Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə16/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
Mövzu -21 1

Feli sifət, feli bağlama məsdər tərkiblərinin də fikrin effektli çatdırılması, mənanın qabarıq verilməsi, emosionallığın artırılmasında müəyyən üslubi əhəmiyyəti vardır.

Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara
Könlümdə nə varsa, açayım dağlara.
(M.M.)
Bu parçada feli bağlama tərkibləri təsriflənən fellə verilən fikrin axıcılığında, təsirli, dolğun olmasında, oxucuya asan çatdırılmasında üslubi əhəmiyyət kəsb edir. Eləcə də məsdər tərkibləri cümlədə sözlər arasında əlaqəni yığcam şəklə salır, mənanı dəqiqləşdirir, fikrin qısa və yığcam ifadəsinə xidmət edir.
Bəzən keçmişləri xatırlamaq da çox ağır olar (C.C.); Öz həyətinin meyvəsini babat qiymətə sata bilmək, ildə nağd üç-dörd yüz manat pul əldə etmək arzusu ilə gecə-gündüz çalışırdı (Ə.Ə.).
Dilimizdə cümlə üzvlərinin məntiqi – qrammatik cəhətdən məqbul sayılan müəyyən düzülüş ardıcıllığı vardır: mübtəda xəbərdən əvvəl, təyin təyin olunandan qabaq, zərflik feli xəbərdən əvvəl, tamamlıq xəbərin yanında gəlir. Belə bir ardıcıllıq fikrin ifadəsi üçün yararlı sayılır. Xüsusən, yazılı nitqdə bu sıra düzümü daha çox gözlənilir.
Bəzən fikrin məzmunundan, subyektin məqsədindən asılı olaraq bu sıra pozulur, cümlə üzvləri öz yerlərini dəyişir. Bu dəyişiklik üslubi effekt yaratmaq, söz və söz birləşmələrini daha çox nəzərə çarpdırmaq məqsədi daşıyır. Belə inversiya şeir dilində özünü daha çox göstərir.

Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə