Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]


Şəkil 9.14. Seysmoqrafda seysmik dalğaların amplitudu və periodu



Yüklə 2,38 Mb.
səhifə4/8
tarix29.03.2022
ölçüsü2,38 Mb.
#84834
1   2   3   4   5   6   7   8
HFT60 MOVZU 07 hhh

Şəkil 9.14. Seysmoqrafda seysmik dalğaların amplitudu və periodu
Rusiyada zəlzələnin intensivliyi müəyyən edilərkən (1≤J≤12) 12-ballıq MSK-64 (Medvedev-Şponhayer-Karnik şka­­­lası) şkalası istifadə olunur. Bu şkalaya görə yer səthi üzə­rində torpaq süxurlarının tərpənməsi və ya tərəddüdlərinin in­tensivliyindən asılı olaraq zəlzələlər aşağıdakı kimi təsnifat­laş­dırılır: zəif (1-3 bal); mülayim (4 bal), nəzə­rə çarpacaq dərə­cədə güclü (5 bal); güclü (6 bal); çox güclü (7 bal); dağıdıcı (8 bal); viran­qoyucu (9 bal); məhvedici (10 bal); fəlakətli (11 bal); çox fəlakətli (12 bal).

Zəlzələnin təhlükəli fəsadları. Zəlzə­lə­nin təsirindən yara­nan ziyanları müəyyən etmək üçün onun regio­nun bütün sahə­lərinə vurduğu ziyanın həcmi, ziyanların təbiəti və orada yaşa­yan insanların xəsarət alması və ya dünyasını də­yişməsi barədə məlumatlardan istifadə olunur. Məsələn, YUNESKO-nun qiy­mət­ləndir­mələrinə görə dünyada zəlzələ­lər­dən dəyən ziyanlar milyard­larla dollar, insan itkiləri isə on və yüz minlərlədir.

Zəlzələlərin təhlükəli fəsadlarını təbii və insan fəaliyyəti ilə əlaqəli olan hissələrə böl­mək olar. Təbii fəsadlara torpağın (süxurun) vəziyyətinin pozulması (çatlar və yerdəyiş­mələr), sü­rüşmələr, uçqunlar, sellər, süxurların yumşalması, çökmələr, su­­nami və s. aiddir. İnsan fəaliy­yəti ilə əlaqəli olan fəsadlara isə binaların (şəkil 9.14), körpülərin və digər qur­ğuların da­ğıl­ması və uç­ması, bəndlərin və su kəmərlərinin dağılması vaxtı su­­basmalar, neft anbarlarının zədələnməsi və qaz kəmərlərinin dağılması vaxtı yanğınlar, nəqliyyat vasitə­lə­rinin, kommu­ni­kasiya sistem­lə­rinin, elektrik və su təminatı xətlərinin, həm­çi­nin kanaliza­si­ya borularının zədələnməsi, nüvə reak­torlarının zədələnməsi vaxtı ətrafa radioaktiv maddə­lərin tullantısı aiddir.









Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə