Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 1,16 Mb.
səhifə22/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   18   19   20   21   22   23   24   25   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

Yazının az olması. Daha çox yazı insanlara ilk baxışdan yorucu gəlir və verilən məlumatların hansı dərəcədə vacib olmasından asılı olmayaraq onlar, bunu dinləməkdən və oxumaqdan çəkinirlər. Ona görə də, məlumatların vacibliyindən asılı olmayaraq təqdimatlarınızın daha təsirili olması üçün uzun-uzadı yazılar əvəzinə vacib olan məlumatları başlıqlar şəkilində qeyd edərək danışmağa üstünlük verin.
Şəkillər. Qeyd etdiyiniz başlıqlara uyğun şəkillər seçin və təqdimatınızda istifadə edin. Bu şəkillər, vasitəsilə siz, çatdırmaq istədiyinizin müəyyən hissəsini dinləyiciyə çatdırmış olacaqsınız. Eyni zamanda, auditoriya bunu xoş qarşılayacaq.
Göz kontaktı. Dinləyici ilə göz kontaktında olun. Bu, onları daha məsuliyyətli olmağa sövq edəcək. Yuxulamaqdan yayındıracaq. Göz kontaktı zamanı yalnız bir və bir neçə deyil, auditoriyada olan bütün dinləyicilərlə göz təması qurmağa çalışın. Sual verməyə şərait yaradın. Əgər təqdimatınız zamanı veriləcək məlumatların tam anlaşılmasını istəyirsinizsə dinləyicilərinizə sual verməyə şərait yaradın. Əks təqdirdə, veriləcək məlumatların formal olaraq çatdırılmasına baxmayaraq əslində bir çoxu təqdimatınızdan məmnun qalmayacaq.
Bədən dili və səs tonu. Bədən dilindən - mimika və jestlərdən istifadə edilmədən verilən məlumatların effektivliyi çox aşağıdır. Ona görə də, daim təqdimatınız zamanı uyğun mimika və jestlərdən və səs tonundan istifadə edin. Bu şəkildə siz, daha çox məlumatın auditoriya tərəfindən qəbul edilməsinə nail olacaq və eyni zamanda təqdimatınızı daha maraqlı şəkilə gətirəcəksiniz.
Geyim tərzi. Geyiminiz təqdimatınız zamanı önəmli faktorladandır. Geyminizin hansı tərzdə olması təqdimatınızın mövzusundan asılıdır. Əsas məqsədimiz menecerlərin təqdimat bacarıqlarının inkişaf etdirilməsi olduğu üçün geyim tərzinizin də işgüzar formada olması məqsədə uyğundur. Tədimatdan öncə ona hazırlaşın.
Təqdimatdan öncə ümumi olaraq təqdimatınıza göz gəzdirin. Çatışmayan cəhətləri aradan qaldırın. Eyni zamanda danışığınızı, bədən dilini və səs tonunuzu məşq edin. Bu, sizdə qeyd olunan davranışların peşəkar davranış halına gəlməsinə səbəb olacaq və bu davranışlarınızı inkişaf etdirmiş olacaqsınız. Kiçik fasilələr verin. Təqdimatınız çox maraqlı olsa da, uzun çəkməsi yorucu ola bilər. Ona görə də, əgər təqdimatınız uzun çəkəcəksə təqdimat zamanı bir neçə fasilə verin.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə