Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]


ilk bir neçə saat ən təhlükəli anlardır



Yüklə 2,38 Mb.
səhifə8/8
tarix29.03.2022
ölçüsü2,38 Mb.
#84834
1   2   3   4   5   6   7   8
HFT60 MOVZU 07 hhh

ilk bir neçə saat ən təhlükəli anlardır. Bununla əlaqədar olaraq ən azı ilk 2-3 saat ərzində lazımi zərurət olmadan binalara və digər tikililərə girmək olmaz.

Yuxarıda göstərilənlərlə bərabər zəlzələdən sonra qəza zo­nasında təhlükəyə məruz qalmış insanların (məsələn, dağıntılar altında qalan) aşağıdakı tövsiyələrə əməl etməsi mə­sləhət görülür: -üzərində olan qırıntılardan azad olmaq və öz vəziy­yətini ətraflı yoxlamaq (məsələn, başı əl ilə yoxlamaq, qulaqdan qan gə­lib-gəlməməsini təyin etmək, dərindən nəfəs almaqla döş qə­fəsinin vəziyyətini yoxlamaq, ayaqları qaldırmağa cəhd gös­tər­mək və s.); -əgər ciddi xəsarətlər yoxdursa üzü üstə çev­ril­mək və daha təhlükəsiz yerə keçmək, öz sığı­nacağını daş qı­rınt­ıları ilə möh­kəm­ləndirmək, piltələrin hərəkətini istisna et­mək, arma­turların kəskin uclarını əymək; -hansı vəziyyətdə olmasından asılı olmayaraq, özü barədə məlumat verməyə ça­lışmaq (məsələn, borular, armaturlar vasitə­silə səs salmaq); -havanın da­xil olması mənbəyini axtarmaq, o tərəfə yolu geniş­ləndirmək və möhkəmləndirmək; -xilas­olma ümidlərini itir­mə­mək, xilasedicilərin gəlməsinə qədər dözmək (inanmaq ki, hətta ən mürəkkəb dağıntılarda in­sanlar sağ qalır).

Zərərçəkmişlərin axtarışı və xilas edilməsi zamanı aşağı­dakı­lar lazımdır: -sakitlik saatı elan etməklə qulaq asma yolu ilə axtarış aparmaq; -zərərçəkmişə havanın gəlməsini təmin etmək; -uçqun qalaqlarını yuxarıdan uzaqlaşdırmaq; -sıxılıb qalmış əl ayağı azad etməmiş­dən əvvəl onun üs­tünə sarğı bağı qoymaq; -ilkin tibbi yardım göstərmək; -talançılıq hal­larının qarşısını almaq.
Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə