Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə24/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   20   21   22   23   24   25   26   27   ...   198

1919-

 

cu  il  Əclliyyo  Nazirliyinin  fəaliyyətinin  əsas 



vəzifələri  belə  xarakterizə  edilirdi:  1)  ölkədə  bütün  əhalinin 

hüquqlarının, rifahının və təhlükəsizliyinin həqiqi mühafizəsini 

təmin edə biləcək ədalət mühakiməsi işinin düzgün qurulması; 

2)  ədalət  mühakiməsinin  həyata  keçirilməsində  iştirak  etməyə 

ictimaiyyətin  cəlb  edilməsi;  3)  əhaliyə  yaxın  yerli 

məhkəmələrdə  seçki  əsaslarının  müəyyən  edilməsi  J  Bu 

vəzifələrə uyğun olaraq, hələ 1919-cu il fevralın 11-də Ədliyyə 

Nazirliyinin  nəzdində  yaradılan  və  bu  müddətdə  heç  bir 

fəaliyyət  göstərməyən  Azərbaycan  Respublikasının  məhkəmə 

hissəsi üzrə qanun layilərini işləyib hazırlayan komissiyanın işi 

canlandırıldı.  Səmərəli  fəaliyyəti  təmin  etmək  məqsədilə 

komissiya  aşağıdakı  5  yarımkomissiyaya  ayrıldı:  1)  Ali 

Məhkəmənin  təsisi  üzrə;  2)  Yerli  məhkəmə  üzrə;  3)  Ədalət 

mühakiməsinin həyata keçirilməsində iştiraka ictimaiyyətin cəlb 

edilməsi  üzrə;  4)  Cinayət  hüququ  və  prosesinin  bəzi  qanun 

müddəalarına baxılması üzrə və 5) Mülki hüquq və prosesin bəzi 

qanun müddəalarına baxılması üzrə. 

Respublikada  müstəqil  məhkəmə  sisteminin  və  onunla 

birlikdə məhkəmə-istintaq orqanlarının formala.şdırılması üçün 

göstərilən komissiyanın işinin nəticələri mühüm mərhələ olmalı 

idi. 

Belə ki, «Ali Məhkəmənin təsisi üzrə» yarımkomissiya 



1920-

 

ci  ilin  mart  ayında  öz  işini  başa  çatdırır  və 



fəaliyyətinin  yekunu  kimi  işləyib  hazırladığı  «Azərbaycan  Ali 

Məhkəməsi - Senat haqqında Əsasnamə»nin layihəsini Nazirlər 

Şurasına  təqdim  edir.-  Layihəyə  əsasən  Azərbaycanda  yerli 

şəraitin,  habelə  Azərbaycan  dövlətinin  siyasi  quruluşunun 

xüsusiyyətlərinin  doğurduğu  bəzi  zəruri  dəyişikliklərlə. 

Rusiyadakı 



Адрес-календарь  Азербайджанской  Республики  на  1920 

г. 


под 

редакцией  А.М.Ставровского.  Баку,  1919  г,  стр.  62;  Azərbaycan 

Respublikası DA, f. 100, siy, 2, iş 84, v. 11. 

^Azərbaycan Respublikası DA, f 100, siy. 2, iş 266, v. 101-112. 



74

 ■-= 



.= 


Hökumət Senatı tipli bir orqan yaradılması nəzərdə tutulurdu. Bu 

orqan  qanunmühafizə,  inzibati,  kassasiya  və  məhkəmə 

funksiyalarını 

həyala 


keçirməli 

idi. 


Qanunmühafizə 

funksiyasının  həyata  keçirilməsi  üçün  Senata  ali  hakimiyyət 

orqanlarının  qanunlara  zidd  olan  qərar  və  sərəncamlarını  ləğv 

etmək və ya onların qüvvəsini dayandırmaq hüququ, hökumət və 

məhkəmə idarələrində eyni cür həll edilməyən və ya praktikada 

çətinlik  yaradan  məsələlər  üzrə  izahatlar  vermək  hüququ 

verilinəsi  nəzərdə  tutulurdu.  Hələ  respublikanın  konstitusiyası 

qəbul  edilmədiyi  üçün  Senatın  funksiyalarına  qanunların  elan 

edilməsinə  icazə  verməmək  hüququ  daxil  edilmirdi.  İnzibati 

funksiyanın həyata keçirilməsi üçün Senata ali inzibati tribunal 

qismində  həm  inzibati  ədliyyə  qaydasında,  həm  də  inzibati 

idarəçilik  qaydasında  daxil  olan  bütün  inzibati  işlərin  həll 

edilməsi  həvalə  edilirdi.  Kassasiya  instansiyası  kimi,  Senatın 

hüququ məhkəmə və inzibati işləri mahiyyəti üzrə həll elmədən 

maddi 

və 


prosessual 

qanun 


pozuntularına 

yol 


verilib-verilməməsi 

məsələsinin 

müzakirəsi 

ilə 


məhdudlaşdırılırdı.  Bəzi  hallarda  senatın  işləri  mahiyyəti  üzrə 

həll  etməsi  də  nəzərdə  lululurdıı  (məsələn,  yüksək  vəzifəli 

şəxslərin vəzifə cinayətləri haqqında işləri). Bu zaman o birinci 

və  ya  ikinci  (apellyasiya)  instansiya  məhkəməsi  kimi  çıxış 

edəcəkdir. 

Senat  üç  departamentdən  -  cinayət,  mülki  və  inzibati 

departamentlərdən  ibarət  tərkibdə  fəaliyyət  göstərməli  idi. 

Departamentlərin senatorları ali hüquq təhsili olan və 12 ildən az 

olmayaraq  məhkəmə  idarəsi  üzrə  xidmət  edən  və  ya  andh 

vəkilliklə məşğul olan, habelə magistr və ya hüquq doktoru elmi 

dərəcəsi  olan  göstərilən  müddət  ərzində  məktəblərdə  hüquq 

elmlərinin  tədrisi  ilə  məşğul  olan  şəxslər  sırasından  hökumət 

tərəfindən təyin edilməli idi. 

Senatın  nəzdində  dinlənilmiş  işlər  üzrə  rəy  vermək  və 

mahiyyəti  üzrə  işlərə  baxılarkən,  ittihamçı  vəzifəsini  yerinə 

yetirmək üçün Ober-prokuror və onun müavinləri vəzifələri 

=  

75

 

= ■ ■ ■ ■ "



 


nəzordo  tutulurdu.  Senatın  prokurorları  da  senatorlar  üçün 

müəyyən  edilmiş  qaydada  təsdiq  olunmalı  idi.  Lakin  Senatın 

Ober-prokuroru üçün səlahiyyət müddəti 10 il, onun müavinləri 

üçün isə 8 il müəyyən edilirdi. 

Senatın  1920-ci  il  ərzində  yaradılması  nəzərdə  tutulurdu. 

Lakin bu iş AXC-in işğalı nəticəsində həyata keçirilmədi. 

AXC-in məhkəmə sisteminə hərbi məhkəmələr də daxil idi. 

AXC  Hökuməti  23  iyun  1918-ci  il  tarixdə  Azərbaycan 

Respublikasının  bütün  ərazisində  hərbi  vəziyyət  elan  etdikdən 

sonra hərbi məhkəmələrin fəaliyyət dairəsi genişləndi. Belə ki, 

bəzi  cinayət  işləri  ümumi  aidiyyətdən  çıxarıldı  və  hərbi 

məhkəmələrin  aidiyyətinə  keçirildi.  •  «Müsəlman  korpusu» 

«Azərbaycan korpusu» adlandırıldıqdan sonra hökumət 15 iyul 

1918-ci  il  tarixdə  «Korpus  məhkəməsi  haqqında»  Qərar  qəbul 

etdi.  Qərara  müvafiq  olaraq.  Korpus  məhkəməsinin  hökmləri 

dərhal  Azərbaycan  korpusunun  komandanına  baxılmağa 

verilməliydi, o isə hökmü tə.sdiq və ya ləğv edə, yaxud da cəzanı 

yüngülləşdirə  bilərdi.-  Bu  mənfi  hal  yeni  yaranmış 

respublikanın  hərbi-siyasi  vəziyyəti  ilə  əlaqədar  idi  və 

respublikada  sabitliyi,  ordu  quruculuğu  işini  təmin  etmək 

zərurətindən irəli gəlirdi. 

Əsasnaməyə  müvafiq  olaraq,  hər  bir  hərbi  hissədə  alay 

məhkəmələri, habelə respublika hərbi hissələrinin hamısı üçün 

Azərbaycan Hərbi Məhkəməsi təsis olunurdu. 

Azərbaycan  Hərbi  Məhkəməsinə  idarəçilik  üzrə  rəhbər 

orqan Hərbi Nazirlik idi. Azərbaycan Hərbi Məhkəməsi yanında 

prokuror nəzarətini məhkəmənin prokuroru həyata keçirirdi. 

Azərbaycan  Hərbi  Məhkəməsi  daimi  və  müvəqqəti 

üzvlərdən ibarət idi. Hərbi Məhkəmənin daimi üzvlərinin tərki- 

•Собрание Узаконений и Распоряжений Правительства 

Азербайджанской Республики, № 1, от 15 ноября 1919 г., стр. 10. 

-Azərbaycan Respublikası DA, Г. 100, siy. 2, iş 7, v. 21. 



76

 ==^=====






Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə