Mövzu: Azərbaycan mədəniyyəti

Yüklə 1,02 Mb.
səhifə4/11
tarix19.04.2023
ölçüsü1,02 Mb.
#106363
1   2   3   4   5   6   7   8   9   10   11
Az.mədəniyyəti(Tarixi abidələr və milli rəqslər)

Divanxana (XV əsr) Şirvanşahların saray kompleksinin ən klassik əsəridir. Abidənin incə daşoyma arabeskaları əsrlərdir ki, ziyarətçiləri valeh edir. Naxışların relyef dərinliyi bəzi yerlərdə 4-5 sm-ə çatır. Portalın sağ və sol haşiyəsindəki altıguşəli medalyonlarda orta əsr ərəb “kufi” xətti ilə müsəlmanların müqəddəs sözləri yazılmışdır ki, onlar da özü-özlüyündə rombları əmələ gətirmişdir. Divanxananın o dövrün siyasi hadisələri ilə əlaqədar yarımçıq qalmış inşaatı bu gün də təyinat funksiyasına dair müzakirələr doğurur.

Seyid Yəhya Bakuvinin türbəsi (XV əsr) Saray kompleksinin orta həyətində yerləşir. Səkkizguşəli türbə el arasında “Dərviş” türbəsi kimi də tanınır. Bir çox ehtimallara görə, türbə Azərbaycanın Şirvan bölgəsində dünyaya göz açmış məşhur alim Seyid Yəhya Bakuvinindir. Bütün dünyada tanınmış bu alim ensiklopedik biliyə malik ilahiyyatçı, həm də tanınmış sufi olmuşdur. Seyid Yəhyanın əsasən ərəb dilində yazmiş olduğu, fəlsəfə, tarix, astronomiya, təbabət və riyaziyyata dair elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyir. 

Sarayın orta həyətində Key Qubad Məscidinin(XIV əsr) konservasiya edilmiş fraqmentləri qalmaqdadır. Abidə Azərbaycanlıların 1918-ci il mart soyqırımı zamanı erməni daşnakları tərəfindən atılmış artilleriya mərmisi ilə dağıdılmışdır. Ehtimal ki, məscid XIV əsrdə yaşamış Şirvanşah I Keyqubad tərəfindən tikilmişdir

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə