Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə186/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   182   183   184   185   186   187   188   189   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

olduğuna  belə  inanmırıq.  Amma  bizim  eranın  başlanğı-



cında  artıq  azərbaycan  türkcəsi  ən  azından  bütün 

Qafqazda ana dili səviyyəsindəydi. Kəndlər-kəsəklər, ellər-

obalar  türkcə  səslənirdi.  Midiya-Maday  kimi  qüdrətli  bir 

dövlət  demək  olar  ki,  elə  öz  əli,  öz  qılıncıyla  doğranıb 

Nineva  atlarına  baxan  mehdərlərin  əlinə  keçmişdi.  Min 

ildi...  yəni  bizim  eradan  əvvəl  V  əsrdən  min  il  keçmişdi, 

amma  istilalara,  qarətlərə,  dağıntılara,  baxmayaraq 

Midiya dövləti tarixi fakt kimi hələ də aradaydı; yəni, özü 

çöksə  də,  yaratdıqları  qalıb  yaşayırdı,  -  tərbiyələrə, 

müxtəlif  xalqların  milli  əxlaqınacan  təsir  edib  onu 

dəyişdirirdi;  tikililəri,  qalaları  yaşayırdı,  Qğuz-Quz-Kas-Qız 

adında  əbədi,  pozulmaz,  əvəzedilməz  varlığı-görkəmiylə 

anlayanlara    hələ  də  ozünü  olduğu  kimi  təqdim  edirdi, 

indi də etməkdədir. Şumerdən üzü bu yana yuxarıda adını 

çəkdiyim  dövlətlərimizin  mahiyyətini  özündə  saxlayan  və 

ehtiva edən qüdrətli, möhtəşəm Midiya elə belə yox olub 

getməzdi;  düşüncələrdə,  yaddaşlarda  özündən  asılı 

olmadan mənimsədiyi, özününküləşdirdiyi başqa xalqların 

belə  yaşam  tərzində  hələ  də  vardı,  dağların,  daşların, 

yerlərin,  yurdların  adında  yaşamaqdaydı.  Midiya 

mağlarının-kahinlərinin 

yaratdıqları 

ayinlər 

əslində 


dəyişməmişdi,  sazın  ruhunda  el-el,  oba-oba  dolaşırdı, 

şaman,  qam,  ozan,  varsaq,  yanşaq,  aşıq  adında  ruhları 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dindirirdi.  Muğamlarımız  Maday  kahinlərinin  yaratdıqları 



Tanrı  əsərləriydi,  belə  anlaşıqlı,  bu  cür  içəbağlılığı  da, 

qaibanəliyi  də  ona  görədi...İndi  XX1yüzilliyin  bu 

məssəbsizliyində muğamlarımızın adına moltanıca, farsca 

nə  gəldi  dediyimizə  baxmayaq,  hamısı  ruhumuzun  minil-

liklərdən  qalma  səslənməsidir.  Əlbəttə  bu  şəkildə, 

mənimdi,  deməklə  deyil.  Amma  faktdır  ki,  bu  Tanrı 

əsərlərinin  tamını-bütövünü  biz  bilirik,  bizim  onu 

yaratdığımızı,  başqalarınınsa  ancaq  öyrənə  bidiyini  sübut 

etmək  olar.  Başqa  xalqlarda  bu  dahiyanə  əsərlər  öz 

dəstgahı-tapşırmasıyla 

deyil, 

parçalar, 



fraqmentlər 

şəkilində yaşayır. Bizim üçünsə bütün dövrlərdə hər hansı 

bir  muğam  əsərinin  elə  belə,  necə  gəldi  yox,    sözün  əsl 

mənasında sirri-sehriylə ifa olunması təbiyət hadisəsi kimi 

təsirli olub... Sadəcə, indi bizim özümüzün öz yaratdıqları-

mızdan  xəbərimiz  yoxdur...olanlarımızın  da  əsl  mənasnı 

itirmişik...  Biz  indi  bilmirik  ki,  ayrı-ayrı  saz  havalarımız, 

muğamlarımız  da  abidələrimizdir;  Kas-Quz-Qız,  Koroğlu 

qalaları kimi, suyu, torpağı, işığı, havası kimi, yüz illiklərdir 

başqalarının  ola  bilməyən  yurdlarımız  kimidirlər...  Neçə 

yüz  illərdir  Sibir  rusun  ola  bilmir,  daha  doğrusu,  rus 

siyasəti  Sibiri  özünə  oxşada  bilmir,  ayıq,  sağlam  heç  nə 

qalmasa  belə  Sibir  elə  Sibirdir...  Yaxın  tariximizə  baxın, 

yüz  illərdir  Rusiya  dövlətinin  müstəmləkəçilik  siyasəti 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

cənublu şimallı Qafqazın başına nə oyunlar açdı, yenə heç 



nə edə bilmədi. Bəlkə də yaxşısı budur, çünki Yaradan nə 

yaratdığının  fərqindədir.  Təbiətin  də  üzü  yaratdıqlarına 

görə gülür... 

Amma biz minilliklər boyu yaratdıqlarımızın çox vaxt 

mənasını    anlamadığımızdan  onu  qorumaq  haqda  

düşünməmişik.  Çünki  su  kimi  yatağından  çıxıb  gerçəkləri 

ifadə etməkdən uzaqlaşan TARİX  artıq siyasiləşib siyasətə 

qulluq etməyə başlamışdı...Bir şeyi dəqiq anladıq, gec də 

olsa  əmin olduq  ki,  siyasətsiz heç  nə  yoxmuş,  anladıq  ki, 

hər şeyin, ən kiçik hadisənin belə siyasi məntiqi, düşüncəsi 

var. Nəinki  hər hansı bir xalqın,  adicə bir ailənin, bir evin 

də öz siyasəti mövcudmuş.  

Səhv etmirəmsə siyasət sözü ərəb sözü olub quruluş 

mənasına yaxındır. Siyasət-siyasi düşüncə həm qura bilər, 

həm  yıxa  bilər.  Uğurlar  da,  uğursuzluqlar  da,  savaş  da, 

barışıq  da  siyasi  bacarıqdan,  siyasi  anlamdan  asılıdır. 

Baxmayaraq,  bir  çox  yazıçılarımızdan  soruşsan,  deyər,  -

yox,  mən  siyasi  əsər  yazmıram  və  yazmamışam.  Amma 

mən  düşünürəm  ki,  siyasətdən  uzaq  heç  nə  yoxdur,  bir 

cümlənin  belə  əsaslandığı  siyasət  var.    Dediyimiz  sözün 

canı elə onun siyasətidir.  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Fikrimi  davam  etdirib  onu  da  deyə  bilərəm  ki,  zəif 



əsərlər də ona görə zəifdir ki, siyasi məntiqi səviyyəsizdir. 

Obyektiv deyil, haqqı arada görmür, gerçəkdən uzaqdır... 

 

Kirpiylə Dovşanın yarışması... 

 

Günlərin birində kirpi dovşana deyir, gəl ötüşək, kim 

mənzil  başına  tez  çatsa  uduzan  gündə  iki  kərə  yeməyini 

ona  versin.  Dovşan  sevindiyindən  əlini-əlinə  sürtüb 

razılaşır,  ötüşürlər.  Dovşan  bir,  deyəndə  mənzil  başına 

çatır,  görür  ki,  kirpi  ordadı.  Məətəl  qalır,  çığır-bağır  salıb 

bir də ötüşək deyir. Ötüşürlər, dovşan bu dəfə daha bərk 

qaçır,  gedir  görür  ki,  kirpi  yenə  mənzil  başındadı,  onu 

gözləyir.  Bu  minvalla  dovşan  nə  qədər  qaçdısa  kirpini 

mənzil  başında  gördü.  Belə  də  olacaqdı;  çünki  kirpi 



oynaşını  mənzil  başına  qoymuşdu,  hərəsi  mənzilin  bir 

başındaydı. 

Bu məsəldən sonra erməni hərəkatına diqqət edək... 

Fikir  verin,  tarixdə  “erməni  məsələsi”  kimlərə  lazım 

olub.  Bu  məsələ  zaman-zaman  niyə  ortalıqdadır  və  niyə 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə