Mövzu: Azərbaycan mədəniyyəti

Yüklə 1,02 Mb.
səhifə5/11
tarix19.04.2023
ölçüsü1,02 Mb.
#106363
1   2   3   4   5   6   7   8   9   10   11
Az.mədəniyyəti(Tarixi abidələr və milli rəqslər)

Sultan Murad darvazası (1585-1586) saray kompleksinin XVI əsrə aid olan yeganə abidəsidir. Bu abidə Şirvanşahlar dövləti devrildikdən sonra türklərin Bakıda olması dövrünün yeganə nümunəsidir. Portaldakı pannoda memarın adı həkk edilmişdir: “Ustad-sənətkar Əmirşah Vəlyankuhinin darvazası”.

Şirvanşahların Ailə türbəsinin (1435-1436) girişi üzərində həkk edilmiş yazıda deyilir ki, böyük sultan Şirvanşah Xəlilullah bu türbəni öz anası və 6-7 yaşlı oğlu üçün inşa etdirmişdir. Şirvanşahın digər ailə üzvləri də sonradan bu türbədə dəfn edilmişdir. Türbə çoxşüalı ulduzlarla bəzədilmiş günbəzlə tamamlanır. Günbəzin çökək səthləri əvvəllər firuzəyi rəngli kaşılarla bəzədilibmiş. Təəssüf ki, kaşılar qorunub saxlanmamışdır.

Şah Məscidinin (1441-1442) minarəsinin hündürlüyü 16 metrdir. Kitabəsində bu minarənin XV əsrdə Şirvanşah Xəlilullah tərəfindən tikdirildiyi qeyd edilmişdir. Təəssüf ki, minarənin daş şərəfəsi də XVIII yüzillikdə rus çar donanmasının gəmilərindən atılmış mərmi zərbəsindən dağılmışdır. Məscidin üç girişi, qadın və kişilərin ayrı ibadət etməsi üçün iki otağı vardır. Əsas girişin qarşı tərəfində Məkkənin istiqamətini bildirən mehrab yerləşir.

Şah ailəsinə mənsub olmuş hamam (1438) 1939-cu ildə aparılmış arxeoloji qazıntı işləri zamanı aşkar edilmişdir. O, bütün şərq hamamları kimi yarı yerin altında, yarı yerin üstündə inşa edilməklə, qışda isti, yayda isə sərin olurmuş. Hamamın otaqları vaxtilə günbəzlərlə örtülmüşdür. Divarlarında son dərəcə gözəl işlənmiş ornamentlərin izləri indi də nəzərə çarpır. Kaşı bəzəklərinin bəzi qalıqları təkcə sağ küncdəki otaqda qalmışdır.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə