Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya


lizinq (uzunmüddətli icarə), avadanlığın 3-5 il və daha artıq müddətə icarəyə verilməsini nəzərdə tutur; hayrinq



Yüklə 43,05 Kb.
səhifə16/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   ...   11   12   13   14   15   16   17   18   19
Texnologiyalar

lizinq (uzunmüddətli icarə), avadanlığın 3-5 il və daha artıq müddətə icarəyə verilməsini nəzərdə tutur;

  • hayrinq (ortamüddətli icarə), avadanlıq 3 il müddətinə qədər icarəyə verilir;

  • rentinq (qısamüddətli icarə), avadanlıq 1 il müddətinə qədər icarəyə verilir.

    Beynəlxalq iqtisadi münasibətlərdə daha çox lizinqdən istifadə edilir ki, onun da aşağıdakı formaları vardır:

      • operativ lizinq – məhsulun həyat dövründən daha qısa olan saziş müddəti ilə və icraə müddətində avadanlığın qeyri-tam amortizasiyası ilə xarakterizə olunur; lizinq müddəti başa çatdıqdan sonra avadanlıq ya sahibinə qaytarılmalı, ya da yenidən icarəyə verilməlidir;

      • maliyyə lizinqi – icarəyə götürülən avadanlığın tam ödənilməsi ilə xarakterizə olunur; saziş müddəti başa çatdıqdan sonra icarəyə götürən avadanlığı iacrəyə verənə qaytara bilər, yeni saziş bağlaya bilər və ya lizinq obyektini qalıq dəyərinə görə satın ala bilər; maliyyə lizinqi mahiyyətinə görə satışın uzunmüddətli kreditləşdirilməsi deməkdir.

    Beynəlxalq lizinq onun iştirakçılarının müxtəlif ölkələrdə yerləşməsi ilə xarakterizə olunur. Bu zaman birbaşa xarici lizinq (müxtəlif ölkələrin hüquqi şəxsləri arasında icarə sazişi) və dolayı lizinq (icarə üçüncü şəxs vasitəsilə həyata keçirilir) fərqləndirilir.

    Lizinq şirkətinin milli firmadan avadanlıq alaraq onu xarici hüquqi şəxsə icarəyə verməsi əməliyyatı ixrac lizinqi adlanır.

    Xarici firmadan avadanlıq alaraq onun yerli firmaya icarə verilməsi isə idxal lizinqi adlanır.

    Lizinq yüksək xarici borca və məhdud balyuta vəsaitlərinə malik ölkələr üçün aktualdır. BVF-nin qaydalarına görə, icarədən irəli gələn öhdəliklərdövlətin xarici borcuna daxil edilmir və buna görə də beynəlxalq lizinq əksər ölkələrdə dövlətlər tərəfindən dəstəklənir.




    Yüklə 43,05 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   11   12   13   14   15   16   17   18   19




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə