Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə15/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
Mövzu -21 1

Əmr cümlələrinin işlədilməsində də fərqli məna çalarları, üslubi məqamlar vardır. Bu cümlələr danışanın məqsədindən asılı olaraq təkid, təklif, xahiş, məsləhət, nəsihət, çağırış, arzu, istək, təskinlik, yalvarış, qəzəb və s. kimi mənalar ifadə edir, müvafiq intonasiya ilə tələffüz olunur.
Vaqqıldama bayquş kimi idbar dilənçi! (Sabir) (qəzəb); Tək vəzir qalsın, özün də yaxın gəl (F.K.) (əmr, təkid);
Gəl-gəl, a yaz günləri,
İlin əziz günləri (A.Ş.) (arzu, istək)
Allah sənin ömür, dövlətini artıq eləsin, ağa! (M.F.A.) (yalvarış); Həqdən ayrılma, şahım!... Elm və səbatımızı qoru, şahım (İ.N.) (məsləhət, nəsihət); Çağır gəlib mənə kömək etsinlər (H.A.) (təkid).
Nida cümlələri də danışanın məqsədinə uyğun məna çalarları yaradır ki, bunlar nitqin ekspressivliyini, emosionallığını artırır, təsirini gücləndirir. Nidalar müxtəlif hissi halları – ağrı, təəccüb, təlaş, iztirab, yorğunluq, qorxu, kədər, həsrət, çağırış, müraciət, yalvarış və s. ifadə etməklə fərqli intonasiyalarla söylənilir. Pəh-pəh, əcəb söz eşidirik, bu da bizim oxumuş, sahib-kamal qarda-şımız! (N.B.V.) (təəssüf); Boy, sən burada nə gəzirsən! (M.S.) (təəccüb); Afərin, dost, burada sənin sözlərinlə tamamilə şərikəm! (M.H.) (razılıq); Bəh-bəh, təbiətin nə gözəl guşələri varmış! (S.K.) (məmnunluq); Vay-vay! Nə yaman müşkülə düşdü işim, allah! (M.Ə.S.) (təlaş) və s.

Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə