Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə29/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   25   26   27   28   29   30   31   32   ...   198

Nazirliyinin  topladığı  vo  Məhkomo-Hüquq  Şurasına  toqdim 

eldiyi  məlumatlar  nəzərə  alınır.  Hakimlərin  fəaliyyəti 

qiymətləndirilərkən  Məhkəmə-Hüquq  Şurasının  ayrı-ayrı 

üzvlərinin  malik  olduqları  məlumatlardan  istifadə  oluna  bilər. 

Hakimlərin  fəaliyyətinin  qiymətləndirilməsinin  qaydaları  və 

metodologiyası  Məhkəmə-Hüquq  Şurası  tərəfindən  müəyyən 

edilir. 

Məhkəmə-Hüquq  Şurası  hakim  vəzifəsinə  namizədlərin 

seçkisini  həyata  keçirmək  məqsədi  ilə  II  nəfərlik  tərkibdə 

Hakimlərin  Seçki  Komitəsini  Ali  Məhkəmənin  iki  hakimindən, 

Apellyasiya 

Məhkəməsinin 

iki 

hakimindən, 



İqtisad 

Məhkəməsinin  hakimindən,  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məhkəməsinin hakimindən, Məhkəmə-Hüquq Şurası Aparatının 

nümayəndəsindən,  Ədliyyə  Nazirliyinin  nümayəndəsindən, 

Respublika 

Prokurorluğunun  nümayəndəsindən,  Vəkillər 

Kollegiyasının  üzvündən,  hüquqşünas  alimdən  formalaşdırır. 

Məhkəmə-Hüquq Şurasının üzvü eyni zamanda Hakimlərin Seçki 

Komitəsinin üzvü ola bilməz. 

Hakimlərin  Seçki  Komitəsi  vakant  hakim  vəzifələrini 

tutmaq istəyən hakim olmayan şəxslərin sənədlərini toplayır, bu 

şəxslərlə hakim peşəsinə yiyələnmək məqsədi ilə tədris kurslarına 

qəbul edilmək üçün şəffaf surətdə yazılı və şifahi imtahan təşkil 

edir,  hakim  vəzifəsinə  namizədləri  ilkin  uzunmüddətli  tədris 

kurslarına cəlb edir, müsahibə yolu ilə onların peşə yararlılığmı 

müəyyən edir. 

Hakimlərin  Seçki  Komitəsinin  qərarlarından  Məhkəmə- 

Hüquq Şurasına şikayət verilə bilər. Hakimlərin Seçki Komitəsi 

ilkin uzunmüddətli tədris kurslarını müvəffəqiyyətlə bitirmiş və 

yekun  müsahibədən  keçmiş  hər  bir  namizəd  barəsində 

Məhkəmə-Hüquq  Şurasına  öz  təkliflərini  təqdim  edir. 

Məhkəmə-Hüquq  Şurası  hakim  vəzifəsinə  seçilmiş  namizəd 

barəsində  Hakimlərin  Seçki  Komitəsinin  təklifinə  baxır,  hakim 

vəzifəsinə  namizədin  seçilməsində  qanunvericiliyin  və 

Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamənin tələblə- 

=■■■■■ 



' = 

89

 




rinin pozulub-pozulmamasını mlbyyon edir və hakim vəzifəsini 

tutmaq üçün müəyyən etdiyi minimum və daha çox bal toplamış 

namizədin  vakant  hakim  vəzifələrindən  birinə  təyin  edilməsi 

barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir. 

Məhkəmə-Hüquq  Şurası  baxılan  məsələlər  üzrə  qərarlar 

qəbul  edir.  Məhkəmə-Hüquq  Şurasının  qərarları  açıq  səsvermə 

yolu  ilə,  bu  qanunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla 

iclasda  iştirak  edən  şura  üzvlərinin  sadə  səs  çoxluğu  ilə  qəbul 

olunur. Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edən axırıncı 

səs verir. 

İntizam  icraatı  üzrə  qərar  qəbul  edilərkən  səsvermədə 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  sədri  və  məruzəçi 

hakim istisna olmaqla Məhkəmə-Hüquq Şurasının yalnız hakim 

üzvləri iştirak edirlər. Hakim barəsində cinayət təqibinin həyata 

keçirilməsinə  razılıq  verilməsi  barədə  Baş  prokurorun 

təqdimatının  təmin  və  ya  rədd  edilməsi  haqqında  qərar  qəbul 

edilərkən sə.svermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim 

üzvləri iştirak edirlər. Məhkəmə-Hüquq Şurasının bu məsələ üzrə 

qəbul  edilən  qərarı  qətidir.  Məhkəmə-Hüquq  Şurası  üzvünün 

xüsusi  rəyi  olduqda  həmin  rəy  qərara  əlavə  edilir. 

Məhkəmə-Hüquq  Şurasının  intizam  icraatı  üzrə  qərarları 

qüvvəyə mindikdən sonra bir ay ərzində dərc edilir. 

Hakim  və  ya  hakim  vəzifəsinə  namizəd  Məhkəmə 

Hüquq-Şurası  tərəfindən  onun  barəsində  qəbul  edilmiş 

qərarlardan, o cümlədən intizam icraatı üzrə qərarlardan on gün 

müddətində  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

Plenumuna  hüquqi  məsələlər  üzrə  qanunvericiliyin  tətbiqinin 

düzgünlüyünə dair şikayət verə bilər. Plenum bir ay müddətində 

şikayətə  baxıb  Məhkəmə-Hüquq  Şurasının  qərarını  qüvvədə 

saxlayır,  ləğv  edir  və  ya  ona  dəyişikliklər  edir  və  öz  qərarını 

Məhkəmə-Hüquq Şurasına təqdim edir. 

Plenumunun qərarı qətidir. 





- .......  - ■ 

90 

■■

 = 


4.7.

 

Hakimlərin hüquq və vəzifələri 

Ədaləl  mühakiməsinin  həyata  keçirilməsi  üçün  hakimlər 

Azərbaycan  Respublikası  Konstitusiyası,  «Məhkəmələr  və 

hakimlər  haqqında»  Qanunla  müəyyən  edilmiş  səlahiyyətlərə 

malikdirlər. 

Hakimlər  müstəqillik,  dəyişməzlik,  toxunulmazlıq,  öz 

mənafelərini təmsil edən təşkilatlarda birləşmək, eləcə də dövlət 

tərəfindən təhlükəsizliyinin, mülkiyyətinin qorunması və sosial 

müdafiə hüquqlarına malikdirlər. 



Hakimlər həmçinin aşağıdakı hüquqlara malikdirlər: 

qanunla üzərilərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi 

ilə  əlaqədar  öz  sərəncamlarının  yerinə  yetirilməsini  vəzifəli 

şəxslərdən, fiziki və hüquqi şəxslərdən tələb etmək

qanun  pozuntularının  törədilməsinə  kömək  göstərən  səbəb 

və  şəraitin  aradan  qaldırılması  haqqında  dövlət  orqanlarına, 

digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək; 

ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  əlaqədar 

vəzifəli və digər şəxslərdən məlumatlar almaq

intizam  məsuliyyətinə  cəlb  edilməsi  ilə  əlaqədar  şikayət 

vermək; 

öz xahişi ilə tutduğu vəzifədən azad olunması barədə ərizə 

vermək. 

Hakimlər 

Azərbaycan 

Respublikasının 

prosessual 

qanunvericiliyində  nəzərdə  tutulmuş  digər  hüquqlara  da 

malikdirlər. 

Dövlət  orqanları,  idarə,  müəssisə  və  təşkilatlar,  hüquqi 

şəxslər, habelə vəzifəli şəxslər hakimlərin ədalət mühakiməsinin 

həyata keçirilməsi ilə bağlı tələblərini və sərəncamlarını yerinə 

yetirməyə  borcludurlar.  Bu  tələb  və  sərəncamların  yerinə 

yetirilməməsi  qanunvericilikdə  nəzərdə  tutulmuş  məsuliyyətə 

səbəb olur. 







91 

■ - ■ 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə