Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə25/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   21   22   23   24   25   26   27   28   ...   198

binə  sədr  və  Hərbi  Məhkəmənin  iki  üzvü  daxil  idi.  Hərbi 

Məhkəmənin sədri  hərbi hakim və  ya hərbi prokuror qismində 

hərbi dairə məhkəməsində xidmət elmiş şəxslər sırasından hərbi 

nazirin təqdimatı üzrə Hökumətin qərarı ilə, Hərbi Məhkəmənin 

prokuroru  və  daimi  üzvləri  isə  hərbi  nazirin  əmri  ilə  təyin 

edilirdi. Müvəqqəti üzvlər isə hərbi nazirin sərəncamı ilə 6 aylıq 

müddətə  hərbi  hissələrdən  4  nəfərdən  ibarət  tərkibdə  təyin 

edilirdi.  Göründüyü  kimi,  əsasnamədə  hərbi  məhkəmələrin 

seçkili  əsaslarla  deyil,  təyin  etmə  yolu  ilə  təşkili  nəzərdə 

tutulurdu. Bu da respublikadakı vəziyyətlə, xüsusilə də, «Hərbi 

işin  xüsusi  şəraitinin  və  ədalət  mühakiməsi  mənafeyinin  tələbi 

ilə» şərtlənmişdi.' 

Əsasnamə  ilə  hərbi  rəhbərliyin  hərbi  qulluqçulara  qarşı 

cinayət  işi  başlamağa  müstəsna  hüququ  ləğv  edilirdi.  Bu  da 

məhkəmə  hakimiyyətinin  icra  hakimiyyətindən  ayrılması  və 

onun  müstəqilliyi  yolunda  atılan  mühüm  addım  idi.  Lakin 

Azərbaycan 

Respublikasının 

Baş 

Hərbi 


Məhkəməsi 

yaradılmadığı üçün bu xətt ardıcıl həyata keçirilmirdi. Belə ki, 

əsasnamə  ilə  müvəqqəti  olaraq,  Hərbi-Dairə  Məhkəmələrinin 

hökmlərindən  şikayət  və  protestlərə  baxacaq  Kassasiya 

Məhkəməsi  təsis  edilənədək,  Hərbi-Dairə  Məhkəmələrinin 

hökmlərindən  kassasiya  qaydasında  şikayətlər  vermə  hüququ 

ləğv edilirdi, lakin prokuror, müttəhim və ya onun müdafiəçisi, 

habelə mülkü iddiaçı məhkəmə tərəfindən maddi və prosessual 

qanunların  pozulduğu  halda,  hərbi  nazirə  şikayətlə  müraciət 

etmək  hüququna  malik  idilər.  Hərbi  nazir  isə  göstərilən  qanun 

pozuntularını  aradan  qaldırmaq  üçün  işi  başqa  tərkibdə  yeni 

məhkəmə  baxışına  göndərmək  hüququna  malik  idi.  Əsasnamə 

ilə, habelə Nazirlər Şurasına cəzanı yüngülləşdirmə və bağışlama 

hüququ verilirdi. 

I «Azerbayean» qəzeti, 18 aprel 1919-cu il, №81. = 

 

77 == 




4.4.

 

Məhkəmə sisteminin 



hissələri. Məhkəmə 

instansiyaları 

Məhkəmə sisteminin hissələrini eyni səlahiyyətləri olan 

məhkəmələr  təşkil  edir.  Bu  əlamətə  görə  məhkəmə 

sistemində aşağıdakı hissələr seçilir: 

-

 



əsas  hissə  -  rayon  (şohor)  mohkəməlori;  hərbi 

məhkəmələr;  Ağır  cinayətlərə  dair  işlər  üzrə  məhkəmə;  Ağır 

cinayətlərə dair işlər üzrə hərbi məhkəmə; iqtisad məhkəmələri; 

Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad 

məhkəməsi; 

-

 



orta  hissə  -  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məhkəməsi, Apellyasiya Məhkəməsi, İqtisad Məhkəməsi

-

 

ali hissə - Ali Məhkəmə. 



Azərbaycan  Respublikasının  məhkəmə  sistemi  vahiddir. 

Onun vahidliyini aşağıdakılar təmin edir: 

-

 

Konstitusiyada  və  qanunlarda  məhkəmə  sisteminin 



nəzərdə tutulması; 

-

 



bütün  məhkəmələrin  və  hakimlərin  məhkəmə  icraatı 

qaydalarına riayət etməsi; 

-

 

bütün 



məhkəmələrdə 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının,  konstitusiya  qanunlarının,  qanunların, 

beynəlxalq  hüquq  normalarının  və  beynəlxalq  müqavilələrdən 

irəli gələn prinsiplərin tətbiq olunması; 

-

 

qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarlarının 



respublikanın bütün ərazisində icrasının məcburiliyi

-

 



hakimlərin statusunun qanunvericilikdə əks olunması; 

-

 



məhkəmələrin dövlət büdcəsindən maliyyələşdirilməsi. 

Məhkəmə instansiyası məhkəmə işlərinə baxılması ilə 

bağlı bu və ya digər funksiyanı yerinə yetirən məhkəmədir. 

Birinci  instansiya  nıəhkəınəsi  müəyyən iş üzrə əsas olan 

məsələlərin  mahiyyətinə  dair  qərar  qəbul  etməyə  müvəkkil 

edilmiş məhkəmədir. 

-

 



 ............  = 

78

 

- ...........  = 




Məsələn,  cinayət  işləri  üzrə  -  cinayətin  törədilməsində 

şəxsin təqsirli və ya təqsirsiz bilinməsi, təqsirli bilindiyi halda isə 

cəzanın konkret növünün tətbiq edilib-edilməməsi məsələləridir. 

İnzibati işlərdə isə bu inzibati xətalarla bağlı məsələlərin həllidir. 

Mülki  (o  cümlədən,  iqtisadi  mübahisələrdən  irəli  gələn 

məsələlərə  dair  )  işlər  üzrə  bir  qayda  olaraq  işin  mahiyyətini 

verilmiş  iddianın  sübut  edilib-edilməməsi,  habelə  hüquqi 

nəticələr barədə məsələlər təşkil edir. 



Apellyasiya  instansiyası  qanuni  qüvvəsinə  minməmiş  və 

barəsində apellyasiya şikayəti və ya protesti verilmiş işlərə təkrar 

və tam həcmdə baxmaq səlahiyyəti olan məhkəmədir. Bu halda 

mahiyyət üzrə işə yenidən baxılır və nəticədə yeni qərar çıxarılır. 



Kassasiya  instansiyası qanuni qüvvəyə minmiş hökmlərin 

və başqa məhkəmə qərarlarının qanuniliyini və  əsaslı olmasını 

yoxlayan,  bu  qərarlardan  verilmiş  kassasiya  şikayətləri  və 

protestləri üzrə işlərə baxan məhkəmədir. 

Bundan  başqa  göstərilən  instansiyada  qanuni  qüvvəyə 

minmiş hökmlərin və ba.şqa məhkəmə qərarlarının yeni açılmış 

əsaslarla qanuniliyi və əsaslı olması yoxlanıla bilər. 

Göstərilənləri 

əsas 

götürərək 



məhkəmə 

sistemini 

instansiyalar üzrə belə bölmək olar: 

kassasiya instansiyası - Ali Məhkəmə; 

apellyasiya  instansiyası  -  Apellyasiya  Məhkəməsi, 

İqtisad  Məhkəməsi,  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məhkəməsi  (Ağır  cinayətlərə  dair  işlər  üzrə  birinci 

instansiya kollegiyası istisna olmaqla); 

birinci instansiya - bütün digər məhkəmələr aiddir. 

79 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə