Mövzu – 07. Zəlzələlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi [3, 4, 8, 14, 22]



Yüklə 2,38 Mb.
səhifə7/8
tarix29.03.2022
ölçüsü2,38 Mb.
#84834
1   2   3   4   5   6   7   8
HFT60 MOVZU 07 hhh

Şəkil 9.16. Zəlzələ zamanı fəaliyyət qaydaları
İstənilən təbii fəlakət zonasında olduğu kimi, zəlzələ zona­sında da sağqalma aşağıdakı üç əsas amillə təmin edilir: а) təbii fəlakətin yaxınlaşmasını tanımaq və onlara hazır­laş­maq baca­rığı; b) fəlakət zonasında özünü xilasetmə qaydalarını bilmək; c) istənilən təbii fəla­kətin yaratdığı xüsusi təhlükəli şərait­lərdə fəaliyyətə psixoloji hazırlıq.

Zəlzələnin ilk təkanında bu tədbirlər görülməlidir:-zəlzələ anında 1-2-ci mərtəbədə olan­lar binanı qapı və pəncərələrdən keçməklə tərk etmək lazımdır; -pilləkənlərlə düşmə­mişdən əv­vəl onun möhkəmliyini yox­­lamaq, ehtiyatlı olmasına əmin ol­maq; -binanın yuxarı mərtəbələrində olarkən qapı yerində və ya daşıyıcı divarın küncündə dayanmaq; -stol altında gizlənmək; -kəlləni kaska, kitab, tava və s. ilə mühafizə etmək.

Yuxarıda göstərilmiş şəraitdə yüksək mebellərin yaxınlı­ğın­da, rəflərin altında, qaynar sulu qabın yanında dayanmaq ol­maz, paltar geyinməyə və qiymətli əşyaları toplamağa vaxt itirmək və vahiməyə düşmək olmaz.

Zəlzələ təkanları başa çatdıqdan sonra evdə olanlar zəl­zələdən sonra təbii fəlakətin gü­cünü və miqyasını qiymətlən­dirməli, zərərçəkmişlərə kömək göstərməli, qazı, suyu kəs­mə­li, elektrik enerjisinin verilməsini kəsmək, -su və qida ehtiyatı götürməli, radioya qulaq as­malı, telefonu məşğul etməməli, ayaq­qabısız gəzməməli, növbəti təkanlara hazır olmalı­dırlar.

Zəlzələdən sonrakı
Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə