Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə187/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   183   184   185   186   187   188   189   190   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

aradan  çıxmır?  Daha  doğrusu,  erməniləri  hansı  siyasi 



meydanlarda  oynadıblar  və  oynadırlar.  Rus  imperiyası  öz 

işğalçı  məqsədləri  üçün  ermənilərdən  niyə  istifadə  edib, 

niyə  indi  də  öz  oyunlarından  əl  çəkmir.  Artıq  bu  suallar 

gizlində  deyil,  cavabı  da  bütün  aydınlığıyla  üzdədir. 

Məsələ burasındadır  ki, kim  onu necə  anlayır...Təxminən 

iki  yüz  il  öncə  rus  dövləti  erməniləri  niyə  Qarabağa 

yerləşdirdi,  bu  bicliyi  –  bu  siyasi  uzaqgörənliyi  anlaya 

bildikmi. Anlaya bilsəydik, altını, ağrısını çəkməzdik. 

Düşünək...  Niyə  biz?  Niyə  İrandan,  Turandan 

erməniləri  bizim  torpaqlara-yurdlara  köçürdülər?  Niyə 

ancaq  bizim  torpaqların  hesabına  Ermənistan  dövləti 

quruldu.  “Zəncir  zəif  halqasndan  qırılar”,  biz  bu  oyunları 

zamanında  anlaya  bilmədik,  milli  təəsübkeşliyimizin 

zəifliyindən  üstümüzə  atılan  addımların  heç  birinə  ağılla 

cavab  verə  bilmədik.  Xalqın  öz  diliylə  deyək:“Ac  başım, 

salamat başım”, “azacıq aşım, ağrımaz başım”, ona görə 

də  “mənnən  ötdü,  qardaşıma  dəydi”...  Osmanlı  dövləti 

səviyyəsində də bu məsələyə düzgün yanaşılmadı. İranda 

Qacarlar  sülaləsi  hakimiyyətdəydi,  Çar  Rusiyasının  atdığı 

siyasi  addımların  güddüyü  məqsədi  düzgün  qiymət-

ləndirmədilər... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qafqazı  Türkiyənin  təsirindən  qurtarmaq,  onsuz  da 



xanlıqlara  bölünmüş  Azərbaycanı  parçalamaq,  özünün 

nəhəng  ayaqlarını  qoymaq  üçün  yer  açmaq  lazım  idi 

Rusiyaya 

ki, 


ermənilərin 

vasitəçiliyiylə 

bu 

işi 


gördü...Ermənilərin  bu  yerlərə  köçürülməsi  Rusiya  üçün 

hər  cəhətdən  əlverişli  idi.  Ermənilərin  yeri-yurdu  yox  idi 

ki,  sınırını-sərhəddini  qorumaqla  məşğul  olaydı,  torpağı 

yox idi ki, əkib becərəydi, şəhəri yox idi ki,  “başı bir yerə 

bağlanaydı”.  Ona  görə  də  gözü  orda-burdaydı,  bununla 

bağlı  çox  iri  dövlətlərə  əl  açmışdı;  kilsə  kitablarındakı 



yalançı tarixin Dənizdən Dənizə dediyi yeri-yurdu hələ də 

arayıb  axtarırdı.  Kilsə  onu  o  qədər  inandırmışdı  ki, 

dənizdən dənizə böyük Ermənistanın yoxluğuna inanmaq 

istəmirdi. Bilmirdi ki, yalanın heç vaxt ayağı yerdə olmur, 

ona görə də yalanı tapmaq mümkün deyil.  

Onu  deyək  ki,  yurd  yarananda  onun  qalası,  şəhəri, 

kəndi  yaranır,    sözü-sovu  yaranır;  nağılları  dastanları 

yaranır,  içlərə-xalqın  daxili  aləminə  yazılmış  yalanlardan 

uzaq    etnoqrafik  duyğuları,  baxışları  doğulub  formalaşır. 

Ona  görə  də  su  oxşarlığı,  torpaq  oxşarlığı  anlayışı  var, 

yurd başqasının ola bilmir, onu zəbt eləsə, işğal eləsə də 

özünə  oxşada  bilmir.  Bəs,  boş  yerə  deyilmir  ki, 

ermənilərdə Qafqaz xarakteri yoxdur. Onunçün də Rusiya 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

kimi  dövlətlər  asan  ələ  gəldikləri  üçün  ermənilərdən  öz 



siyasi maraqları üçün istifadə etməkdədirlər. Yəni, dovşan 

hələ  çox  qaçacaq;  həmişə  də  kirpi  oynaşıyla  mənzil 



başında olacaq... 

 

Balığın susuz yaşaması... 



(El arasında deyilənlərə görə) 

 

Balıqçı  gəmilərində  o  zamanlar  ki,  soyuducular  yox 

idi,  ovlanan  balıqlar  xarab  olmasın,  diri  qalsın  deyə, 

gəmidə  ac  pişiklər  saxlayırdılar.  Tutulan  balıqları  diri-diri 

göyərtənin  əl  çatmayan  yerindən  asardılar,  ac  pişikləri 

buraxardılar  üstünə.  Amma  pişiklərin  əli  balıqlara 

çatmazdı.  Pişiklər  yemək  gördükləri  üçün  balıqlar 

qorxusundan sağ qalardılar... 

 

*** 


 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

  Bu  gün  şadlıq  saraylarında  keçirtdiyimiz  toylar 



görün  nə  kökdədir!  Elə  bil  dünyaya  yenicə  gəlmişik; 

yenicə  gəlmiş  kimi  kasıbıq,  nə  musiqimiz  var,  nə  sazımız, 

nə  sözümüz...Görün,  ağabəyimizi,  xatun  gəlinimizi  indiki 

toylarımızla  nə  günlərə  qoymuşuq...heç  biri  özünə  yer 

tapa  bilmir,  çünki  o  quruluşda  bəylə  gəlinə  yer 

düşünülməyib,  ayrıca  masa  ayrılsa  da,  heç  özümüzə  də 

yer yoxdur, özümüzə oxşamamağımız da ona görədir. Toy 

evində  başımıza  yağan  səs-küyü,-  oxunan  mahnıları, 

çalınan  musiqiləri,  hətta  alxış-xeyir-dua  adına  deyilən 

sözləri  belə  yaşadığımız  minilliklərin  heç  birində 

eşitməmişik...  Mən  bu  halımıza  çox  yer  ayırmaq 

istəmirəm, çünki bu hala düşməyimizin səbəbləri o qədər 

üzdədir  ki,  yanımızda,  özümüzdə,  aramızdadır,  deyə 

bilərik.  Yəni,  biz  yox,  VAXT-ZAMAN  bizə  toy  tutur,  toy 

çaldırır.  Biz  özümüzü  atdıq  bir  qırağa,  özümüzdə  olanları 

bəyənmədik, 

kimlərəsə 

bənzəməyə 

çalışdıq 

və 


çalışmaqdayıq,  yuxarıda  dediyim  kimi  bu  bizim 

soyunmağımız  idi.  Bu  ifadəylə    sözün  hərfi  mənasında 

fiziki  soyunmağı  nəzərdə  tutmuram,  iç  çılpaqlığı,  mənəvi 

kasadlıq olduğunu anlamağımızı istəyirəm. Düşünək... 

Son  onilliklərəcən  toylarımızın  quruluşu  bu  millətin 

dərk  etdiyi  öz  fəlsəfi  görüşlərinə,  milli  anlayışına 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə