Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə12/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   8   9   10   11   12   13   14   15   ...   198

edilmiş  insan  vo  vətəndaş  hüquq  və  azadlıqlarına  riayət 

olunmasını tə'min etməlidirlər. (CPM, m. 12). 

Təcrübə  göstərir  ki,  cinayət  məsuliyyətinə  cəlb  olunan  və 

ittiham  olanım  şəxs  kimi  məhkəmə  qarşısında  duran  insanlar 

onların  əsas  hüquq  və  azadlıqlarının  müdafiəsi  üçün  əlavə 

vasitələrin olmasında çox ehtiyac duyurlar. Bu vasitələr həm adi 

qanunlarda, həm də Konstitusiya səviyyəsində əks olunmuşdur. 

Onları üç qrupa bölmək olar. 

Birinci  qrupa  insan  və  vətəndaşın  şəxsi  toxunulınazlığına 

təminat  verən  hüquqi  vasitələr  aiddir.  Təbiidir  ki,  bu  qrupun 

vasitələri  arasında ən  yüksək dəyərin  - insan həyatının  hüquqi 

müdafiəsi  üçün  nəzərdə  tutulmuş  vasitələr  xüsusi  yer  tutur. 

Konstitusiyanın  27-ci  maddəsinə  görə,  «Hər  kəsin  yaşamaq 

hüququ vardır». Konstitusiyanın bu maddəsini rəhbər tutaraq və 

humanistlik 

prinsiplərinə 

əsaslanaraq 

Azərbaycan 

Respublikasının Milli Məclisi müstəsna cəza tədbiri kimi ölüm 

cəzasını ləğv etmişdir. 

Konstitusiya  və  digər  qanunlar  insanın  sağlamlığına  zərər 

gətirən,  onun  şərəf  və  ləyaqətini  alçaldan  hər  bir  hərəkəti 

qadağan edir. Konstitusiyanın 46-cı maddəsində dəqiq deyilir ki, 

heç  bir  hal  şəxsiyyətin  ləyaqətinin  alçaldılmasına  əsas  verə 

bilməz.  Həmin  maddədə  işgəncə  və  əzab  vermək,  özünün 

razılığı  olmadan  kiminsə  üzərində  tibbi,  elmi  və  başqa 

təcrübələrin aparılması qəti qadağan edilir. 

Göstərilən  prinsiplər  hüquq  mühafizə  fəaliyyətində  şərtsiz 

yerinə  yetirilməlidir.  Bu  o  deməkdir  ki,  qanunda  nəzərdə 

tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi 

sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor 

işlətmək və s. təhlükə yaradan hərəkətlər etmək olmaz. Ədalət 

mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş 

sübutlardan  istifadə  oluna  bilməz  və  onlar  konkret  iş  üzrə 

hökmün  və  ya  başqa  qərarın  çıxarılmasına  əsas  olmamalıdır. 

Konstitusiyaya zidd hərəkətlərə yol verən vəzifəli şəxslər üçün 

qanun cinayət məsuliyyətini nəzərdə tutur. 



=^-' 

38 =r =--■ 






Belo ki, mohkomonin qoran olmadan vo ya tutulma, yaxud 

hobso  alma  hallarından  başqa  hor  hansı  bir  şoxsin  axtarışı  vo 

şoxsi  müayinosi,  onun  toxunulmazlığı  hüququnu  pozan  digor 

prosessual  horokotlor  bu  şoxsin  vo  ya  onun  qanuni 

nümayondosinin iradəsi olehino aparıla bilmoz. 

Cinayət təqibi gedişimlə iişağıdakılar qadağandır: işgəncələr 

vermək,  fiziki  və  psixi  zorakılıqdan,  o  cümlədən  tibbi 

preparatlardan  istifadə  etmək,  aclığa,  hipnoza  mə'ruz  qoymaq, 

tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri- insani və ya 

ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək

uzun  sürən  və  ya  kəskin  fiziki  iztirabla,  yaxud  səhhətin 

müvəqqəti pozulması ilə müşaiət olunan eksperimentlərdə və ya 

digər  prosessual  hərəkətlərdə  iştiraka  cəlb  etmək,  habelə  buna 

bənzər hər hansı digər sınaqlar keçirmək; 

zərər  çəkmiş,  şübhəli  və  ya  təqsirləndirilən  şəxslərdən, 

habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, 

hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair 

qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq. (CPM, m. 15). 

Şəxsi  toxunulmazlıq  həm  də  qanunla  nəzərdə  tutulmuş 

qaydada  tutulma,  həbsəalma  və  ya  azadlıqdan  məhrumetmə 

deməkdir.  Bu  qayda  insanın  azadlıqdan  məhrum  olunmasının 

qanuni və əsaslı olmasına zəmanət verən təminatlardan ibarətdir. 

Yəni belə hərəkətlər, yalnız məhkəmənin nəzarəti altında edilə 

bilər.  Konstitusiyanın  67-ci  maddəsinə  görə:  «Səlahiyyətli 

dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində 

ittiham  etdiyi  hər  bir  şəxsə  dərhal  onun  hüquqları  bildirilir  və 

tutulmasının,  həbsə  alınmasının  və  cinayət  məsuliyyətinə  cəlb 

edilməsinin səbəbləri izah edilir.» 

Bundan  başqa,  məhkum  olımmuş  şəxsin  özünün  əfv 

edilməsi  və  cəzasının  yüngülləşdirilməsi  haqqında  müraciət 

etmək hüququ vardır. 

İkinci qrupu insanın şəxsi həyatının toxunulmazlığını təmin 

edən əlavə vasitələr təşkil edir. Konstitusiyanın 32-ci maddə- 

^=====_ 39 

 ........   .......  ■ 




sində  hər  kəsin  şəxsi  toxiınulniazlıq  hüququ,  şəxsi  və  ailə 

həyatının  sirrini  saxlamaq  hüququ  təsbit  olunmuşdur. 

Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə 

etmək qadağan edilmişdir. Öz razılığı olmadan kimsənin şəxsi 

həyatı  haqqında  məlumatın  toplanılmasına,  saxlanılmasına, 

istifadəsinə və yayılmasına yol verilmir. 

Bunlardan  əlavə,  həmin  maddədə  hər  kəsin  yazışma, 



telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə 

ötürülən  məlumatın  sirrini  saxlamaq  hüququna  dövlət 

tərəfindən  təminat  verilməsi  vurğulanmışdır.  Bu  hüquq 

yalnız  qanunla  nəzərdə  tutulmuş  qaydada  cinayətin  qarşısını 

almaqdan  və  ya  cinayət  işinin  istintaqı  zamanı  həqiqəti  üzə 

çıxarmaqdan ötrü məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər. 

Bu  o  deməkdir  ki,  cinayətin  qarşısının  alınması  və  ya 

cinayət  işinin  istintaqı  zamanı  həqiqəti  üzə  çıxarmaqdan  ötrü 

insanın  şəxsi  həyatına  müdaxilə  etmək  olar,  lakin  bu  halda 

özbaşınalıqdan  təminat  verən  xüsusi  qaydalara  riayət 

olunmalıdır,  yəni  məhkəmənin  müvafiq  qərarı  alınmalıdır.  Bu 

qaydalar 

Cinayət-Prosessual 

Məcəlləsində 

(m. 

199), 


«Əməliyyat-axtarış  fəaliyyəti  haqqında»,  «Polis  haqqında» 

Qanunlarda,  habelə  hüquq  mühafizə  fəaliyyətini  tənzimləyən 

digər normativ-hüquqi aktlarda dəqiqləşdirilmişdir. 

Üçüncü  qrupa  mənzil  toxunulmazlığına  təminat  verən 

hüquqi vasitələr aiddir. 

Konstitusiyanın  33-cü  maddəsində  hər  kəsin  mənzil 

toxunulmazlığı  hüququ  boyan  edilir.  Qanunla  müəyyən 

edilmiş hallar və  ya məhkəmə qərarı istisna olmaqla mənzildə 

yaşayanların iradəsi ziddinə heç kəs oraya daxil ola bilməz. Bu o 

deməkdir  ki,  heç  kim,  hətta  hüquq  mühafizə  orqanlarının 

vəzifəli şəxsləri özbaşına, mənzildə yaşayanların iradəsinə zidd 

olaraq, o cümlədən cinayətin açılması və istintaqı ilə əlaqədar, 

mənzilə daxil olub orada hansısa hərəkətlər edə bilməz. Bunun 

üçün məhkəmənin qərarı olmalıdır. 

Qanunda yalnız təxirə salınması mümkün olmayan hallarda 

bu qaydalardan istisna nəzərdə tutulmuşdur. Bu halda 



—.......  ......  



40

 

— 

■- 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə