Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 1,16 Mb.
səhifə24/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   20   21   22   23   24   25   26   27   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

2.FONETİK NORMA
"Fonetika" yunanca "phonetike" sözündən olub, "səsə aid" deməkdir, "dilin səs quruluşu", "səs tərkibi" mənasındadır. Dilçilyin bir bölməsi olan fonetika dilin səs sistemini, səs qanunlarını öyrənir. Bir az da əhatəli desək, fonetika dil səslərinin dəyişməsini, səs-fonem problemini, heca, vurğu, intonasiyanı, fonetik qanun və hadisələri araşdırır, nizama salır. Ədəbi dilin səs sistemi müəyyən normalar əsasında tənzimlənir. Sözlər ümumxalq dilində müxtəlif şəkildə deyilsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma, yazılış qaydası isə orfoqrafik norma adlanır. Orfoepik və orfoqrafik normalar birlikdə dilin fonetik quruluşu ilə müəyyənləşir və fonetik normanı təşkil edir. Deməli, sözün düzgün tələffüzü və düzgün yazılışı fonetik norma daxilindədir. Qrammatik normalar orfoqrafiyanın orfoepiya ilə əlaqəli öyrənilməsində bir vasitədir, sözlərin düzgün yazılışına və tələffüzünə yardımçıdır. Orfoqrafiya qaydaları hamı, hər kəs üçün vahiddir. Orfoqrafiya yazıda ikiliyin (müxtəlifliyin) qarşısını alır. Orfoqrafiya ilə orfoepiya arasında fərqi aradan qaldıran, onları bir-birinə yaxınlaşdıran fonetik prinsipdir. Dilimizdə bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən fərqlər mövcuddur. Elə sözlər vardır ki, onları tələffüz edildiyi kimi yazmaq, yaxud yazıldığı kimi tələffüz etmək səhvdir. Beləliklə, fonetik norma iki formada özünü göstərir: sözün düzgün tələffüz forması (orfoepiyası) və düzgün yazılış forması (orfoqrafiyası). "Orfoepiya" sözü yunan mənşəli olub, "orthos" "düzgün" və "epos" "nitq" sözlərinin birləşməsindən yaranmışdır, "düzgün ədəbi tələffüzü müəyyənləşdirən qaydalar sistemi", "tələffüz qaydalarını gözləmə" anlamındadır. "Orfoqrafiya" sözü də yunanca "orthos" "düzgün" və "qrapho" "yazıram" sözlərindən yaranmışdır, “dildəki sözlərin qəbul edilmiş düzgün yazılış qaydaları sistemi”, “yazı qaydalarının öyrənilməsi” mənasında işlənir. Orfoepik yaxud orfoqrafik norma pozulursa, nəticədə fonetik norma pozulmuş olur. "Danışdığımız kimi yazmalı", yoxsa "yazdığımız kimi danışmalı" sualı ədəbi dilimizin formalaşması və inkişafını düşünən bütün yazıçılarımızı, dilçilərimizi, maarifpərvər ziyalılarımızı daim düşündürmüş və XX əsrin 20-30-cu illərindən bu suala aydınlıq gətirilmişdir. B.Çobanzadə, V.Xuluflu, Ə.Dəmirçizadə, M.Şirəliyev, M. Hüseynzadə, Ə.Əfəndizadə, N.Abdullayev bu sahədə böyük əməyi olmuş dilçi alimlərimizdir. Bir fikir qəti şəkildə aydınlaşdırılmışdır ki, danışdığımız kimi yazmaq yazıda hərc-mərclik yaratdığı kimi, yazdığımız kimi danışıq da nitqimizdə bayalığa, "quruluğa" gətirib çıxarır. Bunların heç biri mütləq götürülməməlidir. Buna görə də onların hər ikisindən yazımız və tələffüzümüz üçün ən optimal variant qəbul edilmişdir. Hazırda yazımız da, tələffüzümüz də bu aspektdə qurulur, hər iki forma ədəbi dilimizin həm şifahi, həm də yazılı formalarının xeyrinə olmaqla inkişafı edib təkmilləşir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə