Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]


Şəkil 9.15. Zəlzələdən sonra yaranan dağıntı zonları



Yüklə 2,38 Mb.
səhifə6/8
tarix29.03.2022
ölçüsü2,38 Mb.
#84834
1   2   3   4   5   6   7   8
HFT60 MOVZU 07 hhh

Şəkil 9.15. Zəlzələdən sonra yaranan dağıntı zonları
İntensivliyindən (Merkalli beynəlxalq şkalasına görə) asılı olaraq zəlzələnin fəsadları barədə məlumatlar cədvəl 9.5-də ve­rilmişdir.

Cədvəl 9.5 - İntensivliyindən (Merkalli beynəlxalq şkalasına görə) asılı olaraq zəlzələnin fəsadları.




Zəlzələ vaxtı insan tələfatının sayı bir sıra amillərdən ası­lıdır və onlara aiddir: zəlzə­lənin başlanması vaxtı, maqnitu­da, zəlzələ ocağının dərinliyi, yaşayış məntəqələrinin uzaq­lığı, ti­kin­tilərin növü və onların keyfiyyəti, zəlzələ zonasında part­layış – və yanğın təhlükəli obyekt­lərin mövcudluğu, su anbar­ları və bəndlər və s. Zəlzələ vaxtı insan itkisinin əsas səbəbi bi­na­ların uçmasıdır. İnsanların zədələnməsi və həyatını itirməsi əsasən bina və tikililərin dağılması, aşağı düşən əşyaların, həm çinin dağıntılar altında qalması hesabına olur.

Zəlzələnin yaratdığı fövqəladə halların nəticələrinin ara­­dan qaldırılması ilə əlaqə­dar işlər mərhələlərlə, müəyyən ardı­cıllıqla və mümkün qədər qısa müddətdə yerinə yeti­rilir.

Birinci mərhələdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin (QX və DTİ) ye­rinə yetirilməsinə hazırlıq işləri aparıl­malıdır. Bu məqsədlə təhlükə barədə xəbərdarlıq, mühafizə vasitələrindən istifadə edilməsi, mühafizə rejimlərinə riayət olun­ması, təhlükəli zonadan köçürülmə, tibbi-profilaktika vasi­tə­lərinin işlədilməsi və xəsarət al­mış şəxslərə lazımi tibbi yar­dı­mın göstərilməsi, idarəetmə orqanlarının, qüvvə və vəsait­lərin hazır vəziy­yətə gətiril­məsi, -zədələnmə ocaqlarında kəş­fiy­yatın aparılması, yaranmış şəraitin qiymətləndirilməsi kimi təd­birlər həyata keçirilməlidir.

İkinci mərhələdə bu məsələlər həll edilir: -fövqəladə hadisə nəticələrinin aradan qaldı­rılması; -fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə birinci mərhələdə başlanmış işlərin icrasının davam etdirilməsi. Bu zaman QX və DTİ fasiləsiz olaraq gecə və gün­düz, istənilən hava şəraitində, güclü və kütləvi dağıntılar, yan­ğınlar, atmosferin, ərazinin zəhər­lənməsi, insanların məhv ol­ma­sı şə­raitində belə əzmlə icra edilmə­lidir. Bu işlərin mü­vəf­fə­qiyyəti xilasedicilərin peşə hazırlığının səviyyəsindən, onla­rın mənəvi-psixoloji və fiziki ha­zırlığından, təcrübə vərdişlə­rin­dən, şəraitin obyektiv qiymətləndirilməsindən, məq­səd­yönlü qərarların qə­bu­lu və zəruri qüvvə və vasitələrinin xi­lasetmə işlərinə cəlb olunmasından asılı olacaqdır.

Üçüncü mərhələdə bu məsələlər həll edilməlidir: 1)zərər çəkmiş rayonlarda əhalinin normal həyat fəaliy­yəti­nin təmin edilməsi və bu məqsədlə lazımdır: -yaşayış evləri­nin bər­pası və ya bu məqsədlə müvəqqəti bi­­nalar tikilməsi; -enerji, qaz, su təchizatının, kommunal xidmət obyekt­lə­rinin, ra­bitə xətlərinin bərpa edilməsi; -zədələnmə ocağının sanitar tə­miz­lənməsi; -əhaliyə yardım göstərilməsi, adamların ərzaq məhsulları, gün­də­lik tələbat əşyaları ilə təmin edilməsi. 2) köçürülmüş əhalinin öz yerlərinə qaytarılması. 3) təsərrüfat obyekt­lərinin fəaliyyətinin bərpa edilməsi.

Xilasetmə işləri aşağıdakıları əhatə edir: -hərəkət marşrutlarında və iş sahələ­rində (obyektlərində) yanğınların məhdudlaşdırılması və sön­dü­rül­məsi; -zədələnmiş adamların axtarılması və onların uç­qun­lar al­tın­dan, dağılan və yanan binalardan, qaz, su və tüstü ilə dolmuş otaq­lardan çıxarılması; -uçulmuş və zədələnmiş mü­hafizə qurğularının açılması və oradan adamların xilas edil­məsi; -uçqunlar altında qalmış və süzücü-ventilyasiya sistemi zə­dələnmiş mühafizə qurğularına hava verilməsi; -zədələnmiş adamlara ilk tibbi yardımın və ilk həkim yar­dı­mının göstəril­məsi, onların müalicə müəssisələrinə köçü­rül­məsi; -əhalinin təh­lükəli sahələrdən təhlükəsiz rayonlara çıxarıl­ması; -əhalinin sanitariya təmizlənməsi, paltarların, texnikanın, nəq­liyyatın, mü­­hafizə vasitələrinin, ərazinin və qurğuların, ha­be­lə ərzaq mal­ları və xammalının, suyun və yemlərin zərər­sizləşdiril­məsi.

Xilasetmə işlərinin müvəffəqiyyətini təmin edən əsas prin­siplər bunlardır: 1)xilasetmə işləri aparacaq qüvvə və vasitə­lə­rin surətlə ha­zır vəziyyətə gətirilməsi; 2)yaralıların xilas edil­məsi işlərinə dərhal başlanması, bu zaman: -ilk 3-4 saat ərzin­də - dağılmış və uçqunlar altında qalmış sığınacaqlara ha­va veril­məsini təmin etmək; -12-14 saat ərzində - ilk tibbi yar­dım göstərilməsini və bi­rinci sutkanın sonunadək - əsas xilas­etmə işlərini başa çatdır­maq tələb olunur. 3)qüvvə və vasitə­lərdən ilk növbədə iş sahələrində, yaralı­la­rın daha çox olduğu ehtimal edilən yerlərdə istifadə edilməsi; 4)mexanizasiya və avtomatika vasitələrinin səmərəli tətbiq edilməsi və dəstələrdən onların ixtisası və təminatı üzrə istifadə olunması; 5)xilasetmə işlərinin fasiləsiz surətdə aparılması; radiasiya səviyyəsindən və yaran­mış digər şəraitdən asılı olaraq növbələr üzrə iş müddəti 2 saatdan 12 saatadək müəyyən edilir; 6)QX və DTİ yerinə yeti­rilərkən bütün təhlükəsizlik təd­bir­lərinə riayət edilməsi.

Zəlzələlər zamanı əhalinin mühafizəsi və insanların hə­rəkətləri. Məlumdur ki, zəl­zələ zamanı insan itkiləri o hallarda əhəmiyyətli dərəcədə azaltmaq olar ki, zəlzələ ocağında zərər çəkmiş insanların çox qısa müd­dətdə xilas edilsin, mümkün zəlzələ hadisələrinə əvvəlcədən hazırlıq işləri görülsün, hər bir şəxs öz davranış qaydalarını düşünsün və bir sıra töv­si­yə­lə­rə əməl etsin. Belə ki, zəlzələdən bir gün sonra 40%, üç gün sonra 60%, altı gün sonra 95% zərər çəkmiş, ağır yaralanmış in­sanlar əvəzsiz (ölümcül) itkilərə aid edilir.



Təbii ki, hər bir zəlzələdən qorxmaq lazım deyil. Nisbətən zəif təkanlar (5 bala qədər) adətən ziyan vurmur. Əgər zəlzələ tərəddüdlərinin gücü asta-asta və ya birdən–birə 5-6 bala ça­tırsa, yadda saxlamaq lazımdır ki, bu təhlükəli əlamətdir. Adə­tən (30% hallarda) belə təbii fəlakətlərdə təkanlar güclənir və 7 bala və daha çox gücə malik olur, 8-9 bal gücündə zəl­zələ baş­la­yıbsa, onda 5-6 bal təkanın yaranmasından daha təhlükəli ha­lın baş verməsi ara­sındakı müddət 15-20 saniyə təşkil edir. Zəlzələnin ən güclü təsiri adətən bir neçə on saniyə davam edir. Sonra tərəddüdlər 30 san və daha çox müddət ərzində zəifləyir. Zəlzələ zamanı və ondan sonra insanların fəaliyyət ardıcıl­lığı şəkil 9.16-da verilmişdir.



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə