Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]


Şəkil 9.6. Zəlzələ dalğasının yayılma sxemi



Yüklə 2,38 Mb.
səhifə2/8
tarix29.03.2022
ölçüsü2,38 Mb.
#84834
1   2   3   4   5   6   7   8
HFT60 MOVZU 07 hhh

Şəkil 9.6. Zəlzələ dalğasının yayılma sxemi

Şəkil 9.7. Tektonik zəlzələnin yaranması sxemi və fəsadları










Şəkil 9.8. Tektonik litosfer tavanları

Şəkil 9.9. Denudasiya zəlzələsinin görünüşü

Şəkil 9.10. Vulkanik zə­lzələlərin yaranma sxemi


Tektonik zəlzələlər. Yer üzündə yaranan zəlzələlərin 90%-i tek­tonik zəlzələ­lərdir. İki tavanın toqquşması nə­ticəsində yığıl­mış enerjinin azad olunması ilə yer səthinin de­for­masiyası baş verir və tektonik zəlzələlər yaranır. Azər­bay­canda baş verən zəlzələlərin böyük hissəsi tektonik zəlzələlər qrupuna aiddir.

Tavalararası zəlzələlər. Bəzi hallarda isə zəlzələlər ta­va­nın daxili hissələrində baş ve­rir və bunlar tavalararası zəlzə­lələrdir. Yer kürəsinin bütün ərazisi çox böyük ölçülərə malik tek­tonik litosfer təbəqələrinə bölü­nür və onlar Şimali Amerika, Av­ra­siya, Afrika, Cənubi Amerika, Sakitokeanı və Atlantik ta­va­ları aid­dir.

Denudasiya zəlzələləri. Yerin altında yaranan boşluqlarda torpağın suda həll olunması, yumşalması və ya dağılması nəti­cə­sində yaranan zəlzələlərdir.

Vulkanik zəlzələlər. Bu növ zəlzələlər vulkanik fəaliyyətlə əlaqədardır. Vulkanın hər bir partlayışı zamanı müx­­­­təlif həcm­də və çəkidə olan bərk püskürmə məhsulları atı­lır, kra­terin titrəyir.

Digər zəlzələlər. Yuxarıda göstərilən zəlzələ növlərindən əlavə uçqun və su bənd­lərinin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticə­sində baş verən zəlzələ növləri olur. Zəlzələlər insanların mü­həndis fəaliyyəti ilə də yarana bilər.

Hər il dünyada baş verən zəlzələlərin orta sayı barədə mə­lumatlar cədvəl 9.2-də verilmişdir.


Cədvəl 9.2 -Hər il dünyada baş verən zəlzələlərin orta sayı.

Zəlzələlərin xarakteristikası

Sayı

Fəlakətli zəlzələlər

1-dən çox olmur

Çox geniş dağıntılı zəlzələlər

10-a yaxın

Dağıdıcı təkanlara malik zəlzələlər

100-ə yaxın

Ayrı-ayrı zədələnmələr yaradan zəlzələlər

1000

Dağıntılara gətirib çıxarmayan zəlzələlər

10000

Müasir cihazlarla qeydə alınan zəlzələlər

100000


Zəlzələnin xəbərdarlığı barədə seysmik xidmət. Zəlzələnin xəbərdarlığı barədə bir çox inkişaf etmiş ölkə­lərdə seysmik xidmət yara­dılmışdır. Seysmik xidmət – bu seys­mik stansiyalar şəbəkəsidir, onun işi əsasında zəlzələlər üzə­rində daimi müşahidələrin təşkili və onların nəticələrinin emalı üzrə tədbirlər təşkil edi­lir. Onun başlıca məqsədi – zəlzələ oca­ğının əsas parametrlərinin sistematik təyinidir. Şəkil 9.11-də nü­mu­nə kimi Azərbaycan seysmoloqlarının tərtib etdiyi Azər­baycan ərazisinin seysmik aktivlik xəritəsi verilmişdir.




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə