Mövzu: Azərbaycan mədəniyyəti



Yüklə 1,02 Mb.
səhifə3/11
tarix19.04.2023
ölçüsü1,02 Mb.
#106363
1   2   3   4   5   6   7   8   9   10   11
Az.mədəniyyəti(Tarixi abidələr və milli rəqslər)

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala dörd künc formada XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti-28x25-dir. İçəridən qala 5 yarusa bölünür.

Atəşgah

Atəşgah

Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Suraxanı "Atəşgah"ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.

Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb

Şirvanşahlar Sarayı

XV əsr memarlığının şah əsəri, VI-XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin hökmdarlarına məxsus Şirvanşahlar Sarayı orta əsr mədəniyyətinin, elmin, sənətin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saraydır. Saray Kompleksi 52 otaqlı saray binasını, Divanxana, Seyid Yəhya Bakuvi türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq Portalı, Saray məscidi, Şirvanşahların ailəvi türbəsi və Saray hamamı abidələrini özündə birləşdirir

Saray binasının I mərtəbəsində otaqların sayı 27 idi. Burada saray kitabxanasına xidmət edən dəftərxana, xəttat və rəssamların otaqları, mətbəx, ərzaq otaqları, xidmətçi otaqları və s. yerləşirdi. Vaxtilə 25 otağı olmuş II mərtəbədə isə taxt-tac otağı, zəngin kitabxana, şirvanşah və ailəsinə aid istirahət və s. otaqlar vardı. Şirvan daim diqqət mərkəzində olmuş, bərəkətli torpaqları yadellilərin çəkişmələr meydanına çevrilmişdi. Çox təəssüflər olsun ki, əsrlər keçdikcə saray əldən-ələ keçmiş, varidatı talan edilərək, müxtəlif yollarla başqa ölkələrə daşınmış, daşınmaz varidatı isə vəhşicəsinə məhv edilmişdir. Səyyahların məlumatları, eləcə də saray ərazisindən tapılmış lekal formalı şirli kaşı nümunələri təsdiq edir ki, saray eksteryerdən mavi bəzəkli günbəzlərə malik imiş


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə