Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə189/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   185   186   187   188   189   190   191   192   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

quzunun anası. Onları ana-bala etməkçün teləkçi çağırılır. 



Tərəkəmələr  arasında  teləkçilər  vardı,  daha  doğrusu, 

teləkçi mütləq olmalıydı. Əgər bir qoyun balasız, bir quzu 

anasız qalırdısa, bu artımın dayanmasıydı. Anasız quzunun 

sağ  qalma  etmalı  az  idi.  Balasız  qoyunsa  azından  süd 

vermirdi,  süddən  kəsilirdi.  Ona  görə  də  onları,  yad  ana-

balanı bir-birinə bağlamaq üçün teləkçi çağırılardı… 

Teləkçi gələn kimi birinci göstərişi bu olardı: 

-Bunları  qarıblığa  aparın,  (qəribçiliyə)  təkliyin,  tək 

qalsınlar, darıxmalıdılar.    

Mən  yazının  bu  yerində  çox  sevdiyim  bir  xalq 

mahnısını xatırladım... 

   

 

Aman kəklik əlindən, 

   

 

Zülüm kəklik əlindən. 

   

 

Baş götürüb gedəydım, 

   

 

Mən bu təklik əlindən.. 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Deməli  düzgün  anlaşılsa,  yalqız,  tənha,  tək  qalmaq 



da  bu  xalqın  düşüncəsində  mənalar,  anlayışlar  daşıyır... 

Amma  çox  təəssüf  ki,  indi  bu  mahnının  sözlərini  düzgün 

oxumurlar; təklik əvəzinə kəklik deyirlər: 

Baş götürüb gedəydim, 

Mən  bu  kəklik  əlindən,  -bu  cür  oxuyurlar.  Əgər 

müğənni  bu  iki  beytin  fərqini  anlamırsa  oxuduğu  nə 

olmalıdır? 

 

*** 



Maday  şahının  qızı  Bircənin  tapmacasının  açması; 

Ağsaqqal atlılara deyir: 

 

Atları dəyişin!... 



 

***  


 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sözümüzü  unutmayaq,  yeri  gəlmişkən  bu  fikri 



aydınlaşdırmaq  üçün  qardaşımla  bağlı  bir  görüşü  də 

danışım... 

Azərbaycan  Dövlət  Universitetində  oxuyurdum, 

1960- illərin ortalarıydı, yay tətilində kəndə getdim, ordan 

da  qardaşımın  yanına,-yaylağa  qalxdım...  Bir  neçə  gün 

keçəndən  sonra    şəhər  üçün  darıxmağa  başladım, 

dözülməz  bir  darıxmaq  tutdu  məni,  kənd  üçün  də  yox, 

şəhər üçün. Bunu qardaşıma da dedim: 

-Yaman darıxmaq tutub məni. Bəlkə qayıdam mən. 

Qardaşım yan-yörəni göstərib: 

-Başını  qaldır,  yan-yörənə  bax,  -dedi, -gör nələr var, 

əgər  sən  başımızın  üstündə  oynayan    bu  qara  buludları, 

sağına gələn sağmalları, ayaq döyən ilxıları, bu gülü-çiçəyi 

qoyub  darıxırsansa  doğrudan  da  sənə  nəsə  olub,  şəhər 

nəsə eləyb sənə. 

O  vaxt  qardaşımın  sözü  mənə  təsir  etdi,  inandım, 

indi  də  inanıram  ki,  darxmaq  dah  çox  boşluqdan,  özünə 

yer tapmamaqdan yaranır... 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Nə isə... sözümüzü unutmayaq, balası ölmüş qoyunu 



sürüdən  ayırıb  bir  səmtə,  anası  ölmüş  quzunu  başqa 

səmtə  aparırlar.  Elə  yerə  ki,  bir-birini  eşitməsinlər. 

Teləkçinin  işarəsiylə  ayağı  yer  tutan  teləkçün  ayrılmış 

meydana  axışır.  Atı  olan  atını  minir,  biri  qazan  gətirir  ki, 

səs  eləsin,  qazan  dibi  döysün,  biri  tonqal  çatır  ki,  lazım 

olanda  havaya  od  səpələsin,  tüfəngi  olan  tüfəng 

atmalıdır. İtlər gətirirlər ki, bu hay-küyə hürüb aranı daha 

da qatsınlar.  

Çıx  hörmət  etdiyim  tarixçi  alim  Zaur  Həsənov  “Çar 

skiflər”  əsərində  yazır:  “Qədim  türklərdə  ovsunlama 

mərasimi göyə od atmaqla keçirilirdi. Menandr 568-ci ildə 

türklərin  qonağını  xanın  yanına  buraxmazdan  əvvəl  onu 

odla nece bəd ruhlardan təmizlədiklərini təsvir edir. Hətta  

bu ölkələrə gəlib çıxmış ilk avropalıları da iki yanan tonqal 

arasından keçirməklə odla təmizləyirdilər.” 

Telək  mərasiminin  keçirildyi  meydanda  da  tonqallar 

qalanır,  qoyuna  da,  quzuya  da  ovsunlamaq,  -təlqin,  təsir 

etmək üçün havaya od- qığılcım səpələyirdilər...  

Hamısı  ona  görədir  ki,  qoyun  da  quzu  da  harda 

olduğunu  unutsunlar;  sürünü  unutsunlar,  yiyəsini, 

çobanını,  yeri-yurdu  unutsunlar...  Belə  də  olur,  öncə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

meydana 


qoyunu 

gətirirlər. 

Biri 

qoyunu 


başı 

hərlənənəcən  fırlayır,  biri  qoyunun  təninə,-  uşaqlığına 

duzlu  su  vurur,  qoyunun  uşaqlığı  doğanda  olduğu  kimi 

acışmağa, yanmağa başlayır, biri nar qırıb qoyunun gözlə-

rinə yaxır. Bunların hamısı ona görədir ki, qoyun təzədən 

doğmağına  inansın,  elə  bilsin  doğur.  Həə,  qoyun  axşam 

ölmüş quzunu doğanda da  buna  oxşar  ağrılar  keçirmişdi, 

indiki  kimi hər  yanı qan rəngində  görürdü. Elə bu  zaman 

Teləkçi  quzu  da  qucağında  görünür,  quzu  bağrı  yarıla-

yarıla  mələməkdədi.  Qoyun  yaşadığı,  keçirtdiyi  bu 

ağrıların,  bu  hay-küyün  içində  özünü  eşitdiyi  bu  doğma 

səsin  üstünə  salır.  Amma  gözləri  doğanda  olduğu  kimi 

qıpqırmızı  qan  içindədi,  Teləkçini  də,  quzunu  da  yaxşı 

seçmir.  Kimsə  gözlərinə  yenə  nar  suyu  çiləyir.  Teləkçi 

artıq qoyunu yenidən doğmağına inandırdığını hiss eləyir, 

quzunu qoyunun duzlu sudan alışıb yanan təninə- uşaqlı-

ğına  sürtüb  qarşısına  qoyur.  Bu  hay-küydən  dəliyə 

dönmüş  qoyun  öz  içinin  qoxusunu  tanıyıb  quzunu 

yalamağa  başlayır...  Quzudan  başqa  nə  istəyirsən  olsun, 

qoyun  elə  biləcək  öz  içindən  çıxıb.  Qoyun  bu  minvalla 

papağa  da  telənir...  “Köç”  romanında  belə  bir  mənzərə 

var;  Bəkil  oğlunu  gözləyir,  əhd  edir,  “...oğlum  gəlsin, 

papağımı  qoyuna  teləyəcəm,  qoy  papağım  quzu  olsun.” 

Elə  də  eləyir,  oğlu  Alay  gəlib  çıxanda  papağını  qoyuna 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə