Mövzu: Azərbaycan mədəniyyəti

Yüklə 1,02 Mb.
səhifə8/11
tarix19.04.2023
ölçüsü1,02 Mb.
#106363
1   2   3   4   5   6   7   8   9   10   11
Az.mədəniyyəti(Tarixi abidələr və milli rəqslər)

Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld, çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə, toy və bayram mərasimlərində bu yallı növü folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.

El yallısı (iki ayaq) – Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ifa olunan “El yallısı” 3 hissədən və getdikcə artan tempdən ibarət olan yallı növüdür. İştirakçıların kiçik barmaqları bir-biri ilə birləşmiş və aşağı salınmış vəziyyətdə ifa etdikləri “El yallısı” sadə hərəkətlidir, lakin ifa edilməsi çətindir. Naxçıvan şəhərində, Şahbuz rayonunun toy şənliklərində yallı həvəskarları tərəfindən böyük həvəslə ifa edilərək yaşadılır.

Şərur yallısı - Bu yallını ən çox cavanlar və uşaqlar ifa edirlər. 6-8 ifaçıdan ibarət olan yallı iki - orta və cəld hissələrdən ibarət olur. Rəqs zamanı əllərin vəziyyəti qəribə olur: bir nəfərdən bir iştirakçılar arxadan əl-ələ verirlər. I rəqqasın (yallıbaşının) sağ əlində dəsmal olur, sol əlilə arxadan III rəqqasın sağ əlini tutur. II rəqqas sağ əlilə I rəqqasın belindən, sol əli ilə isə arxadan IV rəqqasın sağ əlindən tutur. III rəqqas sağ əli ilə I rəqqasın sol əlini, sol əlilə isə V rəqqasın sağ əlini tutur. “Şərur” yallısı əsasən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarındakı folklor kollektivlərinin repertuarının əsasını təşkil edir.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə