Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə188/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   184   185   186   187   188   189   190   191   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

əsaslanan  mərhələlərdən  ibarət  idi;  yəni,  qız  bəyənmək, 



oğlan  seçmək,  elçilik,  yeni  qohumluqda  bir-birini 

anlamaq,  evlilik,  yeni  ailənin  qurulması,  ailə  anlayışı  da 

yuxarıda  dediyim  kimi  təbiət  hadisələrinə  bağlıydı,  hər 

şey 


bir-birini 

təbiətdə-Yaranışda 

olduğu 

kimi 


tamamlayırdı;  yəni,  bu  xalq  döyüş,  savaş  havalarını, 

nəğmələrini  unutmamışdı,  döyüşməsə  də  oxuyurdu,  bu 

nəğmələr,  çalğılar  onu  kökdən  düşməyə  qoymurdu,  ona 

görə də həmişə döyüşə hazır idi... Yaylağın yaylaq, Aranın 

aran  havaları  olduğu  kimi,  At-Cıdır  havaları  da  var  idi  ki, 

kənddə  bu  havaya  kəhərlər  qanadlanardı.  Güləşəngi 

adlanan ayrıca güləşmək havası vardı, doğrudan doğruya, 

xüsusən  də  yenyetmələri  havalandırırdı,  suya,  işığa 

böyüyəntək  böyüdürdü.  Əkin-səpin  nəğmələri,  çalğısı 

olduğu  kimi,  toy  nəğmələri,  çalğısı  da  vardı  ki,  bu  haqda 

danışmağımız bu günlər üçün çox vacibdir... 

Sevib-sevilməkdə  bütün  minilliklərboyu  sərbəstlik, 

genişlik,  cəmimilik  hökm  sürüb.  Bu  gün  xalqın 

yaratdıqlarında  bunu  aydın  şəkildə  görüb  anlamaq 

mümkündür... 

Minilliklərdən misal... 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 (elçilik) 

 

Maday şahı qızını ərə vermək istəyirdi. Gözünün ağı-



qarası  bir  dənə  qızı  vardı.  Qızın  adı  da  elə  Bircəydi.  Şah 

qızına elə belə də dedi: 

  -Bircəm,Vaxtdı, ərə getmək haqda nə düşünürsən? 

Qız dedi: 

  -Sevəcəyim oğlanı özüm bəyənib seçməliyəm... 

Maday şahının qızı ağıllı, bilikli, tədbirliydi; şah onsuz 

bir  iş  görməzdi...  Ona  görə  də  qızın  sorağı  ətraf  ölkələrə 

də yayılmışdı. Adı dillərdə əzbər idi... 

Günlərin birində belə bir əmr oxundu: 

-Maday  şahının  qızı  Bircəylə  kim  evlənmək  istəyirsə 

şah meydanına gəlsin... Bircə meydanda sevgilisini özü se-

çəcək... 

Beləliklə,  nəinki  Maday  elindən  dünyanın  bütün 

ölkələrindən  igid  oğlanlar  Şah  meydanına  at  sürdülər, 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yarışdılar,  döyüşdülər,  amma  Bircənin  tapmacalarından 



heç kəs sağ çıxa bilmədi... 

Aradan 


illər 

keçmişdi, 

amma 

atlılar 


yenə 

gəlməkdəydi... 

At  yarışı  təyin  edilmişdi.  Bu  at  yarışının  qaydasını 

Bircə  özü  bildirdi;  kimin  atı  birinci  yox,  sonuncu  kəlsə  o 

mənim ərim olacaq...birinci yox, sonuncu. 

Birinci yox, sonuncu...necə ola bilər?! 

Ağ, qara, kəhər atlardı...Çaparlar eyni cür geyiniblər, 

bir birindən seçilmirlər, ancaq atlara görə seçilirlər; ağatlı, 

qaraatlı, kəhər atlı... 

Dəmir  dəbilqələr, polad üzlüklər  geyib,  qılınc-qalxan 

taxmış üç igid bir yedə ilişib qalmışdılar, irəli çıxan atının 

başını  çəkirdi  ki,  sona  qalsın.  Çünki,  ancaq  sona  qalan 

Bircənin sevgilisi olacaqdı... 

Atlılar  çaş-baş  halda  bilmirdilər  neyləsinlər...Şah 

vəzir-vəkilləriylə, Bircə qırx incəbel qızla meydanın yuxarı 

başında,  el-elat  aşağı  ayaqda  tamaşaya  durmuşdular. 

Meydanda  atlılar  gedə  bilmədikləri  üçün  atlarından  enib 

çarə fikirləşirdilər... 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bu  vaxt  dəvənin  belində  bir  ağsaqqal  cıdır  yoluna 



çıxdı,  atlıları  bu  halda  görüb    məsələdən  agah  oldu,  elə 

ordaca  atlılara  nə  dedisə  atlılar  tələsik  atlara  minib 

çapdılar...Ag  at  sonuncu  yeri  tutdu,  ag  atın  yiyəsi 

Birdənənin svgilisi oldu... 

 Tapın görək, ağsaqqal atlılara nə deyə bilərdi?   

 

*** 



 

Döl məktəbi... 

 

Döl  ayı  qoyun-quzunun  doğum  ayına  deyilir...Döl 

məktəbi  də  döl  ayında  açılır.  Döl  ayında,  deyərlər, 

kənddən-kəsəkdən  süd  qoxusu gələr. Döl ayı əsasən boz 

aya  düşür,  yəni  yanvarın  yarısından  martın  yarısınacan 

uzanır.  El  arasında  deyərlər,  döl  ayında  analar  balalarını 

çox ictəyər. Uşaq mehirli, yəni uşağını çox istəyən gəlinlər 

uşagının  ardınca  dolananda  deyərlər,  döl  ayınamı 



düşmüsən, uşağı ərkəsöyün böyüdəcəksən... Ona görə də 

məsəl var, “ ağacı kökündən qoru, uşağı ərköyünlükdən... 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Döl  ayı  tərəkəmə  məktəbinin  sınaq,  təcrübə  ayıdır, 



əgər  bir  tərəkəmə  döl  ayının  nə  demək  olduğunu 

bilmirsə,  tərəkəmə  deyil.  Tərəkəmə  suyu,  torpağı,  otu-

çiçəyi  necə  anlayırsa  dölü  də  elə  anlayır;  həmişə  ona 

hazırdı, səhv etsə dölü baş tutmaz, o bu dərsi keçməlidir... 

Bu  həm  də  qoyunların  yelin  çağıdır,  yelin  çağında 

qoyunları  soyuqdan  qoruyurlar.  Deyərlər,  döl  çağı 

qoyunun  yelini  soyuğa  açıqdır,  soyuqdan  gözlə. 

Quzulayandan  sonra  həlim  içirdərlər,  südü  durulanacan. 

Çünki doğuşdan sonra qoyunun südü qatı olur, buna ağız 

bulaması  deyirlər,  arpa  həlimi  qoyunun  südünü 

duruldur... 

Quzu doğulan kimi gərək anası yalayıb quruda, anası 

yalamasa  quzunun  dərisi  açılmaz.  Elə  qoyunlar  olur, 

quzusunu  yalamır,  onda  deyərlər,  quzu  quru  qaldı,  yəni 

yalanmadı.  O  zaman  qoyunu  duzla  aldadırlar;  quzunun 

üstünə  azacıq  duz  səpirlər,  ana  balasının  üstündən  duz 

yaladıqca  öz  iyini,  içinin  qoxusunu  tanıyır,  quzunu 

qurudur… 

Döl  ayında  ölüm-itim  çox  olur.  Bu  da  hər  hansı  bir 



tərəkəmə üçün, tərəkəmə dolanışığı üçün itgidir, çox ağır, 

çox  ağrılı  bir  işdir  həm  də…  Bir  qoyunun  balası  ölür,  bir 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə