Mövzu: 21 Nitqin üslubları


Xəbərin mübtəda ilə yerini dəyişməsi



Yüklə 58,64 Kb.
səhifə17/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
Mövzu -21 1

Xəbərin mübtəda ilə yerini dəyişməsi
Dağılın buludlar, kəsilin gurultular, sakit olun ildırımlar (Ə.Haqver-diyev); Sızlar yada düşəndə ürəyimin telləri, O mehriban, o əziz tələbəlik illəri (C.H.); Lalə, bəsdir! Onu gəl gözləmə sən, Keçdi üstündən o dəhşətli bulud...
(S.V.). Bu nümunələrdə xəbər (dağılın, sızlar, gözləmə, keçdi) mübtəda ilə yerini dəyişərək cümlənin əvvəlinə keçirilmiş, məntiqi vurğu altına düşmüş, cümlə bütövlükdə güclü emosional rəng almışdır.
Tamamlığın xəbərlə yerini dəyişməsi
Dərdi verək küləklərə, ağlamayaq için-için. Toxum səpək küləklərə, xeyirxahlıq göyərtməkçin (N.X.).
Tamamlığın xəbərlə inversiyası atalar sözlərində daha çox müşahidə olunur: Saxla samanı, gələr zamanı; Açaram sandığı, tökərəm pambığı və s. Müəyyən vasitəsiz tamamlıq olan cümlələrdə məntiqi vurğu mübtəda üzərinə düşərsə, həmin söz (mübtəda) xəbərin əvvəlinə gətirilir. Məsələn, Əhvalatın hamı-sını mən bilirəm (Ə.Haqverdiyev); Nənəmdən xoş xəbəri mən gətirmişəm (Ə.M.).

Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə