Mövzu: Azərbaycan mədəniyyəti

Yüklə 1,02 Mb.
səhifə10/11
tarix19.04.2023
ölçüsü1,02 Mb.
#106363
1   2   3   4   5   6   7   8   9   10   11
Az.mədəniyyəti(Tarixi abidələr və milli rəqslər)

Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – “Mirzəyi”, “Turacı”, “Uzundərə”; yüngül şən – “Tərəkəmə”, “Ceyranı”, “Brilyant (rəqs); şıdırğı “Qaytağı”, “Qazağı”, “Xançobanı”. Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: “Süzmə”, “Kəsmə”, “Atlanma”, “Çolağı”.

Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur. Qadın rəqsləri təmkini, plastika, yumşaq ahəng və lirika (“Vağzalı”, “Nəlbəki”, “Ceyranı”, “Turacı”, “İnnabi” və s.), kişi rəqsləri isə daha qızğın, iti sürətli, igidlik və güc ifadə edir (“Qazağı”, “Qaytağı”, “Xançobanı”).

Rəqsləri adətən xalq çalğı alətləri - zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiət edir. Azərbaycanın tanınmış rəqqasə və rəqqaslarından Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov. Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdirmişlər.

Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə