Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə10/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   6   7   8   9   10   11   12   13   ...   198

III

 

FƏSİL 

Ə

dal

ə

t mühakim

ə

sinin prinsipl

ə

ri 

3.1.


 

Ədabt mühakiınəsiııiıı prinsipləri (demokratik əsasları): 

anlayışı və əhəmiyyəti 

Ədalət  mühakiməsinin  prinsipləri  (demokratik  əsasları) 

dövlət  fəaliyyətinin  bu  növünün  ən  vacib  tələblərini  müəyyən 

edən,  ümumi,  rəhbər,  ilkin  əsaslarıdır.  Bu  prinsiplər  ədalət 

mühakiməsinin  təşkili  və  həyata  keçirilməsinin  bütün 

məsələlərinin  həlli,  onun  dövlət  mexanizmində  və  cəmiyyətin 

siyasi  sistemində  rolunun  və  yerinin  müəyyən  edilməsi  üçün 

əsasdır. 

Prinsiplər  ədalət  mühakiməsini  tənzimləyən  bütün  hüquqi 

göstərişlərin təməlidir. Bu göstərişlər prinsiplərə ziddiyyət təşkil 

edə  bilməz,  çünki  prinsiplər  ən  yüksək  hüquqi  qüvvəsi  olan 

normativ  aktlarda  əks  olunur  -  Azərbaycan  Respublikasının 

Konstitusiyasında, 

konstitusiya 

qanunlarında 

və 


digər 

qanunlarda. Onlar isə öz mənbəyini Dövlət müstəqilliyi haqqında 

Konstitusiya  aktından,  İnsan  Hüquqlarına  dair  Ümumi 

Bəyannamədən və digər beynəlxalq normativ aktlardan götürür. 

Konkret  qanunvericilik  göstərişlərindən  fərqli  olaraq 

prinsiplərin xüsusiyyəti həm də ondadır ki, onlar tək vətəndaşlar, 

vəzifəli şəxslər və qanunları icra edən orqanlar üçün deyil, həm 

də  qanunvericilik  orqanları  üçün  məcburidir.  Qanunverici 

orqanlar  qanunları  qəbul  edərkən  və  ya  onlara  dəyişikliklər 

edərkən bu və ya digər sahədə, o cümlədən ədalət mühakiməsinin 

təşkili və fəaliyyəti sahəsində mövcud olan demokratik tələbləri 

və ya əməlləri nəzərə almalıdır. 

Cinayət-Prosessual  Məcəlləsi  ilə  müəyyən  edilmiş  hallarda 

cinayət prosesi prinsiplərinin pozulması cinayət təqibi uzrə başa 

çatmış icraatın e'tibarsız sayılmasına, onun gedi- 

 .......................... = 

32

 ■■ ■■ 

—. 

■ = 



şində  qəbul  edilmiş  qərarların  ləğvinə,  yaxud  toplanmış 

materialların  sübutedici  qüvvəsinin  olmaması  qənaətinə 

gəlməsinə səbəb ola bilər. (CPM, m. 9). 

Bu prinsiplər ilk növbədə ədalət mühakiməsinin inkişafı və 

təkamülü  təcrübəsindən  yaranmışdır.  Onlar  həm  də  müəyyən 

hədlərdə  digər  dövlətlərin,  o  cümlədən  beynəlxalq  əməkdaşlıq 

təcrübəsindən,  məsələn  İnsan  Hüquqlarmm  və  Azadlıqlarının 

Müdafiəsi haqqında Avropa Konvensiyasından, Mülki və Siyasi 

Hüquqlar haqqında Beynəlxalq Paktdan və s. irəli gəlir. 

Prinsiplərin  xüsusiyyətlərindən  biri  də  onların  nisbi 

sabitliyidir.  Konkret  hüquqi  göstərişlərdən  (o  cümlədən 

qanunlarda əks olunmuş) fərqli olaraq onlar çətin dəyişilə bilər. 

Bu  onunla  izah  edilir  ki,  onlar  yuxarıda  qeyd  olunduğu  kimi 

əsasən  Azərbaycan  Respublikasının  Konstitusiyasında  və 

beynəlxalq  müqavilələrdə  müəyyən  edilir.  Belə  aktlara 

dəyişikliklərin  edilməsi  qanunlara dəyişikliklərin  edilməsindən 

daha mürəkkəbdir (referendum yolu ilə mümkündür). 

Ədalət mühakiməsi prinsiplərinin sabitliyi hüquq-mühafizə 

fəaliyyətinin  bu  istiqamətini  təsadüfi  və  düşünülməmiş 

«yeniliklərdən» qoruyan əsas amillərdir. 



3.2.

 

Ədalət nıülıakinıəsiııhı yalnız məhkəmələr tərəfindən 

həyata keçirilməsi prinsipi 

Yuxarıda  qeyd  olunduğu  kimi.  Konstitusiyanın  125-ci 

maddəsinə  əsasən  ədalət  mühakiməsini  yalnız  məhkəmələr 

həyata keçirir. 

Cinayət  işlərinə  aid  olduqda  bu  prinsip  Konstitusiyanın 

63-cü maddəsində və CPM-də (m. 21) belə dəqiqləşdirilir: 

«Məhkəmənin  hökmü  olmasa  kimsə  cinayətdə  təqsirli  sayıla 

bilməz».  Bu  o  deməkdir  ki,  yalnız  qanunun  göstərişlərinə 

müvafiq  hərəkət  edən,  məhkəmə  sisteminə  daxil  olan 

səlahiyyətli 

■ 



33



 — 

 ..........  

........  



məhkəmo hansısa şəxsi təqsirli saya və ona cinayət cəzası təyin 

edə bilər. 

Ədalət  mühakiməsini  həyata  keçirən  orqanların  dairəsi 

Konstitusiyada  və  «Məhkəmələr  və  hakimlər  haqqında» 

Qanunda dəqiq müəyyən edilmişdir. 

Beləliklə, ədalət mühakiməsinin həyata keçirilməsini dövlət 

yalnız  xüsusi səlahiyyətli  orqanlara,  yəni  məhkəmələrə  etimad 

edir.  Heç  bir  başqa  orqanlar  göstərilən  fəaliyyətlə  məşğul  ola 

bilməzlər. 

Fövqəladə  məhkəmələr  yaratmaq  və  ya  məhkəmənin 

səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir və Azərbaycan 

Respublikasının 

qanunvericiliyi 

ilə 


müəyyən 

edilmiş 


məsuliyyətə  səbəb  olur.  Fövqəladə  məhkəmələrin  və  digər 

qanunsuz  yaradılmış  məhkəmələrin  hökm  və  digər  aktlarının 

hüquqi qüvvəsi yoxdur və icra edilməməlidir. (CPM, m. 23). 

Ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata 

keçirilməsi  onu  da  nəzərdə  tutur  ki,  ədalət  mühakiməsinin 

aktları  (hökmlər  və  digər  məhkəmə  qərarları)  qüvvəyə 

mindikdən  sonra  mütləq  həyata  keçirilməlidir.  Onları 

qüvvədən salmağa və ya dəyişməyə, vətəndaşların hüquqlarını, 

habelə  cəmiyyətin  və  dövlətin  qanuni  mənafelərini  qoruyan 

ciddi prosesual qayda və təminatlara riayət etməklə yalnız yuxarı 

məhkəmə orqanlarının hüququ vardır. 

İlk dəfə bu prinsip 50-60-cı illərdə gedən məhkəmə- hüquq 

islahatı  zamanı  qanunvericilikdə  öz  əksini  tapdı.  Buna  səbəb 

20-40-cı  illərdə  və  50-ci  illərin  əvvəlində  günahı  olmayan 

şəxslərə qarşı çoxlu repressiyaların tətbiqetmə faktlarının aşkara 

çıxarılması oldu. Çox halda bunlar məhkəmələr tərəfindən deyil, 

xüsusi  iclaslar,  «üçlüklər»  və  s.  tərəfindən  və  qeyri-məhkəmə 

qaydasında  törədilirdi.  Bu  şəraitdə  qəbul  olunan  qərarların 

ədalətli və qanuna uyğun olmasından heç söhbət ola bilməzdi. 

Belə təcrübəyə son qoymaq üçün ədalət mühakiməsinin yalnız 

məhkəmələr tərəfindən həyata keçirilməsi prinsipi elan olundu. 



34

 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə