Mövzu: Azərbaycan mədəniyyəti


Şah ailəsinə mənsub olmuş hamam (



Yüklə 1,02 Mb.
səhifə6/11
tarix19.04.2023
ölçüsü1,02 Mb.
#106363
1   2   3   4   5   6   7   8   9   10   11
Az.mədəniyyəti(Tarixi abidələr və milli rəqslər)

Şah ailəsinə mənsub olmuş hamam (1438) 1939-cu ildə aparılmış arxeoloji qazıntı işləri zamanı aşkar edilmişdir. O, bütün şərq hamamları kimi yarı yerin altında, yarı yerin üstündə inşa edilməklə, qışda isti, yayda isə sərin olurmuş. Hamamın otaqları vaxtilə günbəzlərlə örtülmüşdür. Divarlarında son dərəcə gözəl işlənmiş ornamentlərin izləri indi də nəzərə çarpır. Kaşı bəzəklərinin bəzi qalıqları təkcə sağ küncdəki otaqda qalmışdır.

“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında «İçəri şəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müstəqil qurumu olaraq fəaliyyət göstərir. Saray Kompleksi 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş, 2013-cü ildə isə həmin təşkilat tərəfindən gücləndirilmiş mühafizə statusu almışdır.

Azərbaycanın milli rəqsləri

Azərbaycanın milli rəqsləri

Rəqs sənətimizin tarixi zərb musiqi alətlərinin tarixindən xeyli qədimdir. Hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir-birinə vuraraq, ahəngdar səs-sədaları altında rəqs etmişlər. Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli çox rəqs olmuşdur. Kişi və qadınların tək, qoşa, kütləvi rəqslərini, habelə, oynaq mahnı ilə müşayiət olunan rəqsləri göstərmək mümkündür. Həmin rəqslər öz xoreoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq vermişdir. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşmış, cilalanmış və büllurlaşmışdır.

Yallı - ibtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od ocağı ətrafında mərasim təntənəsi şəklində olan yallının tarixi olduqca qədimlərə gedib çıxır. “Yal” – cərgədir, zəncir xəttidir. “Yallı”nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar.

Yallı - ibtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od ocağı ətrafında mərasim təntənəsi şəklində olan yallının tarixi olduqca qədimlərə gedib çıxır. “Yal” – cərgədir, zəncir xəttidir. “Yallı”nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə