara 



əsasən 

Azərbaycan 

Respublikası 

Prezidentinin  vəzifədən  kənaıiaşdırılması  təşəbbüsü  Prezident 

ağır  cinayət  törətdikdə  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsinin  təşəbbüsü  ilə  Ali  Məhkəmənin  30  gün 

müddətində  verilən  rəyi  əsasında  Azərbaycan  Respublikasının 

Milli Məclisi qarşısında irəli sürülə bilər. 

Konstitusiyanın  123-cü  maddəsində  səlahiyyət  müddəti 

ərzində  Azərbaycan  Respublikası  Baş  nazirinin  şəxsiyyətinin 

toxunulmazlığı  əks  olunmuşdur.  Azərbaycan  Respublikasının 

Baş  naziri  cinayət  başında  yaxalandığı  hallardan  başqa  tutula 

bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində 

məhkəmə  qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə 

bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. 

O, cinayət  başında  yaxalanarsa, tutula bilər.  Belə olduqda, onu 

tutan orqan bu barədə dərhal Baş prokurora xəbər verməlidir. Baş 

nazirin  toxunulmazlığına  yalnız  Baş  Prokurorun  təqdimatına 

əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam 

verilə bilər. 

Konstitusiyanın  128-ci  maddəsi  yuxanda  qeyd  olunduğu 

kimi,  hakimlərin  toxunulmazlığına  təminat  verir.  Hakimlər 

cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulmuş qaydada 

cəlb  oluna,  onların  səlahiyyətlərinə  yalnız  qanunda  nəzərdə 

tutulmuş  əsaslara  və  qaydalara  müvafiq  surətdə  xitam  verilə 

bilər. 


Bütün  bu  əlavə  təminatlar  siyasi  həyatda  xüsusi  yer  tutan 

şəxslərə qarşı kəskin tədbirlərin görülməsinin qanuniliyi və əsaslı 

olması  üçün,  bu  şəxslərin  siyasi  motivlərə  görə  izlənməsinin 

qarşısını almaq üçün hüquqi vasitədjr. 



52

 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə