Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya



Yüklə 43,05 Kb.
səhifə18/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   ...   11   12   13   14   15   16   17   18   19
Texnologiyalar

Beynəlxalq texniki dəstək
Texnologiyaların beynəlxalq ötürülməsinin formalarından biri də 1970-ci illərin ortalarından geniş vüsət almış beynəlxalq texniki dəstək və ya texniki yardımdır.

Beynəlxalq texniki dəstək proqramları həm beynəlxalq təşkilatların xətti ilə, həm də ikitərəfli əsasda həyata keçirilir. Onlar ilk növbədə inkişaf etməkdə olan ölkələrə və keçid dövrünü yaşayan ölkələrə texniki yardım göstərilməsinə yönəlib. Burada məqsəd inkişaf etmiş bazar iqtisadiyyatının əsaslarının yaradılmasının sürətləndirilməsidir. Texniki dəstək və ya yardım bu yardımı alan ölkənin texnoloji səviyyəsinin yüksəldilməsinə yönəlib. Onu beynəlxalq inkişaf yardımlarının digər formalarından fərqləndirmək lazımdır.

Texniki dəstək və ya yardım texnoloji proses, məhsul və idarəetmə sferalarında ölkələrə ödənişli və ya ödənişsiz əsasda yardımın göstərilməsidir.

Bu cür dəstək demək olar ki, istehsalın istənilən sferasında həyata keçirilə bilər. Iqtisadi sferada texniki yardım daha çox iqtisadi inkişaf proqramlarının işlənməsi, statistika, pul və büdcə siyasəti, regionların inkişafı, ayrı-ayrı layihələrin texniki-iqtisadi əsaslandırılması sahələrində göstərilir. Texniki yardım alıcısının onun bölgüsü prosesinə cəlb edilməsi dərəcəsindən asılı olaraq texniki yardımın bir neçə təşkilati növlərini fərqləndirmək olar.



  • Texnoloji qrantlar. İnkişaf etmiş ölkələr tərəfindən geri qaytarmamaq şərti ilə texnologiyaların, texnoloji tutumlu əmtəələrin və ya texnologiya alışı, personalın təhsili və yenidən hazırlanması üçün maliyyə vəsaitlərinin verilməsidir. Qrantlar texniki yardım proqramları çərçivəsində donorlara texnologiya və avadanlıqların verilməsini, mütəxəssislərin ezamiyyətə göndərilməsini və kadrların öyrədilməsinin həyata keçirilməsinin nəzərdə tutur. Bütün bunlar qrant alan tərəfin layihənin maliyyə tərəfində heç bir iştirakı olmadan baş verir. Bu halda qrant alan tərəf texniki yardımın qəbulu və yerləşdirilməsi üzrə xalis təşkilati funksiyaları yerinə yetirir. Donor adətən özünün nümayəndələri vasitəsilə yardımın bölgüsündə və ondan səmərəli istifadəyə nəzarətdə iştirak hüququna malik olur.

  • Texniki yardımın birgə maliyyələşdirilməsi. Alıcının daha ciddi iştirakını və məsuliyyətini nəzərdə tutur. Bu zaman alıcı texniki yardımın göstərilməsi üzrə sazişə uyğun olaraq nəinki təşkilati məsələləri həll etməli, həm də müəyyən maliyyə xərcləri çəkməlidir. Adətən alıcının layihədə maliyyə iştirakına, bu iştirak çox az hissə təşkil etsə belə, hökumətin onun ölkəsinə təqdim edilən yardımdan səmərəli istifadə edilməsində maraqlı olduğunu göstərən amil kimi baxılır.

Layihədə iştirak edən ölkələrin sayından asılı olaraq ikitərəfli və çoxtərəfli texniki yardım fərqləndirilir.

  • İkitərəfli texniki yardım donor ölkənin və alıcı ölkənin hökumətləri arasında imzalanmış sazişlər üzrə həyata keçirilir. Əksər inkişaf etmiş ölkələrin büdcələrində inkişaf etməkdə olan ölkələrə texniki yardımın göstərilməsi üçün xüsusi maddələr nəzərdə tutulur. Adətən bu məbləğ o qədər də böyük olmur və dar sahələrdə məsləhətlərin verilməsi üçün kifayət edir. Çox zaman da bu sahələrin inkişafında elə donor-ölkələrin özləri maraqlı olurlar. Əksər hallarda ikitərəfli əsasda texniki yardım alıcı ölkənin də layihənin maliyyələşdirilməsində müəyyən iştirakını nəzərdə tutur. Lakin bir çox hallarda bu cür texniki yardım alıcı ölkə üçün tamamilə havayı və ya şox güzəştli, subsidiya qiymətləri ilə həyata keçirilir. Iqtisadi və maliyyə sferalarında ikitərəfli əsasda göstərilən texniki yardımın ən tipik formaları kadrların hazırlanması və yenidən hazırlanması, kompüter texnikasının, hesabatın və idarəetmənin elektron sistemlərinin, bank kommunikasiyası vəsaitlərinin təqdim edilməsi, mütəxəssislərin göndərilməsidir.

  • Çoxtərəfli texniki yardım bir neçə ölkə tərəfindən alıcı ölkəyə münasibətdə texniki yardım üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu halda texniki yardımı təqdim edən ölkələr çoxtərəfli müqavilə əsasında texnologiyanən və ya texnoloji avadanlığın ayrı-ayrı komponentlərini təqdim edirlər. Beynəlxalq təşkilatların xətti ilə göstərilən texniki yardım da çoxtərəfli texniki yardım sırasına aiddir. Beynəlxalq təşkilatların qismində texniki yardım adətən ehtiyacı olan ölkələrə konkret sahələr üzrə ekspertlərin göndərilməsində və ya inkişaf etməkdə olan ölkələrin mütəxəssislərinin beynəlxalq təşkilatların mənzil-qərargahlarına dəvət edilməsində ifadə olunur. İnkişaf etməkdə olan ölkələrin mütəxəssisləri beynəlxalq təşkilatların təlim mərkəzlərinə də dəvət edilir və orada onlar üçün seminarlar və treyninqlər keçirilir. İnkişaf etməkdə olan ölkələrə texniki yardım göstərən ilk təşkilatlardan biri BMT-nin İnkişaf Proqramı (BMTİP) olub. Beynəlxalq Valyuta Fondu, dünya bankı Qrupu və demək olar ki, bütün digər beynəlxalq təşkilatlar da texniki yardım üzrə iri layihələr həyata keçirirlər.



Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə