Mövzu 8 Texnologiyaların beynəlxalq ötürülməsi beynəlxalq iqtisadi münasibətlərin forması kimi Texnologiya


Texnologiya ixracının iqtisadi məqsədəuyğunluluğu



Yüklə 43,05 Kb.
səhifə6/19
tarix09.01.2022
ölçüsü43,05 Kb.
#82730
1   2   3   4   5   6   7   8   9   ...   19
Texnologiyalar

Texnologiya ixracının iqtisadi məqsədəuyğunluluğunu onun aşağıdakılara gətirib çıxarmasında görmək olar:

  1. Gəlirin artırılması vasitəsidir. Yeni texnologiyanı bu və ya digər məhsulun istehsalı və satışı formasında reallaşdırmağa imkan yoxdursa, bu zaman texnologiyanı heç olmasa müstəqil məhsul qismində reallaşdırmaq lazımdır. Bu sonrakı elmi yeniliklərin istehsalata tətbiqi üçün maliyyə imkanlarını artırar, daxili və xarici bazarlarda marketinqin həyata keçirilməsinə imkan verər.

  2. Əmtəə bazarı uğrunda mübarizə forması. Kapitalın olmaması səbəbindən kifayət həcmdə məhsul istehsalını və onun xaricdə satışını təşkil etmək ilkin olaraq çətindir. Eyni zamanda, xaricdə olan alıcılar artıq həmin lisenziya əsasında istehsal edilmiş əmtəələrlə tanışdırlar.

  3. Maddi formada əmtəə ixracı ilə bağlı problemlərdən yan ötmək. Nəqliyyat və məhsul satışı ilə bağlı problemlər azalır, gömrük maneələri aradan qaldırılır.

  4. Əmtəə ixracının genişləndirilməsi vasitəsi. Bu, kompleks lisenziya sazişinin imzalanması zamanı baş verir.

  5. Xarici firma üzərində nəzarətin əldə edilməsi üsulu. Bu, lisenziya sazişinə istehsalın həcmi, gəlirdə iştirak, texniki şərtlərə nəzarət, müəssisənin səhmlərindən lisenziya mükafatlandırılması üşüm istifadə edilməsi barədə şərtlərin daxil edilməsi ilə əldə edilir.

  6. Başqa yeniliyi əldə etmək üsulu. Bu, firmaların çarpaz lisenziyalaşdırılması yolu ilə baş verir.

  7. Lisenziya obyektinin daha səmərəli təkmilləşdirilməsi imkanı. Alıcı-partnyorun iştirakı ilə baş verən bu proses çox zaman lisenziya sazişi ilə nəzərdə tutulur.


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə