Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə17/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   13   14   15   16   17   18   19   20   ...   198

3.8.

 

Məhkəmə icraatmm çəkişmə və tərəflərin hüquq 

bərabərliyi əsasında aparılması prinsipi 

Küiıstitıısiyanm 127-ci maddəsinin 7-ci hissəsində göstərilir 

ki, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyala keçirilir. 

Bu prinsip büUin şəxslərə deyil, yalnız məhkəmə icraatında 

iştirak edən tərəflərə, yəni cinayət, mülki, inzibati xətalara dair, 

iqtisadi  mübahisələrə  dair  işlərə  baxılması  zamanı  prosessual 

funksiyaları yerinə yetirən şəxslərə (ittiham və ya müdafiə edən, 

mülki iddianı irəli sürən və s.) aiddir. 

Çəkişmə 

prinsipi 

ədalət 

mühakiməsinin 



həyata 

keçirilməsinin  qaydasını  elə  qurur  ki,  məhkəmə  iclaslarında 

mülki, cinayət və digər işlərə baxılması zamanı işdə iştirak edən 

şəxslərə hüquq və qanuni mənafelərinin müdafiəsi üçün bərabər 

imkanların yaranması təmin edilsin. Eyni zamanda məhkəməyə 

bu  iclaslara  rəhbərlik  və  iş  üzrə  qərarların  çıxarılması  üçün 

lazımi səlahiyyətlər verilir. 

Başqa  sözlə,  ədalət  mühakiməsinin  çəkişmə  prinsipi 

əsasında  həyata  keçirilməsi  məhkəmə  işinə  baxılması  zamanı 

tərəflərin fəal mübahisə aparmaları, öz haqlılığını sübut etmələri, 

sübutları  yığıb  təqdim  etmələri,  öz  dəlillərini  açıq-  aşkar  irəli 

sürmələri,  faktlara  və  hadisələrə  izahat  vermələri  və  bununla 

həqiqətin  üzə  çıxarılmasına,  ədalət  mühakiməsinin  ədalətli, 

qanuna  müvafiq  və  əsaslandırılmış  aktının  qəbul  edilməsinə 

köməklik göstərmələri deməkdir. 

Sübutların  irəli  sürülməsi  və  onların  tədqiqatında  iştirak 

etməsində lərəllər bərabər hüquqlara malikdirlər. 

Məhkəmə  öz  növbəsində  bitərəf  qalaraq  iş  üzrə  bütün 

sübutların tam və hərtərəfli tədqiqatı üçün lazımi şərait yaradır: 

işin  iştirakçılarına  onların  hüquq  və  vəzifələrini  izah  edir, 

prosessual  hərəkətlərin  törədilməsinin  nəticələri  barədə 

xəbərdarlıq edir. 

Cinayət  nuihakiniD icraatında tərəflərin çəkişməsini təmin 

etmək məqsədi ilə: 

■=

 



53

 



lior bir lorof mohkomoclo lomsil olunur; hor bir torof 

mohkəmodo öz mövqeyini müdafiə etmək üçün bərabər 

hüquqlara və imkanlara malikdir; 

ittiham  tərəfi  -  cinayət  hadisəsinin  baş  verməsini,  cinayət 

qanunu 


ilə 

nəzərdə 


tutulmuş 

əməlin 


əlamətlərinin 

mövcudluğunu, bu əməlin törədilməsində təqsirləndirilən şəxsin 

aidiyyətini,  cinayət  törətmiş  şəxsin  cinayət  məsuliyyətinə  cəlb 

olunmasının  mümkünlüyünü  sübut  edir,  təqsirləndirilən  şəxsin 

əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz 

təkliflərini verir; 



müdafiə tərəfi - cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı 

təkzib  edir  və  ya  cinayət  prosesini  həyata  keçirən  orqanın 

diqqətini  təqsirləndirilən  şəxsin  cinayət  məsuliyyətindən  azad 

edilməsinə  və  ya  cinayət  məsuliyyətini  yüngülləşdirən  halların 

mövcudluğuna  cəlb  edir  və  təqsirləndirilən  şəxsin  əməlinin 

hüquqi  tövsifinə  və  məhkəmənin  yekun  qərarına  dair  öz 

təkliflərini verir; 

hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz 

mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını 

müəyyən edir; 

məhkəmə  tərəflərdən  hər  birinin  vəsatəti  ilə  əlavə  olaraq 

zəruri materialların əldə edilməsinə kömək göstərir

məhkəmə tərəfindən hökm  yalnız tərəflərin iştirakı  bərabər 

əsaslarla  təmin  edilməklə  tədqiq  olunmuş  sübutlarla 

əsaslandırılır; 

dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata 

keçirir və cinayət təqibindən imtina edir; 

təqsirləndirilən  şəxs  sərbəst  olaraq  təqsirli  olduğunu  inkar 

edir və ya özünü təqsirli bilir;t 

mülki iddiaçı - iddiadan imtina edir və ya mülki cavabdehlə 

barışıq sazişi bağlayır; 

mülki cavabdeh  - iddiam qəbul edir və  ya mülki  iddiaçı ilə 

barışıq sazişi bağlayır. (CPM, m. 32). 

54 



3.9.

 

Şiibho cdiloıı vo ya toqsirlondirilən 

şoxsin müdatlə hüququ prinsipi 

Bu  prinsip  Konstitusiyanın  61-ci  maddosindo  öz  əksini 

tapmış  və  cinayət  məsuliyyətinə  cəlb  olunan  şəxslərin  təkcə 

müdafiə  hüququnun  olmasını  elan  etmir,  həm  də  bu  hüququn 

təminatım verir. 

Belə ki, yuxarıda qeyd olunduğu kimi, hər bir kəsin yüksək 

keyfiyyətli  hüquqi  yardım  almaq,  səlahiyyətli  dövlət  orqanları 

tərəfindən  tutulduğu,  həbsə  alındığı,  cinayət  törədilməsində 

ittiham  olunduğu  andan  müdafiəçinin  köməyindən  istifadə 

etmək hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi 

yardım ödənişsiz, dövlət hesabına göstərilir. 

Göstərilən prinsip üç prinsipə əsaslanır. 

Birincisi,  Konsütusiyamn  26-cı  nıac/cbsinch  göstərilir  ki, 

hər  kəsin  qanunla  qadağan  olunmayan  üsul  və  vasitələrlə  öz 

hüquqlarını  və  azadlıqlarını  müdafiə  etmək  hüququ  vardır. 

Dövlət isə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə 

təminat  verir.  Bu  məqsədlə  cinayət  məsuliyyətinə  cəlb  olunan 

şəxslərə  geniş  hüquqlar  verilir:  onun  nədə  ittiham  olunduğunu 

bilmək, ifadə və izahat vermək, sübutlaıia tanış olmaq, istintaqı 

aparan  və  ya  ittiham  edən  vəzifəli  şəxslərin  hərəkətlərindən 

şikayət etmək hüququ var. 

İkincisi,  təqsirləndirilən  şəxsin  müdafiəçinin  köməyindən 

istifadə  etmək  hüququ  var.  O,  müdafiəçini  özü  çağıra  bilər  və 

yaxud  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  müdafiəçi 

təyin  edilə  bilər.  Müdafiəçi  kimi  çıxış  edən  vəkillərə  müdafiə 

edilənin  hüquq  və  qanuni  mənafelərinin  fəal  müdafiəsi  üçün 

qanun geniş hüquqlar verir. 

Üçüncüsü, təhqiqat aparan şəxslərə, müstəntiqlərə, prokuror 

və  hakimlərə  şübhələnilən,  ittiham  olunan  .şəxslərin 

müdafiəsinə  yönəlmiş  hərəkətlərin  həyata  keçirilməsi 

vəzifəsinin  həvalə  edilməsidir.  Bu  şəxslərin  müdafiəsi  təkcə 

onların  şəxsi  işi  deyil.  Məsələn,  CPM-nə  əsasən,  hüquq 

mühafizə 

^•=


 

55

 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə