Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə7/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   2   3   4   5   6   7   8   9   10   ...   198

likclir. Mülki işo baxan mohkomonin zalında qaydanı pozan VD 

hakimin goslorişİDrino labe olmayan ijoxs corimo oluna bilor. 

Mohkomonin  çağırışına  görə  cinayət  işi  üzrə  məhkəməyə 

gəlməkdən  boyun  qaçıran  şəxsə  qarşı  təsirli  ölçülər  götürülür. 

Qanun icazə verir ki, belə şəxslər məhkəmənin qərarına əsasən 

məcburi  gətirilsinlər  (cinayətin  törədilməsində  təqsirləndirilən 

şəxs, zərərçəkən, şahidlər və s.). 

Məhkəmənin göstərişlərinə hörmətlə  yanaşmayanlara qarşı 

başqa təsiretmə tədbirləri (cinayət cəzası daxil olmaqla) nəzərdə 

tutulur. 

Məhkəmə  səlahiyyətlərinin  geniş  dairəsi  onu  göstərir  ki, 

məhkəmə  hakimiyyəti  çox  vacib  və  məsuliyyətli  sosial 



funksiyanı yerinə yetirir. 

Yaxın  keçmişdə  yuxanda  sadalanan  səlahiyyətlərin  çoxu 

məhkəmələrdə  yox  idi.  Məsələn,  konstitusiya  nəzarəti,  dövlət 

orqanlarının  vəzifəli  şəxslərinin  hərəkətlərinin  və  qərarlarının 

əsaslı və qanuna uyğun olmasının yoxlanması ilə sovet dövründə 

məhkəmələr məşğul olmurdu. Onları, əsasən, mülki və cinayət 

işlərinə  baxan  orqanlar  kimi  qəbul  edirdilər.  Çox  az  hallarda 

məhkəmələr həm də inzibati xətalar haqqında işlərə və bəzi icra 

orqanlarının vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətləri barədə 

şikayətlərə baxırdı. 

8Ü-90-C1 

illərdə artıq belə bir fikir formalaşmağa başladı ki, 

hüquqi  dövləti  mükəmməl  məhkəmə  hakimiyyəti  olmadan 

qurmaq  mümkün  deyil.  Onda  məhkəmələrin  nüfuzunun 

artmasına  yönəlmiş  konkret  tədbirlərin  görülməsi  zərurəti 

yarandı.  Bu həm  məhkəmə korpusunun formalaşması və seçki 

qaydasının  təkmilləşdirilməsində,  onun  müstəqilliyi  üçün 

şəraitin  yaradılmasında,  maddi  təminatının  yüksəldilməsində, 

məhkəməyə  hörmətsizliyə  görə  məsuliyyətin  müəyyən 

edilməsində, 

həm 

də 


məhkəmənin 

səlahiyyətlərinin 

genişləndirilməsində  öz  əksini  tapdı.  Belə  ki,  vətəndaşların 

konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırma təhlükəsi 

olduğu hallarda məhkəmələrə hüquq mühafizə 

._ 

. - 



23

 = 

■ 

■ ■ 

■- 




orqanlarının  horokollərinin  əsaslı  və  qanunauyğun  olmasına 

nəzarət  etmək  hüququ  verilmişdir.  İndiki  dövrdə  yalnız 

məhkəmələr  (mülki  və  hərbi)  vətəndaşların  yazışma,  telefon 

danışıqları,  poçt,  teleqraf  və  digər  göndərişlərinin  sirrinin 

qorunması, 

mənzil 


toxunulmazlığı 

hüquqlarının 

məhdudlaşdırılması  ilə  bağlı  məsələlər  barədə  qərar  çıxara 

bilərlər. 



2.3.

 

Məhkoınəııiıı bütün konstitusiya hüquq və 

azadlıqlarının təminatçısı kimi rolu 

Məhkəmənin 

bütün 

konstitusiya 

hüquq 

və 

azadlıqlarının təminatçısı rolu Azərbaycan Respnblikasıınn 

Konstitusiyasının  müddəalarına  əsaslanır.  Konstitusiyanın 

71-ci maddəsində 

insan  və  vətəndaş  hüquqlarına  və  azadlıqlarına  aşağıdakı 

təminatlar verilir; 

«Konstitusiyada  təsbit  edilmiş  insan  və  vətəndaş 

hüquqlarını  və  azadlıqlarını  gözləmək  və  qorumaq 

qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının 

borcudur.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının 

həyata  keçirilməsini  heç  kəs  məhdudlaşdıra  bilməz.  Yalnız 

müharibə,  hərbi  vəziyyət  və  fövqəladə  vəziyyət,  habelə 

.səfərbərlik  elan  edilərkən  insan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının  həyala  keçirilməsi  Azərbaycan  Respublikasının 

beynəlxalq  öhdəliklərini  nəzərə  almaq  şərtilə  qismən  və 

müvəqqəti 

məhdudlaşdırıla 

bilər. 

Həyata 


keçirilməsi 

məhdudla.şdırılan  hüquq  və  azadlıqlar  haqqında  əhaliyə 

qabaqcadan məlumat verilir. 

Bu  Konstitusiyanın  heç  bir  müddəası  insan  və  vətəndaş 

hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi 

təsvir  edilə  bilməz.  İnsan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr 

həll  edir.  Heç  kəs  törədildiyi  zaman  hüquq  pozuntusu 

sayılmayan  əmələ  görə  məsuliyyət  daşımır.  Hüquq  pozuntusu 

törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə 







24

 ■ 

=: 

:■ =rr. = 

:■ 




görə mosııliyyDt aradan qaldırılmışsa vo 

ya 


yüngülləşdirilmişsə, yeni 

qanun lətbiq edilir». 

Bundan başqa Konstitusiyanın 60, 61, 62, 64, 65, 66, 67 və 



68-ci  ınaddələrində  vətəndaşların  məlikəmə  hakimiyyəti 

tərəlındən  gözlənilən  və  qorunan  hüquqları  təsbit 

olunmuşdur. 

Belə  ki,  həmin  maddələrdə  hər  kəsin  hüquq  və 



azadlıqlarının  məhkəmədə  müdanəsinə  təminat  verilir;  hər 

kəsin  dövlət  orqanlarının,  siyasi  partiyaların,  həmkarlar 

ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar 

və  hərəkətlərindən  (yaxud  hərəkətsizliyindən)  məhkəməyə 

şikayət etmək hüququ təsbit olunur. 

Bunlardan  başqa,  göstərilən  maddələrdə  hər  bir  kəsin 



yüksək keyfiyyətli hüquqi yardım alınaq hüququ, hər kəsin 

onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması 

hüququ,  şəxsin  razılığı  olmadan  onun  işinə  başqa 

məhkəmədə baxılmasına yol verilməməsi barədə müddəalar 

əks olunmuşdur. 

63-cü  maddədə  hər  kəsin  təqsirsizlik  prezumpsiyası 

hüququ  təsbit  olunmuşdur.  Belə  ki,  cinayətin  törədilməsində 

təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan 

qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni 

qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin 

hökmü  olmasa,  kimsə  cinayətdə  təqsirli  sayıla  bilməz.  Ədalət 

mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş 

sübutlardan istifadə oluna bilməz. 

Digər  maddələrdə heç  kəsin bir cinayətə görə təkrarən 

məhkum  edilə  bilməməsi  barədə  müddəalar,  şəxsin 

məhkəməyə təkrar müraciət hüququna təminat verilir. Belə 

ki,  məhkəmənin  məhkum  etdiyi  hər  bir  şəxsin  öz  barəsində 

çıxarılan  hökmə  qanunla  nəzərdə  tutulan  qaydada  yuxarı 

məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və 

cəzasının  yüngülləşdirilməsi  haqqında  müraciət  etmək  hüququ 

vardır. 


66-cı  maddəyə görə, «Heç kəs özünə,  arvadına (ərinə), 

övladlarına,  valideynlərinə,  qardaşına,  bacısına  qarşı  ifadə 

verməyə məcbur edilə bilməz». Tutulan, həbsə alınan və 



25

 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə